XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2017 - 09:54

Cənubi Qafqazda böyük müharibə perspektivi:Bakı Təl-Əviv və Vaşinqtonla işbirliynə gedir – Təhlil

an

Sərkis Saturyan

REGNUM İA, 31.12.2016

 

Dekabrın 19-da Ankarada “Cəbhət ən-Nusra” yaraqlısının əlindən Rusiya səfiri Andrey Karlov həlak olub. Bir neçə gündən sonra çoxumuz bu faktı diqqətdən yayındırmışıq  ki, Türkiyə əvvəlkitək BMT TŞ-nın uyğun qətnamələrini rədd edərək “ən-Nusra”nı terrorçu təşkilat saymır. Axı Suriya hökumət ordusu, Rusiya HKQ, İran İİKK və Livan “Hizbullah”ı məhz onun adeptləri ilə vuruşurdu. Suriya Ərəb Respublikasında (SƏR) vətəndaş müharibəsi iştirakçıları antihökumət güclərinə yenidən qruplaşmaq və qüvvə toplamağa imkan verərək bu cür “xırdalıqlar”a göz yumub barışıq istəyib. 30 dekabr gecəyarısından Suriyada Rusiya, Türkiyə və İranın vasitəçilik səyləri ilə barışıq başlanıb. RF-nin BMT-dəki daimi təmsilçisi Vitali Çurkinin sözlərinə görə, SƏR-də barışığa “adekvat şəkildə əməl olunur”. Lakin hələ dekabrın 29-da, yəni Suriya üzrə saziş bağlanmazdan bir gün əvvəl  Azərbaycan SQ Ermənistan dövlət sərhədinin Tavuş rayonunun Çinari kəndindən cənubi-şərqdə yerləşən sahəsində təxribatla qanqaralığı yaradıb (Azərbaycan Respublikası Müdafiə Nazirliyi bidirib ki, sözügedən hadisə Ermənistan SQ kəşfiyyat-təxribat dəstəsi tərəfindən törədilib-tərc.) Azərbaycan SQ dekabrın 30-31-də minaatan və irikalibrli pulemyotların permanent atəşi ilə artıq DQR (mətndə bu cürdür-tərc.) sərhədindən ətraf ərazilərə keçib. Təsadüfdürmü?

Durumdan baş çıxartmaq üçün aprelin əvvəlində (SƏR-də fevralda ilk barışıqdan bir ay sonra) Azərbaycanın Ermənistanı, sonra isə artıq Rusiyanı münaqişəyə cəlb etmək üçün Qarabağa hücum etdiyi 2016-cı ilin I yarısına üz tutaq. Buna görə də indi birbaşa hərəkət etmək qət edilib  – hərbi əməliyyatlar Ermənistanın milli ərazisinə keçirilib. Tarixi bir paralel yaranır: Moskva Suriyada Amerikayönlü koalisiya ilə Suriya üzrə barışığa gedən kimi dərhal Cənubi Qafqazda öz müttəfiqlərinə zərbə alır. Niyə?

Birincisi, ABŞ və NATO üzrə müttəfiqləri Hələbdə (müvəqqəti olsa da, strateji) məğlubiyyətə məruz qalaraq SƏR-dəki Rusiya aviaqrupunun təchizatını pozmağa çalışır.

Məsələ burasındadır ki, 2015-ci ilin noyabrında Ankara və NATO Brüssel qərargahının sanksiyası ilə Suriya səmasında Rusiya HKQ-nin bombardmançısı vurularkən Türkiyə vasitəsilə Moskva və  Dəməşq arasında hava yolu etibarsızlığını sübut edib. O vaxtdan bəri Gürcüstan və Azərbaycanın hava məkanına istinad edilib – Rusiya qırıcıları İranın Həmədan aviabazasına yollanır və əlavə yanacq vurduqdan sonra Şimali İraqdan keçməklə SƏR-ə gedir. Rusiya və İran arasında bu cür hərbi-nəqliyyat yolu (Ankara, Bağdad, Ərbil və yerli şiələrlə ittifaqda)  Mosulu İŞİD terrorçularından hələ də azad edə bilməyən Pentaqonun planlarına ziddir. Buna görə də işə İranla ünsiyyətdə tənqidi notları artıran Azərbaycan qarışır. “İran Azərbaycana hücum etsə, onda dövlət kimi öz axırına çıxacaq və onun yerində beş dövlət yaranacaq”, – deyə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev İİR Müdafiə Nazirliyinin rəhbəri Hüseyn Dehqanın Azərbaycan-İsrail hərbi əməkdaşlığına münasibətdə replikasına bu qayda ilə cavab verməklə Tehrana hədə gəlib. Həsənquliyevin çağırışını Milli Məclisin sədri Oqtay Əsədov da dəstəkləyib: “İran Azərbaycanın daxili işlərinə heç vaxt qarışa bilməz”.

