XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

26 Mart 2015 - 07:10

3-cü Dünya Müharibəsi Yəməndən başladı!

Arap ülkelerinden Yemen'e hava saldırısı

Səudiyyə Ərəbistanı ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri bu gecə saat 3-də Yəmənə qarşı hərbi əməliyyatlara başlayıb. Hərbi əməliyyat nəticəsində husilər tərəfindən ələ keçirilən bir sıra hərbi obyektlər bombalanıb. Bu barədə xəbəri krallığın ABŞ-dakı səfiri Adil əl-Cübeyr verib. Stateq.az-ın bildirdiyinə görə, Vaşinqtonda mətbuat konfransı keçirən səudiyyəli səfir onlara digər ərəb dövlətlərinin də dəstək verdiyini açıqlayıb.

Misir Xarici İşlər Nazirliyi də hərbi əməliyyata öz mövqeyini açıqlayıb və Səudiyyənin hücumunu dəstəkləyib. Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏDƏŞ) əksər üzvləri də Səudiyyə Ərəbistanının yanında yer alıblar. Birləşmiş Ərəb Əmirliyi, Qətər, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanı təmsilçiləri ortaq bəyannamə yayaraq, Əbdürrəbbi Mənsur Hadinin Yəməndəki proseslərə müdaxilə çağırışına müsbət cavab verdiklərini bildiriblər. ümumiyyətlə, Yəmənə qarşı hərbi əməliyyata 10 ölkənin qoşulduğu xəbər verilir. KƏDƏŞ-nın üzvlərindən təkcə Omman sultanlığı bəyannaməyə imza atmayıb. Görünən budur ki, hava hücumlarıyla husi qüvvələrini zəiflətmək istəyən ərəb ölkələri quru qoşunlarıyla da Yəmənə girmək arzusundadırlar.

Husiləri dəstəkləyən İranın bu prosesə laqeyd qalmayacağı və öz hərbi mütəxəssislərini Yəmənə göndərəcəyi istisna olunmur. Hal-hazırda belə, husi təyyarələrinin İranlı pilotlar tərəfindən idarə olunduğu bildirilir. Husi qüvvələrinin hərbi təyyarələrə malik olması müharibənin terrorçuluğa qarşı kiçik miqyaslı əməliyyatdan çıxıb dövlətlərarası, hətta regional müharibəyə çevriləcəyi gözləntisini yaradır. Husilərin İraq və Suriya tərəfindən də müdafiə olunacağı istisna deyil. Eyni zamanda, başı Ukraynada qarışan Rusiyanın da proseslərdə bu və digər şəkildə yer ala biləcəyi ehtimallar arasındadır. Supergüc ABŞ-ın isə bu prosesdə Səudiyyə Ərəbistanının yanında yer aldığı artıq senatorlar səviyyəsində ifadə olunub.

Heydər Oğuz

Strateq.az