XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 16:23

Rusiyadan Türkiyədəki konstitusiya islahatlarına baxış:"Şəxsi hakimiyyətin möhkəmləndirilməsinə və daxili sabitliyin saxlanmasına yönəlib" - Təhlil

E

İrina Alksnis

vz.ru, 13.01.2017

 

Türkiyəni prezident (daha dəqiqi, superprezident) respublikasına çevirəcək konstitusiya islahatı həlledici mərhələyə daxil olub. Bu, prezident Ərdoğanın şəxsi hakimiyyətini möhkəmləndirməkdən savayı, bir sıra digər suallar verməyə vadar edir. Məsələn, ölkəni və bu qədər geniş səlahiyyətləri Ərdoğanın yeniosmançılıq imperiya iddialarına uyğunlaşdırmaqla bütün bölgəni hara aparırlar?

Türkiyə parlamenti ölkənin indiki qarışıq prezident-parlament idarəçilik formasından prezident idarəçiliyinə keçidini nəzərdə tutan konstitusiya islahatının əsas maddələrini bəyənib.

İslahatın əsas maddələri sıradakı olacaq:

– prezident parlamentin müzakirəsinə çıxartmadan sərəncam vermək hüququ əldə edir;

– prezident baş nazirin birinci müavinləri, nazirləri və digər yüksəkçinli şəxsləri təyin etmək hüququ qazanır;

– prezident Konstitusiya Məhkəməsinin 15 üzvündən 12-ni təyin edə bilər;

– prezident parlamentin qəbul etdiyi qanunları Konstitusya Məhkəməsinin müzakirəsinə vermək hüququ əldə edir;

– prezident vəzifədə olarkən siyasi partiya liderliyində qalmaq hüququ qazanır.

İslahat prezident səlahiyyətlərinin genişləndirilməsindən savayı, milli parlament üzvlərinin sayının (550-dən 600-ə) artırılması və (indiki 25 yaşdan fərqli olaraq) 18 yaşdan deputat olmaq hüququnu nəzərdə tutur.

Bundan başqa, parlament üçün seçki silsiləsi dörd ildən beş ilə qaldırılır.

Növbəti mərhələ ölkənin əsas qanununa dəyişiklik edilməsi üçün parlamentdə səsvermə olacaq. Müvəffəqiyyət üçün deputatların 330 səsi tələb olunur ki, bu da zəmanətə alınıb. Çünki islahat tərəfdarları birlikdə 355 səsə sahib olan hökumətyönlü Ədalət və İnkişaf (AKP) və Milliyyətçi Hərəkat (MHP) partiyalarıdır. Eyni zamanda islahatın istisnasız olaraq parlamentdən keçməsi üçün onların səsi kifayət etmir – bunun üçün 367 səs lazımdır.

Parlamentdə təmsil olunmuş müxalif sol-mərkəzçi Cümhuriyyət Xalq Partiyası (CHP) və kürdyönlü Xalqların Demokratik Partiyası (HDP) konstitusiyada təklif edilən dəyişikliklərə qarşı qəti şəkildə çıxış edir. Parlamentdə qarşıdurma o qədər amansızdır ki, məsələ hətta böyük savaşa qədər gedib çıxıb.

Bu qayda ilə parlamentdə səsvermədən sonra konstitusiya islahatı haqda məsələ ümumxalq referendumuna çıxarılacaq. Praktik olaraq ən sərt tənqidçilər daxil olmaqla heç kim şübhə etmir ki, vətəndaşlar bunu dəstəkləyəcək. Prezident Ərdoğan kütlələrin gerçək və geniş dəstəyinə söykənir. Türkiyə siyasi sistemində qarşıdan gələn dəyişikliklərin sadalanmış siyahısı islahat əleyhdarlarının prezident Ərdoğanı hakimiyyəti bir əldə cəmləşdirmək və ölkədə avtoritar idarəçilik forması yaratmaqda ittiham etdikərinin niyəsini əyani şəkildə izah edir.

