XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 12:38

Trampın prezidentliyi Cənubi Qafqaza nə vəd edir? –Bölgə hər an Rusiyanın maraq zonası kimi tanına bilər - TƏHLİL

qafqaz-4

İrina Corbenadze

Rosbalt.ru, 23.01.2017

 

Donald Trampın prezident seçkilərində qələbəsi birinci növbədə ABŞ xarici siyasətinin dəyişməyi kontekstində və Qərb üçün son yerdə durmayan, strategiyaca mühüm Cənubi Qafqaza münasibətdə xeyli suallar doğurub.

Aydındır ki, seçkilərdə kim qalib gəlsəydi, bu bölgə Gürcüstan, Ermənistan və Azərbaycanın “simasında” geopolitik mövqeyi üzündən Vaşinqton üçün həmişə maraqlı olacaq. Lakin məsələ bundadır ki, ABŞ Cənubi Qafqaz kartını ümumən nə qədər inadla oynadacaq – xüsusən də Rusiya ilə qarşılıqlı münasibətlərində.

Seçkiləri Hillari Klinton udsaydı, ABŞ-ın Cənubui Qafqaza münasibəti daha çox siyasi baxımdan ekspansionçu olacaqdı. Amma seçkiləri Tramp udaraq xarici siyasətə tam gözlənilməzlik gətirib. Beləliklə Cənubi Qafqaz Vaşinqton üçün mütləq olmasa da, ciddi prioritet ola bilər, ya da əksinə, onu siyasi künc-bucağa göndərəcəklər.

Gürcüstan, Ermənistan və Azərbaycanda Trampın andiçmə mərasimindən sonra ABŞ-la münasibətlərin hansı yöndə dəyişəcəyi haqda ciddi narahatlıq var. Prinsipcə, Amerikanın bölgəyə yüksək marağı baxımından onu vahid müstəvidə nəzərdən keçirmək məqsədəuyğundur. Lakin Cənubi Qafqaz dövlətləri ABŞ rəhbərliyinin dəyişilməsindən gözləntilərində eyni deyil. Qərbin prinsipcə bölgəni bütün postsovet məkanı kimi Rusiya təsirindən çıxartmaq istəyi nəzərə alınmasa, elə ABŞ-ın özünün də onlara marağı heç də eyni cür deyil.

Azərbaycanla ABŞ arasındakı münasibətlərə baxsaq, son illərdə olduqca qəliz olub. Vaşinqton praktik olaraq Azərbaycanı “insan haqlarının kobudcasına pozulması” və prezident İlham Əliyevin “avtoritarizminə”  görə “rəngli” inqilabla hədələyib. Lakin Əliyev “möhkəm qoz” çıxdı və Avropa Birliyinə və ABŞ-a öz ölkəsinin işlərinə həyasızcasına qarışmağa imkan vermədi. Azərbaycan isə ABŞ üçün Rusiyaya basqı aləti olduğundan – xüsusən də “Avropanın energetik təhlükəsizliyinin təmini” məqsədilə dünya qaz bazarının hissəsi kimi onu “qaçırmaq” kontekstində – Qərb Azərbaycanda çox kəskin addım atmayıb. Azərbaycan neft-qaz layihələrinin gerçəkləşməyinə Amerika və Avropa şirkətlərinin sanballı kapitalı qoyulub.

Yəni Azərbaycan hazırda ABŞ-dan başlıca məsələni – ABŞ-ın respublikanı rahat buraxmağını gözləməkdə haqlıdır: “hüquq müdafiəsi” və ekstremist “tullantılar”la orada suyu bulandırmasın və blokdankənar statusun saxlanması daxil olmaqla gərəkli saydığı yöndə inkişaf etməyinə imkan versin. Bundan başqa, Bakının haqqı var ki, ABŞ-dan Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında kömək gözləməsə də, ən azı, Ermənistanın xeyrinə problemə müdaxilə etməsin.

Buradaca qeyd edək ki, Trampın Azərbaycan haqda təsəvvürü var, çünki ona biznes marağı ilə bağlı idi. Bunun yekunda həqiqi mənada nəyə dönüşdüyünü demək mümkünsüzdür. Lakin güman etmirəm ki, o, prezident səviyyəsində Azərbaycana münasibətdə şəxsi mənfəəti rəhbər tutacaq.

Lakin Azərbaycan ABŞ-la daxili işlərə qarışmağı istisna edən bərabər münasibətlər istəyirsə, Gürcüstan hökuməti isə əkisnə, Ştatlarla fəal yaxınlaşma və tezliklə NATO-ya daxil olmaq istəyir. Tiflisin müəyyən siyasi dairələrində Klintonun uduzması xüsusunda qüssələnirlər, çünki şühbə var ki, Tramp seçkilərdəki rəqibindən fərqli olaraq Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağını geri götürməyi ona tez-tez xatırlatmayacaq və Gürcüstanın ərazi bütövlüyünü pozmağa görə onu qınamayacaq. Yəni Tiflis istərdi ki, Tramp Amerikası “Gürcüstanın işğalı” zəminində Rusiyaya verbal çağırış, ölkəni beynəlxalq səviyyədə müdafiə edib ona pul ataydı və NATO-ya girməyinə lobbilik edəydi.