İkincisi, Tehranla Bakının Azərbaycan-Qarabağ sərhədindəki (mətndə bu cürdür-tərc.) kəskinləşmə ilə üst-üstə düşən qovğasının arxasında təkcə Vaşinqton deyil, həm də Təl-Əviv durur. İsrailin motivləri Azərbaycan ərazisində ABŞ-ın İranla müharibəsi halında istifadə ediləcək aviaplatsdarm yaratmaqdan ibarətdir. İstinad gəlməkdə olan və xarici siyasət blokuna sağ mühafizəkar isteblişmentin başçılıq etdiyi Donald Tramp administrasiyasına edilir. Təl-Əviv Bakıdan “taran qüvvə” qismində istifadə edərək Moskva, Tehran və Vaşinqtonu aralamaq və eyni zamanda Moskva və Ankaranın dialoqu uğrunda çıxış edir.

Hesablama sıradakıdır:  Cənubi Qafqazda böyük müharibə Rusiya ordusu qüvvələrini Suriya cəbhəsindən çəkib aparır, Amerika-Türkiyə koalisiyasına Hələbə görə qisas almaq imkanı verir, Moskva ilə Tehran arasında kommunikasiyalar avtomatik şəkildə bağlanmaqla İranı Vaşinqton qırğıları ilə təkbətək qoyur. Beləliklə, İsrail Cənubi Qafqazda neqativ ssenarı variantında həm Rusiya, həm də İran dəstəyindən məhrum olacaq Bəşər Əsəd və hökumətini uzaqlaşdırmaq imkanı əldə edir. Bu, Təl-Əvivə Holan təpələri ilə bağlı məsələni hüquqi baxımdan bağlamaq, Vaşinqtona isə Rusiyanı Cənubi Qafqazdan tam şəkildə sıxışdırb çıxartmaq və taleyi sabit İran-Çin alyansından asılı olan quru “İpək yolu”nu kəsmək imkanı verəcək.

Bakının Tehranı İran dövlətçiliynin dağılması ilə təhdid etməyi təsadüfi deyil. Dekabrın 13-15-də Azərbaycan və Qazaxıstana səfər etmiş baş nazir Benyamin Netanyahu İlham Əliyev və Nursultan Nazarbayevlə Çinin ticarət-iqtisadi kommunikasiyalarını Avropa Birliyinə buraxmamaqdan ötrü Yaxın və Orta Şərq ölkələrini saf-çürük etmədən məhv etməyə hazır olan Amerika yeni mühafizəkarlarının dilində danışıb. BBC (Britaniya) Netanyahudan sitat gətirir: “İranda İsrailin balaca və köməksiz dövlət olduğunu düşünürlərsə, onda güclü səhv edirlər və İran rəhbərliyinə durumu gərginləşdirməməyi məsləhət görürəm, əks halda böyük pisliklərlə üzləşəcəklər”.

Sonra nə olacaq? Təl-Əviv və Bakı Trampın yanvar andiçmə mərasiminə hazırlaşaraq sürətlə sözdən işə keçir: tərəflər dekabrın 28-də “Azərbaycan Respublikası hökuməti və İsrail dövləti hökuməti arasında hava yolları xidməti haqda saziş” layihəsini razılaşdırıb.

Türkiyəyə gəlincə, nüfuzlu şiə dövlətinin zəifləməsi onu qane edir. Xüsusən də amerikalı və israillilərin “qara işi” öz üzərlərinə götürməyə hazır olduqları üçün. Buna görə də xarici işlər naziri Mövlud Çavuşoğlu SƏR-də barışıqdan danşarkən qəsdən Livan “Hizbullah”ına qarşı icrası mümkünsüz tələb irəli sürüb – Hələbi tərk etmək. Türklər elə Astanada da Əsədlə danışıqlar masasının arxasına əyləşməyə hazır deyillər. Türkiyənin Suriya və İranı eyni zamanda devalvasiya etməyə səy göstərdiyi, onun Cənubi Qafqazdakı müttəfiqinin isə Ermənistan və Dağlıq Qarabağla böyük müharibəyə hazırlaşdığı bir vaxtda bu cür “barışıq” Rusiyanın nəyinə lazımdır?

Durum gərginləşib, vaxt getdikcə lap az qalır. Qan tökülməsinin qarşısını hələ almaq mümkündür.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə