XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 15:34

Rusiyanın Misirlə yaxınlaşması TANAP-a əngəl yaradacaq –Təhlil

qaz-hatti

Maykl Tançum,

“Jerusalem Post”

 

İsrail Türkiyəyə və Türkiyə vasitəsilə Avropa İttifaqına (Aİ) təbii qaz ixrac etmək istəyir. Lakin bu məqsəd hazırda Cenevrədə Kiprə dair sülh danışıqlarının nəticəsindən asılıdır. Çünki İsrailin “Leviathan” təbii qaz sahəsindən Türkiyəyə sualtı qaz kəməri Kiprin iqtisadi təcrid zonasından keçməlidir.

Kipr üzrə razılıq əldə edilməməsi İsraili öz təbii qazını Misir vasitəsilə satmaq barədə köhnə planına qayıtmağa məcbur edə bilər. Lakin İsrailin Misir seçimi halında belə, 2016-cı ildə yaranan regionun yeni geosiyasi reallıqları Şərqi Aralıq dənizi bölgəsində Rusiyanın güclənməsi ilə nəticələnə bilər.

Kiprin “yeni nəsli” bəlkə də bölünmüş adada münaqişəni həll edəcək. Yunan qisminin prezidenti Nikos Anastasiades və onun türk həmkarı Mustafa Akıncı birləşdirilməyə əngəl olan problemlərin həllində səylə çalışırlar. Cenevrədə tərəflər arasında danışıqlar 1960-cı ildən bəri ilk dəfə üç qarant səlahiyyətli – Türkiyə, Yunanıstan və Böyük Britaniya arasında keçirilən beynəlxalq konfransa çevrilib.

Cenevrədə uğursuzluq Rusiyaya Şərqi Aralıq dənizi hövzəsində strateji dayağını genişləndirmək imkan verəcək.

Beynəlxalq birliyin diqqəti 2016-cı ildə Suriya sülh prosesində Rusiyanın əsas roluna yönəldiyindən, bir çoxları Rusiyanın Aralıq dənizinin cənubuna strateji həmləsini gözdən qaçırdılar. 2016-cı ildə Moskvanın ən mərhum mənfəəti rəsmi Qahirə ilə bağlanmış enerji müqavilələri vasitəsilə oldu. Bu müqavilələr İsrail və Türkiyənin strateji maraqlarına mənfi təsir edir və Rusiya-Misir əlaqələrini dərinləşdirir.

2016-cı il dekabrın 12-də İtaliyanın enerji nəhəngi “Eni” Misir sahillərində “Zohr” təbii qaz sahəsində 30%-lik payını Rusiyanın “Rosneft” şirkətinə 1,575 milyard $-a satmaq barədə razılığa gəlib.

Şərqi Aralıq dənizi hövzəsində ən böyük qaz yatağı olan “Zohr” sahəsində 85 milyard kub metr təbii qaz var və bu, İsrailin “Leviathan” sahəsindəki resursdan 36% çoxdur. “Rosneft” əlavə 5% pay almaq və 2017-ci ilin sonunda hasilata başlamaq istəyir.

“Zohr”dakı qaz daxili bazar üçün nəzərdə tutulsa da, İsrail kimi, Misir də Kipr vasitəsilə mayeləşdirilmiş təbii qazı ixrac edə bilər. Əgər Misir Avropanın təchizatçısı olarsa, bu, Azərbaycandan Yunanıstan, Albaniya və İtaliyaya uzanan “Cənub Qaz Dəhlizi” layihəsinin Trans-Anadolu Boru Kəmərinin (TANAP) əhəmiyyətini endirə bilər.

Rusiyadan böhranlı asılılığını azaltmaq üçün Aİ təbii qaz idxalında “Cənub Qaz Dəhlizi”ni əsas tranzit dəhlizi kimi nəzərdən keçirir. Rəsmi Ankara TANAP-dan istifadə etməklə, Xəzər hövzəsi və Yaxın Şərqdən Avropaya təbii qazın paylanması üçün enerji mərkəzi olmaq iddiasındadır.

Bu proseslərə mane olmaq üçün Rusiya İsrailin qaz sənayesinin inkişafında ortaq olmaq üçün bəzi gedişlər edib. Lakin Moskvanın bu səyləri Qahirədən başlayıb.

Qaz müqaviləsi ilə bərabər, Misirin Aralıq dənizi sahilindəki Dabaada məntəqəsində Misirin ilk atom elektrik stansiyasını (AES) tikmək üçün Rusiyanın “Rosatom” dövlət atom enerjisi şirkəti 2016-cı il noyabrın 19-da saziş imzalayıb. 2022-ci ildə tamamlanması planlaşdırılıran AES əlavə elektrik enerjisi hasil etməklə Misirin ehtiyacı təbii qazdan əldə edilən elektrik enerjisi ehtiyacını azalda bilər və deməli, ixrac həcmi artacaq.

Buna görə də Cenevrə danışıqlarında uğur qazanmaq vacibdir.

 

Tərcümə Strateq.az-ındır.