Qarşıdakı mart ayındakı bayramlarla bağlı 9 gün qeyri-iş günü olacaq.
Strateq.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, 8 mart Beynəlxalq qadınlar günü bazar gününə təsadüf etdiyindən martın 9-u da qeyri-iş günü hesab ediləcək.
Nazirlər Kabinetindən Novruz bayramı ilə bağlı bayram günlərini də açıqlanıb.
Strateq.az-ın məlumatına görə, Novruz bayramında 7 gün iş olmayacaq: “Novruz bayramı ilə bağlı martın 20-dən 24-dək qeyri-iş günləridir. Əmək Məcəlləsinə görə, martın 21 və 22-si şənbə və bazar günlərinə düşdüyündən həmin ayın 25-i və 26-sı qeyri-iş günü olacaq. Beləliklə, ölkə əhalisi 7 gün işləməyəcək. Beləliklə, martda 9 gün istirahət günü olacaq”.
Strateq.az