XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2017 - 07:36

İstanbulu qana boyadılar- Türkiyə 2017-ni terrorla qarşıladı: 39 ölü, 69 yaralı

Son məlumata görə, ölənlərin sayı 39-a yüksəlib. Yaralıların sayının 69 olduğu bildirilir.

*****

Türkiyə bayram gecəsi – yeni ilin ilk saatlarında qanlı terrora məruz qalıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla gecə saat 1.15-də İstanbulun məşhur əyləncə məkanlarından olan «Reina»ya silahlı hücum olub.

Ortaköydə yerləşən gecə klubuna girən silahlılar bayramı qeyd etməyə gələn insanlara atəş açıblar. Hadisə nəticəsində 35 nəfər həyatını itirib, 40-a yaxın insan xəsarət alıb.

Ölənlərdən biri polis əməkdaşıdır.

Hadisə ilə bağlı açıqlama verən İstanbul valisi Vasip Şahin baş verənləri terakt adlandırıb. 

Valinin sözlərinə görə, terrorçular bayramı qeyd edən günahsız insanları amansızca qətlə yetiriblər.

«Günahsız insanları hədəf alan amansız, mənfur terror hücumdur. Əvvəlcə bir polisimizi şəhid ediblər. Daha sonra vətəndaşlarımızı vəhşicəsinə qətlə yetiriblər. Təəssüf ki, ən azı 35 vətəndaşımız həyatını itirib. 40 yaralımız var və hamısı xəstəxanaya yerləşdirilib», deyə V.Şahin bildirib. 

Silahlıların şaxta baba libasında olduğu və məkana belə daxil olduqları bildirilir.

Terrorçular 3 nəfər olub və ilk olaraq əyləncə məkanının girişindəki mühafizəçilərə atəş açıblar. Bu zaman onlarla hadisə yerində olan polislər arasında atışma başlayıb və bir polis əməkdaşı şəhid olub.

Silah səsləri yüksələndən sonra məkana çoxlu sayda polis və təcili tibbi yardım maşını gəlib.

İçəridə girovların olduğu xəbəri yayılıb və xüsusi təyinatlılar dərhal hərəkətə keçib. 

Baş verənlərdən təşvişə düşən insanlar arasında özünü yaxınlıqdakı dənizə atanlar da olub.

Polis onları xilas etmək üçün əraziyə xilasediciləri cəlb edib.

Strateq.az