XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 14:05

Moskva Lukaşenkonu devirməyə hazırlaşır? –Təhlil

l

Qalina Petrovskaya

Deutsche Welle (Almaniya), 23.01.2017

 

Belarus Rusiya qazına görə borcu ödəmir, Moskva neft tədarükünü azaldıb və Minskin Brüssellə münasibətləri fəallaşdırmağından narazıdır. DW aydınlaşdırıb ki, müttəfiqini qandırmaq üçün Kreml nələrə hazırdır. Minsk Strateji və xarici siyasət araşdırmaları mərkəzinin (CSFPS)  dərcindən sonra Belorus və Rusiya KİV-lərində Minskdə hakimiyyət dəyişikliyi ehtimalı müzakirə olunur – mərkəzin analitikləri iddia edirlər ki, guya Moskva buna hazırdır. Arsen Sivitski və Yuri Sarik Kreml tərəfindən Belorusa birtərəfli qaydada təzyiqindən xəbər verən tam bir sıra səbəblər sadalaıyblar.

Digərlərindən savayı RF-nin “Rusiya qoşunlarını daimi əsasda yerləşdirmək, “Qərb-2017” təlimi vaxtı RF silahlın qüvvələrinin Belorus ərazisində strateji yerləşdirmək tədbirlərinə hazırlıq, üçüncü ölkələrdən Rusiyaya yollanan sərnişinlərin Belorus ərazisindən gəlişinin önlənməsi” və başqa cəhdlərin adı çəkilir. CSFPS bununla bağlı “Rusiya Federasiyasının daxili münaqişənin törədilməsi və/və yaxud Belorus Respublikasında konstitusiyalı quruluşun zorla dəyişilməsi üzrə mümkün fəaliyyətini aktual təhlükə” adlandırıb.

DW aydınlaşdırıb ki, Minsk-Moskva qarşıdurmasının indiki kəskinləşməyi Belorus üçün hansı nəticələrə gətirə bilər. DW-nin sorğuladığı ekspertlərin fikrincə, Kremlin Lukaşnekonu devirməyinə ehtiyac yoxdur, çünki Rusiyanın rəsmi Minski “tərəfdaşlığa məcbur etmək” siyasəti yürütmək üçün yetərincə digər rıçaqları var.

 

Lukaşenko üçün qırmızı xətt

 

“Minsklə Moskva arasındakı münaqişə son beş ildə həqiqqətən ən ciddi münaqişədir”, – deyə “Strategiya” analitik mərkəzindən Valeri Karbaleviç DW-yə bildirib. Rusiya hələ ötən ilin üçüncü rübündə neft tədarükünü azaldıb və Belorus keçən il aldığı qaza görə borcunu ödəmədiyindən 2017-ci ilin birinci rübündə də azaldacaq.

Belorus rəhbərliyi Avrasiya sabitləşdirmə və inkişaf fondu kreditinin üçüncü tranşını almayıb – kredit keçən sentyabrda daxil olmalıydı. Ekspert xatırladır ki, Kremlin narazılığının səbəbi həm də Minskin Brüssellə münasibətləri fəallaşdırmağıdır. Aleksandr Lukaşenko öz növbəsində səbəbini izah etmədən dekabrın 26-da Sankt-Peterburqda AİB və KTMT sammitlərində iştirak etməyib.

Karbaleviç yaranmış durumu şərh edir: “Yeni qarşıdurmanın səbəbləri yeni deyil – hər iki tərəfin narazılığıdır”. Moskvaya xoş gəlmir ki, Minsk vədlərindən çoxunu yerinə yetirmir. Belorus rəhbərliyinin qeyri-effektli iqtisadiyyatı dəstəkləmək üçün istifadə etdiyi imtiyazları azaltmağı Minski qane etmir.

Lakin ekspertin fikrincə, “münaqişə hazırda zirvəyə çatıb, sonra isə növbəti qalmaqala qədər əvvəlkilər tək heçə enəcək. Moskva Lukaşenkonun heç vaxt keçməyə cürət etməyəcəyi qırmızı xətlər müəyyənləşdirib. Bu, Ukrayna nümunəsində RF ilə inteqrasiyadan imtina və inteqrasita birliklərindən – İttifaq dövləti, AİB, KTMT və MDB-dən çıxmaqdır”.

