XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 10:48

Astanada “Suriya sammiti” başlanır:İran uduzan tərəf rolunda görünür – Təhlil

LCZ

İqor Subbotin

NG.ru (Rusiya), 23.01.2017

 

ABŞ Astanada bu gün başlanan Suriyadaxili danışıqlara nümayəndə heyəti göndərməkdən imtina edib. İŞİD-ə qarşı koalisiyaya başçılıq edən ölkə səfir səviyyəsində təmsil olunacaq. Bu haqda dövlət Departamenti rəsmən məlumat verib. Suriya barışığının formal zaminlərindən biri – İran Amerikanın iştirakına qarşı fəal şəkildə çıxış edib.

Amerika xarici siyasət idarəsinin bəyanatında deyilib: “Prezidentimizin and mərasimi və yubanmadan siyasi keçid tələbləri nəzərə alınmaqla Vaşinqtondan nümayəndə heyəti Astana konfransında iştirak etməyəcək”.

Məlum olduğu kimi, Dövlət Departamentinin rəhbərlik səlahiyyəti müddəti yanvarın 20-də eks-prezident Barak Obamanın gedişi ilə başa çatıb. Düzdür, Rusiya tərəfi iddia edir ki, artıq ABŞ prezidenti Donald Tramp komandası təmsilçilərinə Qazaxıstana dəvətnamə göndərib.

İran Amerika təmsilçilərinin Suriyadaxili görüşə gəlməyinə qarşı qəti şəkildə fikir bildirib. İran XİN başçısı Məhəmməd Cavad Zərif əvvəllər deyib: “Biz ABŞ-ı dəvət etməmişik və onun iştirakına razı deyilik”.

İran  rəyinin görüşə hazırlıqda necə əks olunduğu aydın deyil. Lakin görünür, Rusiya bunu nəzərə alır. RF prezidenti mətbuat katibi Dmitri Peskov BBC-yə müsahibəsində Tehranın mövqeyini şərh edib: “Durum çox qəlizdir: Suriya məsələsində olduqca mühüm oyunçu İran var və iranlılar ABŞ-ı salamlamırlar. Bu dedikcə ehtiyatlı oyun üçün dedikcə çətin məsələdir”.

Durum hazırda o durum deyil ki, hamı ABŞ-ın iştirak edib etməyəcəyini və hansı qismdə qatılacağını gözləyirdi, – Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova brifinqdə aydınlaşdırıb. – Bizim öz işimiz var”.

O, Vaşinqtonun mümkün iştirakına Tehranın reaksiyası haqda sualı cavablandırarkən durumu gərginləşdirməməyə çağırıb. “Bütün danışıq və təmaslar tamamilə konstruktiv gedir, – Zaxarova bildirib. – Tərəflər ümumi anlaşma tapır”.

Bununla belə, XİN təmsilçisi qeyd edib ki, Astana görüşü Cenevrə prosesini basıb əzmir. “Bundan çıxış edirik ki, Astanada beynəlxalq görüş hərbi əməliyyatların kəsilməsi rejiminin konsolidasiyasına səbəb olacaq və Suriyadaxili inklüziv danışıqların başlaması, Cenevrədə BMT himayəsi altında dialoq üçün əlverişli mühit yaradacaq”.  

Amerika ekspertlərinin fikrincə, hələlik Tramp dövründə ABŞ siyasətinin necə olacağı haqda danışmağn vaxtı deyil. “Suriya böhranına münasibətdə yeni administrasiyanın mövqeyinin necə olacağını dəqiq bilmirik, – Strateji və beynəlxalq araşdırmalar mərkəzinin baş müşaviri Olqa Oliker Vaşinqtonda Rusiya jurnalistləri ilə görüşdə “NG”-nin sualını cavablandırarkən bildirib. – Münaqişənin bütün tərəfləri iddia edir ki, Suriyada terrorizmlə mübarizə aparırlar, amma heç kim gerçəklikdə bunu etmir. Rusiya terrorzimlə mübarizəsindən danışır, çünki Bəşər Əsəd rejimini möhkəmləndirmək istəyir. ABŞ isə Əsədi repressiv rejim hesab edir. Hətta hərbi əməliyyatlar saxlansa da, ölkənin sabitləşdirilməyi problemi həmişə var. Düşünmürəm ki, ABŞ-ı bu prosesə qoşmaq mümkün olacaq. Rusiyanın bununla məşğul olub-olmayacağını bilmirəm. Suriya üzərindən uçub bomba atmaq başqa məsələdir, ölkəni bərpa etmək başqa”.

İranın mövqeyinə gəlincə, Rusiya ekspertlərinin hesab etdiyi kimi, Tehran öz davranışı ilə bölgədə güc sərgilənmək istəyir. İnnovasiyalı inkişaf İnstitutunun Yaxın Şərq münaqişələrinin araşdırılması şöbəsinin rəhbəri Anton Mardasov “NG”-yə bildirib: “Trampın antiiran ritorikası da  burada öz rolunu oynayır, lakin Tehran birinci növbədə, ona göründüyü kimi, ABŞ-ın bölgədəki destruktiv rolunu vurğulayır. İkincisi, İranı Suriya üzrə saziş bərk narahat edir – o, burada uduzan rolunda görünür. İndiki sazişlər Rusiya-Türkiyə dialoqunun böyük nəticəsidir, İran isə heç kimlə sazişə gəlməmək və heç bir sünni müxalifətini tanımamağa üstünlük verərdi. O, Rusiya və ABŞ-ın əvvəlki sazişlərini də ona tabe yerüstü dəstələrlə pozub”.

Analitik xatırladır ki, Rusiya hərbçiləri Suriya ordusunun beşinci korpusunun formalaşmasında iştirak edirlər. “Buna baxmayaraq, İran faktiki olaraq bu prosesdən çıxdaş olunub, – Mardasov bildirib. – Bu, bir mətləbdən xəbər verir: Moskva gələcəkdə rəsmi Dəməşqlə birlikdə bəzi əməliyyatlar keçirə, amma İran və İranyönlü birləşmələrə söykənməyə bilər. Bu mənada Rusiyanın Türkiyə və Rusiyanın ABŞ-la sazişləri bölgədə Rusiyanın mövqeyini gücləndirir, İranınkını azaldır”.

Qazaxıstan paytaxtında Moskva, Ankara və Tehranın təşkil etdiyi danışıqlar bir neçə gün çəkməlidir. Ona silahlı Suriya müxalifəti təmsilçiləri və rəsmi Dəməşqdən təmsilçilər qatılacaqlar. RF XİN başçısı Sergey Lavrov üçlü formatın önəmini vurğulayıb və ərazidəki münaqişəni qaydaya salmaqda onu yeganə işlək üsul adlandırıb.

 

Vaşinqton

Tərcümə Strateq.az-ındır.