XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Dekabr 2016 - 10:04

Erməni saytı Rusiyanı şantaja başladı:“Əliyevin planı Ermənistanda “Maydan” hazırlamaqdır” – Təhlil

m

Denis Dvornikov

REGNUM İA, 30.12.2016


Ermənistanla sərhəddə respublikanın Tavuş rayonunda Azərbaycan silahlı qüvvələrinin provokasiyası təkcə Ermənistana deyil, həm də Rusiyaya münasibətdə təcavüz aktı olub… (Mətn olduğu kimi tərcümə edildiyindən, müəllifin mövqeyi saxlanılıb. Ancaq Azərbaycan MN bu fitnəkarlığın məhz Ermənistan SQ tərəfindən törədildiyini bildirib-tərc.) Hərfi mənada KTMT sammiti ərəfəsində son dərəcə vasvası durum yaranıb. Təşkilatın Ermənistan təmsilçisinin olacağı yeni baş katibinin namizədliyinin təsdiqi 2017-ci ilin aprelinə keçirilib. Bu hadisə Ermənistanda olduqca ağrılı şəkildə qarşılanıb, çünki adi gözlə aydın olur ki, KTMT-nin Qazaxıstan və Belarus kimi üzvləri açıq şəkildə Azərbaycanın maraqları üçün hərəkət edir – müqaviləyə daxil olmayan ölkənin.  

Həqiqətən də, Moskva və İrəvanın əməkdaşlığı – o cümlədən, KTMT çərçivəsində – Azərbaycan rəhbərliyi üçün çoxdankı başağrısıdır. “İskəndər M” sistemlərinin tədarükü, 200 milyon dollarlıq silah krediti, birləşmiş qoşun qrupları və əlbəttə, Gümridə hərbi baza – bütün bunlar bir yerdə Qarabağ məsələsini hərbi yolla həll etməyə istənilən cəhdi sıfıra endirir.

Bakının strateji vəzifəsi istənilən qiymətə Ermənistanı Rusiyadan qoparmaqdır. Və indiki mərhələdə ən yəqin üsul KTMT-nin nüfuzdan salınmasıdır. KTMT – Əliyevin yapışdığı zəif bənddir. Bakı məhz buna görə tamamilə aşkar şəkildə oxunan ikigedişli oyun oynayır.

Birinci addım Ermənistan təmsilçisinin namizədliyinin önlənməsidir  – bu, ermənilərin narazılığına səbəb olacaq.

İkinci addım zəmanətli reaksiyası gəlməyən KTMT-nin tamhüquqlu üzvü Ermənistan Respublikası sərhədində təcili provokasiyadır. Bu mərhələ Yeni il qabağı artıq narazı olan cəmiyyətin tammiqyaslı nevrotikləşməsinə gətirib çıxarmalı, ermənilərin KTMT kimi strukturlara münasibətdə ikrahını möhkəmləndirməliydi. Nəticə əldə olunub, buna görə də Azərbaycanın təxribatını prinsipcə uğurlu saymaq olar.

“Əliyev planı”nın mümkün növbəti mərhələsi ermənilərin KTMT və Rusiyaya qarşı “maydan” deyilən formatda kütləvi çıxışları üçün şəraitin yaradılmasıdır.

“Maydan” Ermənistanla bağlı halda ikitiyəli qılıncdır. Rusiya və onun ekspert cəmiyyəti üçün “maydan” anlayışının özü qorxuducudur, təcavüzkar ritorika və vətənpərvərlik vəcdi törədir. Ermənistan cəmiyyəti üçün Azərbaycanın əsgər və dinc sakinlərin  həlak olması ilə aşkar təcavüzünə münasibətdə KTMT və Rusiyanın prinsipsizlik göstərdiyi daha bir-iki epizod ciddi etirazların buraxılış mexanizmi olacaq və ətalət üzrə səfirlik və iri şirkətlər daxil olmaqla Rusiya ilə əməkdaşlığın bütün institutlarına qarşı yönələcək. Kütləyə artıq bu gün Türkiyə və Azərbaycandakı sponsorlarından avropalı “araçıları” vasitəsilə vəsait alan bəzi KİV-lər dirijorluq edəcək. Xeyli şəbəkə fəalları işə qoşulacaq. O cümlədən ölkə üçün xeyirli işlər gördüyünə səmimiyyətlə inanan, lakin fakt üzrə Əliyevin əlinə oynayanlar. Bakılı emissarların artıq çoxdan “tozlandırdığı” rusiyalı xadimlər də kənarda qalmayacaq. Çoxlarının tanıdığı ekspert və məmurlar “çoxəsrlik” azərbaycanlı tərəfdaşlara tərəf reveranslar etmək və erməni etirazçıları antirusiya ritorikasında qınamaqla alova benzin atacaqlar. Əqrəb bir həftə müddətində dönməz nəticələrə qədər yellənəcək.

Bu ssenari son dərəcə ağlabatandır. Onun yay dövründə gerçəkləşdirilə bilməyinə hazır olmaq lazımdır. Təhlükə həm İrəvanda, həm də Moskvada nəzərə alınmalıdır. Əks halda nəticələr həqiqətən də qaçılmaz olacaq.

KTMT-nin birləşdirici institutdan nifaq mərkəzinə döndüyü şəraitdə Rusiyanın ən ciddi nəticələr çıxartmağı lazımdır.

Birincisi, sənin dəyərlər istiqamətini və dünyanın mənzərəsini tamamilə bölüşməyə hazır olmayanları ciddi hərbi layihəyə sürüməyinə dəyərmi? Bəlkə, ikitərəfli formatda fəaliyyət göstərmək lazım gəlir? Rusiya KTMT-nin hər bir üzvü ilə ayrı-ayrılıqda qarşılıqlı fəaliyyətdə ola bilərdi. Və son dərəcə effektli şəkildə.

İkincisi, göz qabağında olanı, nəhayət, qəbul etmək lazımdır. Əslində, Azərbaycana ağır hücum silahları satmaq mümkün rəqibi silahlandırmağa çevrilir. “Xəzər forpostu” haqda mantranı istədiyin qədər təkrar etmək olar, amma dünən üç uşaq – KTMT-yə üzv ölkənin hərbçiləri həlak olub. Azərbaycanın güllə və mərmilərindən həlak olublar. Belə çıxır ki, Moskva indiki siyasi durumunda  Azərbaycan üçün nüfuzunun qədri bilinəcək tərəfdaş deyil. Onda Moskvaya bu cür tərəfdaşlar lazımdırmı?

Bəli, bölgədə vəziyyət elədir ki, Azərbaycanı Rusiyanın nüfuz sahəsindən buraxmaq sadəcə təhlükəlidir. Lakin bu cür problemli tərəfdaşlarla işləmək üçün digər üsullar var – ticarət və rüsum, diaspora işi, biznes layihələr, Xəzərdə əməkdaşlıq. Lakin bunun üçün baş və iradə işlətmək lazımdır. Sovet toplarını $5 milyarda satmaq üçün böyük ağıl lazım deyil. Lakin bax, bu milyardlara görə bütün Cənubi Qafqazı və üstəgəl, Rusiyanın cənubunu da itirmək olar.

 

Tərcümə Strateq.az-ındır.