Saraya news (İordaniya), 27.12.2016
Rusiya Bəşər Əsəd rejiminin müdafiəsi üzrə əməliyyata tam qapılıb. Rusiya rəhbərliyi bildirib ki, 30 min döyüş uçuşu keçirilib, 35 min yaraqlı öldürülüb, buna görə də müxalifətlə qarşıdurmada tərəzinin gözü Bəşər Əsədin xeyrinə əyilir.
Bəs Rusiya bu dəstəyə görə nə əldə edib?
1. Rusiya və Suriyanın sazişin şərtləri haqda tam razılaşdığı haqda hələlik məlumat yoxdur. Lakin artıq aydındır ki, gəmilərin Qara dəniz vasitəsilə Tartusa gedişi və Dəməşqdən yan keçməklə geri qayıtması üçün orada hərbi-dəniz bazasının yaradılması barədə razılaşma var.
2. Rusiya Suriyadakı aviabazada 100-ə yaxın bombardmançı yerləşdirib, bu da gələcəkdə ABŞ altıncı hava donanması və Aralıq dənizindəki başqa qüvvələrlə toqquşmaya gətirib çıxarda bilər. Bu baza İran, Misir və Liviyaya çıxış imkanı verir. Bu aviabaza həmçinin döyüş tapşırıqlarını yerinə yetirərkən birbaşa Moskvayla əlaqədə olacaq.
3. Rusiya şirkətləri latakiyada qaz yataqlarının kəşfiyyatı üzrə Suriya hökuməti qarşısında öhdəlik götürüb. Gələcəkdə Qətər və Əlcəzairlə rəqabətə girib burada hasil olunmuş qazı Avropa bazarlarına satmaq mümkün olacaq.
4. Moskva ilə Dəməşq arasındakı hərbi sazişə görə ABŞ-ın raket əleyhinə sipərinə qarşı hərbi əməliyyatlar üçün Suriyanın 15 min kv.km ərazisini əldə edib. Bu ərazi Türkiyə ilə sərhəddə – NATO sərhədində yerləşir. Bundan başqa, Rusiyanın əhalisinin əksəriyyəti sünnilər olan Suriyada iştirakı ona Fars körfəzi ölkələri və İraqa təsir imkanları verir. Bu isə İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Livanla münasibətlərə də təsir edə bilər.
Hazırda baş verən budur. Amma Suriyadakı iştirakdan Rusiyanın əldə etmək istədiyi əsil mənfəət məlum deyil. Onun prinsipcə nəsə əldə edib-etməmək istəyi məlum olmadığı kimi: lakin necə deyərlər, xidmət havayı olmur. Buna görə də bu sual əvvəlki tək cavab tələb edir.
Bəs Rusiya qüvvələr tərtibini radikal şəkildə dəyişib Hələbi azad edərək 30 min döyüş uçuşu keçirməklə Əsəd rejiminin saxlanması əvəzində nə qazanır?
Tərcümə Strateq.az-ındır.