XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2017 - 15:22

ABŞ kəşfiyyatı Putinin Trampa kömək etdiyini açıqladı –Tramp isə "bu, seçkilərin nəticəsinə təsir göstərməyib" deyir

ki

Virciniyada MKİ binası

© AFP 2016, Saul Loeb

 

BBC Rus xidməti (Böyük Britaniya), 07.01.2017


Amerika kəşfiyyatının seçilmiş prezidentin xüsusi xidmət rəhbərləri ilə görüşündən sonra dərc edilmiş hesabatında deyilir: "Rusiya prezidenti Vladimir Putin prezident seçkilərini udmaqda Donald Trampa yardım göstərməyə çalışıb".

“Məxfidir” qrifi götürülmüş və Donald Trampla görüşdən dərhal sonra dərc edilmiş hesabatda Rusiya liderinin, məqsədi ABŞ-da prezident seçkilərinin nəticələrinə təsir etməkdən ibarət olan kampaniya təşkil etmək komandası verdiyindən ibarət iddialar əks olunub. Hesabat müəllifləri yazırlar ki, bu kampaniyanın məqsədi əhalinin prezident seçkilərinə inamını qırmaq, Demokratik Partiyadan namizəd Hillari Klintonun nüfuzdan salınması idi.

ABŞ prezidenti seçimiş Donald Tramp kəşfiyyat rəhbərləri ilə görüşdən sonra bildirib ki, haker hücumları seçkinin nəticələrinə heç cür təsir etməyib. O, açıqlamasında Rusiya hökumətinin kiber hücumlarda əli olduğu haqda iddiaları şərhdən imtina edib, həmçinin görülmüş işə görə kəşfiyyat əməkdaşlarına təşəkkürünü bildirib.

Trampın bəyanatında deyilir: “Rusiya, Çin, başqa ölkələr, əcnəbi qruplaşmalar və özəl şəxslər hökumət institutları, biznes və Demokratik Partiyanın Milli Komitəsi daxil olmaqla ictimai təşkilatlarımızın infrastrukturlarının təhlükəsizliyini daim sarsıtmağa çalışdığı bir vaxtda bunun seçkinin nəticələrinə əsla heç bir təsiri olmayıb”. 

O, həmin bəyanatda prezident postunda kiberhücumlara qarşı fəal şəkildə durmaq və ilk doxsan gün ərzində haker hucumlarına qarşı plan hazırlanmasına görə cavabdeh xüsusi qrup təyin etməyi vəd edib.

Amerika xüsusi xidmətlərinin təmsilçiləri ABŞ prezidenti seçilmiş Donald Trampla planlaşdırıldığı kimi cümə günü görüşüblər. Onlar bu görüşdə Ağ Evin şübhəyə köklənmiş gələcək sahibini inandırmağa çalışıblar ki, prezident seçkilərinin astanasında haker hücumlarının arxasında məhz Rusiya durub.

Bu arada Amerika KİV-ləri təhlükəsizlik xidmətlərindəki qaynağa istinadən xəbər verib ki, ABŞ kəşfiyyatı Trampın xeyrinə səsverməyə təsir etməyə səy göstərməkdən ötrü Demokratik Partiyanın oğurlanmış elektron məktublarını" WikiLeaks" saytına göndərmiş Rusiya agentlərini dəqiqləşdirib. Lakin bu agentlərin adları hələlik çəkilmir, "WikiLeaks" qurucusu Culian Assanj isə iddia edir ki, bu sənədləri Rusiya hökumətinin təmsilçilərindən almayıb.

 

Tutulmuş məlumatlar

 

CNN, Washington Post və NBC News kəşfiyyatdakı qaynağa isnadən yazır ki, xüsusi xidmətlər yüksəkçinli Rusiya məmurlarının Trampın Hillari Klinton üzərində qələbəsini bayram etdiyindən xəbər verən məlumatları tutub.

Kəşfiyyatın fikrincə, bu, Moskvanın Trampın qələbəsində maraqlı olduğuna daha bir əlavə sübutdur. Lakin qeyd olunur ki, tutulmuş məlumatlarda bu və yab digər məmurun sındırılmada birbaşa əli olduğunu sübut edəcək heç nə yoxdur.

NBC News telekanalı həmçinin xəbər verib ki, Rusiya hakerlərinin ehtimal edilən hücumunun hədəfi təkcə Demokratik Partiya rəhbərliyi deyil, həm də Ağ Ev, administrasiya rəhbərliyi, Dövlət Departamenti və Amerikanın iri korporasiyaları olub.

Rusiya kiberhücumlara hər hansı dəxli olduğunu qəti şəkildə inkar edir.

 

Haker hücumlarında ittiham üçün hansı əsaslar var?

 

ABŞ vitse-prezidenti Co Bayden Trampı kəşfiyyat xidmətlərinə həmləyə görə kəskin tənqid edərək bildirib ki, kəşfiyyata inanmamaq “tamamilə mənasızdır”.

Bayden deyib ki, ABŞ xüsusi xidmətlərinin kiberhücumlarda Rusiyanın rolundan danışan məruzəsini oxuyub.

Trampla görüş ərəfəsində xəbər verilib ki, kəşfiyyat təmsilçiləri seçilmiş prezidentlə söhbət üçün inandırıcı sənədlər hazırlayıblar. Tramp brifinqə cəmi bir neçə saat qalmış bu hadisələri Demokratik Partiyadakı  əleyhdarlarının hazırladığı “siyasi cadugər ovu” adlandırıb.

Tramp "New York Times" qəzetinə müsahibədə qeyd edib ki, Amerika hökuməti əvvəllər də haker hücumlarına məruz qalıb, lakin KİV tərəfdən bu hadisələrə heç vaxt bu cür diqqət olmayıb.

Ağ Evin gələcək mətbuat katibi Şon Spayser cümə günü səhər ABC telekanalının səhər proqramında deyib ki, seçilmiş prezident kəşfiyyat rəhbərləri ilə görüşə “dinləmək və bu cür nəticələrə necə gəldiklərini anlamağa hazır” halda gedəcək.  

 

Tərcümə Strateq.az-ındır.