Lakin konstitusiya islahatı avtoritar tendensiyaların güclənməyindən başqa, bəlkə də daha önəmli ismarıc daşıyır. Türkiyə Atatürk mirasından getdikcə daha irimiqyaslı və ardıcıl şəkildə üz döndərir.

Dünyəvi, vətəndaş millətçiliyi və qərbyönlü istiqamətin yerinə ölkə liderinin təcəssüm etdirdiyi şəkildə yeni osmançılıq, islamçılıq və avtoritarizm daha açıq şəkildə gəlir.

Cari şəkildəyişmələri bu yolda ilk addım deyil. 2007-ci ildə Türkiyənin parlament sistemini qarışıq prezident-parlament sisteminə keçirən konstitusiya islahatı keçirilib. Prezidenti səalhiyyətləri genişləndirilib, o isə indiyə qədər olduğu kimi parlamentdə deyil, birbaşa seçkilərdə seçilib. 2010-cu ildə əsas məqsədi ordunun siyasi çəkisinin kəskin şəkildə azaldılması olan konstitusiya islahatlarının ikinci dalğası keçib.  Məlum olduğu kimi, Mustafa Kamal məhz ordunu Türkiyənin dünyəvi və qərbyönlü inkişaf yoluna zamin etmişdi.

2016-cı ilin yayında dövlət çevrilişinə cəhdin göstərdiyi kimi, Ərdoğan hərbçilərdən müstəqil siyasi qüvvə kimi nahaq yerə ehtiyat etmirmiş və son illərdə onun imkan və siyasi çəkisini azaltmağa can atıb. Lakin konstutisiya islahatı Türkiyədaxili xeyli məsələlərdən başqa, çoxlu xarici siyasət məsələləri də qoyur.

Ərdoğan, əslində, yeniosmançılıq imperiya iddialarını heç vaxt gizlətməyib. 2015-ci ilin ikinci yarısında Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməyinə məhz bu səbəb olub. Konstitusiya islahatını sonadək aparmaq mümkün olsa, Türkiyə prezidentinin ağlına gələn istənilən xarici siyasət plan və avantüralarını həyata keçirmək üçün əl-qolu açılacaq. Məsələ burasındadır ki, o, bu imkandan istifadə edəcəkmi?

Son ayların hadisələri göstərir ki, daha çox xeyr. Sözsüz, öz ölkəsinin imperiya əzəmətini dirçəltmək üçün Ərdoğanın əzəmətli xülyaları ola bilər. Amma son dövrün olayları göstərir ki, durum – həm Türkiyədə, həm də bütövlükdə – daha çox “keçi can hayındadır, qəssab piy axtarır” yönündədir. Ölkəni teraktlar silkələyir, kürd problemi güclənir, Rusiya səfirinin qətli isə hətta hərbi çevriliş cəhdindən sonra baş vermiş  irimiqyaslı (və şayiələrə görə, son dərəcə amansız) təmizləmələrə baxmayaraq, Ərdoğanın əvvəlkitək öz güc qurumlarına etibar edə bilmədiyinin rəmzi olub.

Bununla yanaşı, şübhəsiz, Türkiyə bölgənin Suriya daxil olmaqla bütün problem və münaqişələrinin həllinə fəal şəkildə cəlb edilən açar ölkəsi olaraq qalır. Bax, ancaq daxili sabitsizliyin səviyyəsi böyük ehtimalla ona kiçik tərəfdaş rolu ayırır.

Uyğun olaraq Türkiyədə prezident səlahiyyətlərinin genişləndirilməsilə irimiqyaslı konstitusiya islahatı daha çox Ərdoğanın şəxsi hakimiyyətinin möhkəmləndirilməsi və ölkədə daxili sabitliyin saxlanmasına yönəlib. İrimiqyaslı xarici siyasət iddialarının gerçəkləşdirilməsinə türk liderin sadəcə resursları bəs etmir. Hətta maksimal səviyyədə artırılmiş səlahiyyətlərlə də.

 

Tərcümə Strateq.az-ındır.