XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2017 - 14:34

Çində peyda ediləcək “Türküstan briqadası” –Maşanı əlində tutan kimdir?

turkustan-tuqayi

Yeni il gecəsi İstanbulda, "Reina"da terror aktını törədən caninin İŞİD-in "Türküstan tuqayları"nın ("Türküstan briqadası"nın) üzvü olduğuna dair ilkin məlumat diqqəti bu qruplaşmaya yönəldib.

Strateq.az xəbər verir ki, bu qruplaşmanın beşiyi olan Türküstan İslam Partiyasının (TİP) terrorçu fəaliyyəti Türkiyədə rəsmi səviyyədə əvvəldən danılmayıb.

Hətta bir neçə dəfə rəsmi səviyyədə, o cümlədən Çin rəhbəri S.Szinpinlə görüşdə prezident Ərdoğanın sözləri ilə bəyan edilib. Lakin Çinin qərbində, Sinzyan-Uyğur muxtar vilayətində uyğurlara qarşı assimlyasiya siyasəti ilə bu mövzuya hər dəfə pərdə çəkilib.

Uyğur ərazisində yaranan Türküstan İslam Partiyası 1988-ci ilin sonlarından tanınmağa başlayıb. Çinin Uyğur-Sinzyan (Uyğurustan) əyalətində rəsmi Pekinlə silahlı qarşıdurmada qurumun ilk rəhbəri Zeydin Yusuf öldürüldükdən sonra (1990-cı il) TİP-ə Həsən Mahsun Rahimullah rəhbərlik etməyə başlayıb.

Bir müddət sonra TİP Əfqanıstanda “Taliban”ın himayəsinə keçib. 2001-ci ildə ABŞ-ın Əfqanıstana müdaxiləsinin ardınca bu qurum Pakistanın Vəziristan əyalətində sığınacaq tapıb.

2003-cü ildə Həsən Mahsum Rahimullahın qətlindən sonra Abdulhak Damolla TİP-in yeni rəhbəri seçilib.

2012-ci ildən Suriyada, İŞİD sıralarında döyüşən türküstanlı "cihadçılar" Cisr əl-Şuğurun işğalı ilə gündəmə gəlib.

Əfqanıstanda "Taliban" düşərgələrində formalaşmış "Türküstan briqadası"na Əbu Həmzə Türküstani, yaxud "ailəsi Türkiyədə yaşayan, Çindən gəlib Suriya cihadına qatılan mücahid" kimi tanınan şəxs rəhbərlik edir.

Əbu Həmzənin döyüşçüləri arasında uyğurlarla yanaşı, Qafqaz və Orta Asiyadan muzdluların olduğu da gizli deyil.

Rəsmi Çin mənbələrinin məlumatına görə, Pakistanda hərbi təlim alan xeyli döyüşçü Suriyadakı müharibəyə qatılmaq üçün Türkiyəyə üz tutub. Türkiyədə təxminən 20 min uyğur qaçqının varlığı da danılmazdır.

Onların yaratdığı "Şərqi Türküstan Mədəniyyət və Həmrəylik Dərnəyi"nin Suriyaya humanitar yardım altında "könüllülər" göndərdiyinə dair iddialar var.

İddiaların ən yenisi isə budur ki, yaxın gələcəkdə ABŞ-la kəskinləşməsi gözlənilən münasibətlər fonunda artıq döyüş təcrübəsinə malik TİP, daha doğrusu, "Türküstan briqadası" yenidən beşiyində, Çində peyda ola bilər.

 

M.Rzasoy

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə