XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 21:45

Tramp 12 dəqiqə danışdı, dünyaya yeni mesajlar verdi –ABŞ-ın yeni prezidenti rəsmən işə başladı (VİDEO)

tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trumpın bu gün andiçmə mərasimi keçirilib.

Strateq.az xəbər verir ki, yeni prezidentin yüksək təhlükəsizlik şəraitində baş tutan inauqurasiya mərasimində dünyanın müxtəlif ölkələrinin liderləri və ictimai xadimlər iştirak ediblər. 

Maraqlıdır ki, Trampın əleyhdarları ilə tərəfdarları da mərasim ətrafında toplanıblar. Bir tərəf Amerika tarixində indiyədək görünməyən formada yeni seçilən preizdentin əleyhinə ən sərt şüarlar səsləndirib, hətta mərasimə mane olmaq istəyib, digər tərəf isə Trampı alqışlayıb. 

Yeni prezident Tramp isə mərasimdə, təxminən, 12 dəqiqəlik çıxış edərək, Obama administrasiyanın fəaliyyətini tənqid edib, dünyaya və Amerika xalqına yeni mesajlar verib:

"ABŞ digər ölkələrə öz həyat tərzini qəbul etdirməyəcək, onlara nümunə olmaq istəyəcək. ABŞ başqa ölkələri müdafiə edərək, öz sərhədlərini qoruya bilməyib. Cinayətkarlıq, quldurluq və narkotiklər amerikalıların həyatlarına təhlükədir, mən bu qırğına son qoyacam”.

Tramp həmçinin dünyada radikal terrorçuluğa son qoyacağına söz verib.

Bununla belə o, ənənəvi çıxışlardan fərqli olaraq, hazırda ABŞ ordusunun acınacaqlı vəziyyətdə olduğunu da vurğulayıb.

Bir sözlə, Tramp çıxışını əsasən ABŞ-ın daxilinə hesablanmış tezislər üzərində qurub və sözlərindən belə anlaşılıb ki, "Hər şey Amerika və amerikalılar üçün!” olacaq.

Daha sonra ənənəvi and içərək, ABŞ-ın 45-ci prezidenti kimi işə başlayıb…

 

 




Yuxarı Əvvələ Ana Səhifə