XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 Mart 2015 - 12:50

Prezident Naxçıvanın Milli Təhlükəsizlik nazirinin rütbəsini artırdı

Xəbər verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə bir qrup MTN əməkdaşının hərbi rütbələri artırılıb, həmçinin müxtəlif orden və medallarla təltif ediliblər.

Strateq.az-ın bildirdiyinə görə, Prezidentin “general-leytenant” ali hərbi rütbəsi verdiyi şəxslərdən biri Naxçıvan MR-in Milli Təhlükəsizlik naziri Vəli Əsgərovdur.

General-leytenant rütbəsi verilən digər iki şəxs isə Azərbaycan Milli Təhlükəsizlik nazirinin müavinləri Elçin Əliyev və Fərhad Vahabovdur.