XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 14:02

Nemət Pənahlı 20 yanvardan danışır:“Deputatları döyə-döyə gətirib parlamentə doldurduq”-VİDEO

20 yanvar hadisələrinin əsas iştirakçılarından Nemət Pənahlı "Azadlıq Salnaməsi"ndə 20 yanvarın indiyə qədər məlum olmayan yönlərindən danışır…

 

Nemət Pənahlı: "Parlamentin qərarını, Şeyx Allahşükürün adından bəyanatı onlar yox, biz verdik"

 

III sonuncu hissə

 

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/133944/nem%C9%99t-p%C9%99nahli-20-yanvardan-danisir.html

(Nemət Pənahlı 20 yanvardan danışır:Milli Müdafiə Şurası niyə yarandı, xalqı silahlanmaya kim çağırdı?!-VİDEO​)

 

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/134248/nem%C9%99t-p%C9%99nahlidan-sok-aciqlamalar.html

(Nemət Pənahlıdan şok açıqlamalar:"Üstümdə 4 qumbara vardı, Primakovu və heyətini girov götürmək istədim"-VİDEO)

 

nemet-evez

Nemət Pənahlı 20 yanvar hadisələrində harada idi? AXC nə edirdi? 31 dekabr 1989-cu il hadisələrindən sonra nələr oldu? 1990-cı ilin yanvar ayı necə başladı? “Erməni poqromları” necə oldu? Hadisələrin qarşısını almaq olardımı? Qırğını dayandırmaq mümkündümü? Bu və ya digər onlarla, yüzlərlə sualların cavabları hələ də maraqlıdır, hələ də tam cavablandırılmayıb, hələ də müəmmalıdır. “Azadlıq Salnaməsi”ndə bu sualların bəzilərinə cavab almağa çalışmışıq. Nemət Pənahlı ilə yalnız 20 yanvar hadisələrindən danışmışıq. Bu dəfə masaya yatırdığımız 20 yanvar hadisələri, 20 yanvardan öncə olanlar və 20 yanvardan sonra baş verənlər idi. Ona çalışdıq.

Hər zaman olduğu kimi bu dəfə də maraqlı faktlardan danışdı Nemət Pənahlı.

1989-cu ilin 31 dekabrından sonra Azərbaycanda durum daha da çətinləşir. Bir tərəfdən xarici düşmən – Moskva, bir tərəfdən də daxili didişmə – AXC-daxili qarşıdurma. Durum o qədər çətinləşir ki, AXC daxilində liberallar-radikallar qarşıdurması Nemət Pənahlının təşkilatdan istefası ilə nəticələnir və Azərbaycan Xalq Cəbhəsi özünü buraxır. Nemət Pənahlı, Etibar Məmmədov, Əbülfəz Əliyev, Rahim Qazıyev və başqalarının birləşdiyi yeni qurum yaradılır. Yeni təşkiların adı Milli Müdafiə Şurası olur. Təşkilata Xaliq Bahadır və Fuad Ağayev də daxil edilir. Bununla da hərəkat yeni mərhələyə daxil olur. Nemət Pənahlı və radikal qrup ov tüfənginin də əlindən aldığı millətin müdafiəyə qalxmalı olduğunu tələb edir. Onlar tələb edirlər ki, bu, ölüm-dirim savaşıdır və hamı səfərbər olunub Qarabağı azad etməlidir və bunun üçün lazım olarsa silahlanmalıdır.

Milli Müdafiə Şurasının ilk mitinqi çağırılır və mitinq “Azadlıq” meydanında olur. Mitinq hər zamankından uzun davam edir. Vəziyyət gərginləşir və xəbər gəlir ki, “Mayak” radiosu Bakıda "erməni poqromları"nın başladığını və bunu milli qüvvələrin etdiyini xəbər verib. Bu, eyni zamanda Milli qüvvələrə xeyir verir və onlar elə tribunadanca xəbərin və "poqrom"un onlarlıq olmadığını, bu poqromları SSRİ DTK-nın etdiyini bəyan edir. Planı pozurlar. Amma Milli hərəkat bu poqromlardan məqsədyönlü istifadə edir. Dərhal ermənilərin təhlükəsizliyi təmin edilir və onların dinc şəkildə Bakıdan köçürülməsinə başlanılır.

Nemət Pənahlı xalqa silahlanma çağırışı edir. Leytenant Şmidt zavodu silah istehsal etməyə qərar verir və bu da illərlə davam edən spekulyasiyanın əsasını qoyur. Neməti illər boyu xalqı silahlandırmaqda və qırğın törətməkdə ittiham edirlər.

nemet1

Zamanın ağır günlərində Moskva Bakıda fövqəladə vəziyyət elan edir. Televiziyanın enerji bloku partladılır. 19-dan 20-nə keçən gecə qırğın baş verir və Nemətin də olduğu Milli Müdafiə Şurasının üzvləri Leytenant Şmidt zavodundakı qərargahdan prosesləri izləyirlər. Və… sonda hər birinin mühafizə dəstəsi onları bir-bir qərargahdan uzaqlaşdırır.

Bununla da sistemli fəaliyyət imkanları ortadan qalxır. Yalnız Şəhidlərin dəfnində Nemət Pənahlı uzun müzakirədən sonra meydana gəlir və prosesi özünün dediyi kimi mollaların əlindən alır və meydanı yenidən milli qüvvələrin mitinqinə çevirə bilir. Bakını bürüyən izdihamın bir ucu “Azadlıq” meydanında, bir ucu da Şəhidlər Xiyabanında olur. Bu günlərdə müxtəlif qərarlar verilib və o qərarlar həm də tarixi qərarlardır. Məsələn, Şəhidlərin əksəriyyətinin dəfn olunduğu halda onları yenidən dəfn olunduqları yerlərdən çıxarıb evlərə qaytarmaq və “Azadlıq” meydanından dəfnə götürmək haqqında qərar verilib. Əsas məsələ Şəhidlərin bir yerdə, toplu olaraq harada dəfn olunacağı qərarını kimi verib və nədən Dağüstü Park seçilib? Bu qərar kimin qərarı olub?! O haqda da suallarım oldu və Nemət bütün bu qərarları özlərinin aldığını, hətta bəzilərini birbaşa özünün verdiyini dedi. Təkcə bu qərarların verilməsi Azərbaycan tarixində qalmağın əbədiliyi deməkdir – mən belə anlayıram.

Beləliklə, Nemət Pənahlı ilə – adı 20 yanvar epopeyasında ən çox hallanan zamanın əfsanəvi ismi ilə “Azadlıq Salnaməsi”ndə daha bir müsahibə baş tutdu. Bir daha, bir daha əmin oluram ki, bu xalqın tarixi yazılmır və gerçək şahidlər ortada ikən bu passivliyin səbəbini anlamıram. Təkcə 20 yanvardan söhbət saatlara sığmır. Təkcə bir mövzunu müzakirə etmək üçün günlər lazım olur. Sonuna qədər bu işi aparacaq və bu millətin nəhəng tarixinin yazılması və lentə alınması prosesinə əlimizdən gələn qədər qatqı edəcəyik. Bu da mənim və balaca komandamın bu millətə bir andı olsun.

Nemət Pənahlının arxivindən bu verilişdə bəzi orijinal videolar təqim etmişik. Amma o arxivin daha maraqlı və indiyə qədər məlum olmayan, ortaya çıxarılmayan məqamları var ki, onları da qismət olsa bir-bir təqdim edəcəyik.

“Azadlıq Salnaməsi”ndə Nemət Pənahlıdır…

 

Əvəz Zeynallı

 

 

Son

 

Strateq.az