Bir sözlə, burada Moskvanın deyil, Vaşinqtonun hakim mövqedə olmasını istəyirlər. Bununla belə, qorxurlar ki, ABŞ-ın 45-ci prezidenti Rusiya-Amerika münasibətlərinin yaxşılaşması naminə Gürcüstanı qurban verə bilər.

Düzdür, bu yaxınlarda Tiflisdə olmuş artıq keçmiş dövlət katibi Con Kerri bildirib ki, yeni administrasiyanın gəlişilə Gürcüstan-Amerika münasibətlərində heç nə dəyişməyəcək və Vaşinqtonun Gürcüstana dəstəyi zəmanətə alınıb. Ancaq qeyd edək ki, bu dəstək müxtəlif ola bilər: böyük ehtimalla, heç də Cənubi Qafqazın aşkar yeganə Qərbyönlü dövləti Gürcüstanın gözlədiyi kimi deyil.

Yeri gəlmişkən, Gürcüstanda qeyd edirlər ki, ABŞ xarici siyasəti təkcə prezidentdən deyil, həm də Konqresdən və ölkənin başqa institutlarından asılıdır –  istisna deyil ki, sonuncular xarici siyasətdən çox da xəbəri olmayan Trampın “gününü qara edərlər”.

Ermənistana gəlincə, ABŞ üçün birinci növbədə ona görə maraq doğurur ki, Rusiyanın Cənubi Qafqazda yeganə hərbi müttəfiqidir – Gümridə RF-nin hərbi bazası yerləşir və Moskava ilə İrəvan faktiki olaraq ümumi müdafiə və təhlükəsizlik məkanına malikdir. Lakin Ermənistan Moskvanın görmək istədiyi qədər Rusiyayönlü deyil və Rusiya tərəfindən kökündən “satın alınıb”. Bununla belə, burada yenə də ABŞ-a manevr üçün mənimsənilməyinə xeyli vaxt və səbir gərəkən balaca bir məkan qalır.

Qeyd edək ki, İrəvanın ABŞ-a münasibətdə əhvalı sonuncunun Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə nizamlanmasında lobbiliyindən və Qərbdə erməni lobbisinin nüfuzunun artması üçün yeni Amerika administrasiyasının rahat şərait yaratmağından asılı olacaq. Klintonun qələbəsi bu planda Ermənistanı daha çox qane edərdi.

Həmçinin qeyd edək ki, Tramp heç nə ilə erməni-Amerika lobbisinə borclu deyil, Azərbaycan isə sanki müsbət kimi yanaşır. Buna görə də yeni administrasiya Qarabağ münaqişəsinin nizamlanması ilə ciddi məşğul olsa, ABŞ prezidenti məsələyə praqmatik baxımdan yanaşacaq. Yəni nizamlamaya yardım etsə, ancaq Amerika maraqları nəzərə alınacaq.

Ümumiyyətlə isə ABŞ-ın Cənubi Qafqaz dövlətləri ilə münasibətini, belə deyək, lokal şəkildə nəzərdən keçirmək yanlışdır. Bu bölgə postsovet məkanının tərkib hissəsi və yüksək terror və hərbi-siyasi burulğanlı Yaxın Şərqin qonşusudur. Bunlara Tramp Amerikasının Rusiya ilə formalaşacaq qarşılıqlı münasibətləri prizmasından baxmaq düzgün olardı.

Ciddi deyilsə, Tramp tam bu qənaətə gələ bilər ki, ABŞ başqa qitədə baş verən proseslərə müdaxilədən kənarlaşmalıdır – əgər bu hadisələr onun milli təhlükəsizliyini təhdid etmirsə. Əlbəttə, bu bildirmir ki, amerikalılar ümumiyyətlə Avrasiyadan, xüsusən də Cənubi Qafqazdan “ayaqlarını” çəkəcəklər. Lakin Tramp və Putin siyasi iddialardan deyil, siyasi praqmatizmə görə nüfuz dairələrinin bölünməyi haqda qeyri-formal razılaşma əldə edə bilər. Və burada başlanğıc üçün, məsələn, Abxaziya, Cənubi Osetiya, Ukrayna, Krım, Gürcüstanın NATO-ya girməyi və ümumiyyətlə Alyansın Rusiya sərhədləri yaxınlığında hərbi iştiraknının genişlənməsi məsələlərini “istismar” etməmək yetərli olacaq. Yəni postsovet məkanının Rusiya maraqları zonası kimi səssizcə tanınması Rusiya-Amerika münsibətlərinin donunun açılması üçün daha əlverişli olardı.

 

Tərcümə Strateq.az-ındır.