O buna görə də CSFPS-in Moskvanlın guya Belorusda zorakı hakmiyyət dəyişikliyi hazırladığı haqda versiyasını şübhə ilə qiymətləndirir: “Məruzə müəllifləri rejimə münasibətdə tamamilə loyaldır və onların mülahizə məntiqi yalnız buna təhrik edir ki, Rusiya Belorusda durumu sabitsizləşdirmək və Lukaşenkonu öz oyuncağı ilə əvəzləmək vəzifəsi qoyarsa, Belorusun bütün vətənpərvərləri indiki dövlət başçısının ətrafında birləşməlidir”.

 

Suda batanın saman çöpü xahişi

 

Finlandiya beynəlxalq münasibətlər İnstitutu Rusiya proqramlarının rəhbəri Arkadi Moşes də Belorusda durumu “anlaşılmaz nəticələr və dünya ictimaiyyətinin anlaşılmaz reakisiyası ilə” dərindən sabitsizləşdirməyinin Kremlə əlverişli olmadığı ilə razıdır. O, DW-lə söhbətdə deyir:

“Güman etmirəm ki, Rusiya vəhşi tədbirlərə cürət edərək Belorusun düşməninə çevrilər”.

O, CSFPS məruzəsinin ismarıcını Qərbə siqnal kimi qiymətləndirir: “Belorus suverenlyinin qarantı Lukaşenkonu xilas edin və Qərb siyasətçiləri onu xilas etməyə girişməsə, onda Moskvaya bağlı daha sərt siyasi rejimlə iş görməli olacaqlar”.

Analitikin sözlərinə görə, eyni zamanda müttəfiq Minskin son üç ildə “bütün meridianlar üzrə iqtiasdi uduş əldə etmək cəhdlərinə aparan siyasət yurütməyi Moskvanı aşkar şəkildə qane etmir – istər Qərb, istər Ukrayna ilə əməkdaşlıq, istər RF-nin antisanksiyalarına qoşulmamaq və yaxud Qəb sanksiyaları məhsullarını Rusiyaya tədarük etməkdən ötrü Belorus dəhlizinin qurulması olsun”.   

Moşes əmindir ki, Kreml Belorus rəhbərliyini elə bir vəziyyətdə qoymağa cəhd edir ki, sadəcə, özünü loyal aparmağa məcbur olsun. Ekspert deyir: “Tortdakı albalı isə Moskvanın təkid, Minskin isə imtina etdiyi Rusiya aviabazası ola bilərdi”. Və Rusiyanın Belorusu özünə bənd edə biləcəyi üsulları sadalayır.

Birincisi, subsidiyalaşmanın – Belorus siyasi siteminin mövcud ola bilməyəcəyi kreditlər və enerji daşıyıcılarının güzəştlə tədarükünün azaldılması.

İkincisi, “Rusiyanın hələ də maraq göstərdiyi miras gümüşün” özəlləşdirilməsi tələbi.

Üçüncüsü, özəl hərbi resursların yaradılması və Belorusun Rusiya ilə hərbi-siyasi əməkdaşlıq haqda bəyannamələrlə alver etmək imkanından olması.

Dördüncüsü, Belorusun etibarsız və Rusiya təbliğatının köməyi ilə cəbhəni dəyişməyə hazır olan müttəfiq imicinin yaradılmağı – bu, Belorusun əks-oyununu son dərəcə çətinləşdirər.

Arkadi Moşes deyir: “Belorusla münaqişə daxili-siyasi təsəvvürlər üzündən ağrılı olarkən cənab Lukaşenkonun Moskvaya qarşı əvvəllər istifadə etdiyi yuşmaq güc təsirini itirib, Qərb isə çətin ki Belorusun indiki iqtisadi durumunda və indiki siyasi rejimi ilə Rusiya ilə sərt qarşıdurmaya getmək istəyər”.

Onun fikrincə, buna görə də “Lukaşenkonun devrilməyi və ərazilərin qəsbi lazım gəlməyəcək, çünki Minski əməkdaşlığa məcbur etməkdən yana Moskvanın kifayət qədər başqa resursları var”.

 

Tərcümə Strateq.az-ındır.