XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 12:35

Qəddafinin feldmarşalı Liviyanı birləşdirə biləcəkmi? –Vaxtilə ABŞ-ın əsirlikdən azad etdiyi zabiti Rusiya öz tərəfinə çəkib -Təhlil

H

Timur Cukayev

vz.ru, 30.01.2017

 

Qərb KİV-lərinin Moskvanın Liviyadakı əsas əlaltısı və RF-dən tədarük edilən silahların mümkün alıcısı saydığı Xəlifə Həftar yerli cihadçılar üzərində növbəti qələbə qazanaraq öz mövqeyini xeylıi gücləndirib. Qərb Həftarda təhlükə və potensial diktator, Moskva isə Liviya üçün şans görür. Bu dəfə kim haqlıdır?

Rusiya KİV-lərinin diqqət mərkəzində Suriyadakı qarşıdurma qalsa da, keçən həftə daha önəmli hadisələr İŞİD-lə müharibənin Liviya cəbhəsində baş verib. “Liviya Milli Ordusu” feldmarşal Xəlifə Bilqasim Həftarın başçılığı altında ölkənin şərqində ekstremistlər və terrorçu birləşmələr üzərində təsirli qələbə qazanıb. Yəni böyüklüyünə görə Liviyanın ikinci şəhəri Benqazini tam azad edib, bununla da yanvarın 16-da başlanmış “Şəhid haqqı” əməliyyyatını başa çatdırıb.

Həftarın silahlı gücləri, eyni zamanda, Liviyanın cənubuna hərəkətə gəlib və Həftarın qəbul etmədiyi Milli Birlik Hökumətinin (MBH) qüvvələri ilə toqquşub. Bu, MBH-i dəstəkləyən və baş verən hadisələrdə yeni tammiqyaslı qarşıdurmanın başlanğıcı riskini görən BMT və Qərbdə növbəti aşkar narahatlıq doğurub. “İŞİD-in Liviya paytaxtı” – Sirtin azad edilməsində əsas rolu məhz Milli Birlik Hökuməti öz üzərinə götürüb. MBH qərarlı şəkildə Həftara qarşı çıxış edir, onu Liviyaya hərbi diktaturanı sırımaq istəyində ittiham edirlər. Qərbdə isə Həftarı bölünmüş ölkəni birləşdirməli olan MBH-nin əsas rəqbi kimi qəbul edirlər. Feldmarşalın qüvvələrinin cənuba hərəkət etməyi “fitnəkarlıq” kimi şərh olunub.

Rusiya da MBH-i rəsmən dəstəkləyir, lakin qeyd edir ki, siyasi münaqişənin başqa tərəfləri ilə də danışıqlar aparır. MBH də öz tərəfindən Rusiyaya qəsdən nəzərə çarpılacaq dərəcədə xeyirxah, o cümlədən vasitəçi kimi yanaşır. MBH baş naziri birinci müavini Əhməd Maytiq yanvarın əvvəlində hətta bildirib ki, “Ölkədə siyasi dialoqu qaydaya salmaq üçün Liviya Rusiyanın istənilən mümkün təşəbbüsünü qəbul etməyə hazırdır” və izah edib ki, Moskva “bütün tərəflərlə ölçü-biçili mövqe və yaxşı münasibətə malikdir”.

Lakin MBH-nin işləri, yumşaq deyilsə, parlaq getmir və Qərb KİV-ləri israr edir: Rusiya ölkənin şərqində, xüsusən də neftlə zəngin olan bütün yataqlara nəzarət edən Həftarı dəstəkləməyə meyllənir. Bu cür düşünmək üçün onlarda səbəb yetərindən də artıqdır. Hərbi başçı keçən il Rusiyanın Yaxın Şərq siyasətindən razı olduğunu bildirib və Moskvaya iki dəfə səfər edib (bir sıra məlumatlara əsasən, sentyabrda orada Vladimir Putinin Yaxın Şərq üzrə özəl təmsilçisi Mixail Boqdanovla görüşüb). RF Müdafiə Nazirliyinin məlumatına görə, feldmarşal yanvarın 11-də isə Rusiyanın “Admiral Kuznetsov” kreyserinə baş çəkib, vitse-admiral Sokolovla görüş keçirib və müdafiə naziri Sergey Şoyqu ilə videokonfransa qatılıb.

Admiral Kuznetsov” Liviya sahillərində təsadüfən görünməyib. Kreyser Rusiya hərbi qruplaşmasının sayca azaldılması haqda sərəncamı yerinə yetirərək Şimal donanması aviadaşıyıcı zərbə qrupunun tərkibində Suriyanın Tartus limanından çıxıb. De-fakto Liviya ərazisində Rusiya hərbçiləri ilə keçirilən görüş Həftarın siyasi rəqiblərinə göstərməliydi ki, o, Liviyanın mərhum lideri Muəmmar Qəddafidən də sıx şəkildə Rusiya ilə əməkdaşlıq etmək niyyətindədir.

“La Stampa” (İtaliya) yazıb ki, Rusiya Qəddafi ilə 2008-ci il tarixli sazişi təzələməklə feldmarşalın qüvvələrinə ümumən 2 milyard dollar dəyərində silah tədarük etməyə hazırdır. BMT  embarqosundan yan keçmək üçün isə guya Rusiya “Moskvanın çoxdankı müttəfiqi Əlcəzairin iştirakı ilə üçbucaq sxemi üzrə hərəkət edəcək”.

Nəşr iddia edir ki, bu haqda razılaşma məhz “Kuznetsov”un bortunda əldə edilib. Həftarın tərəfi bu razılaşmanı Rusiya silahları sisteminə ehtiyat hissələrinin tədarükü kimi qələmə verib.

Həftar ümid edir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp da onu dəstəkləyəcək. Bu, hələlik baş verməyib, lakin doğrudanmı feldmarşalın BMT-nin dəstəklədiyi hökuməti sıxışdırmaq və Liviyanı öz rəhbərliyi altında birləşdirmək şansı böyükdür?

 

Qəddafinin yerinə

 

Xəlifə Həftar Liviya siyasətinin veteranları içində ən görkəmli simadır. O, gənc zabit olarkən 1969-cu ildə Muəmmar Qəddafinin başçılığı ilə kral İdris əs-Sənusini devirmiş qiyamçılar qrupunda idi. “Rəhbər”ə yaxınlıq Həftarın taleyini müəyyən etdib – o, artıq 80-ci illərin ortalarında feldmarşal rütbəsi alıb. Lakin Liviya ilə Çad arasındakı hərbi münaqişə onun siyasi yüksəlişinə mane olub. 1987-ci ildə Həftarı və tabeliyindəkiləri Fransanın dəstəyi ilə Çad qoşunları əsir götürüb.

Q

Liviya hərbçilərinin Afrika respublikasındakı iştirakını rəsmən inkar edən Qəddafi isə öz zabitindən imtina edib. Bundan sonda gözdən düşmüş zabiti ABŞ azad edib. O, Liviya hərbi tribunalı tərəfindən qiyabi şəkildə ölüm cəzasına məhkum edilməklə ömrünün növbəti iyirmi ilini ABŞ-da keçirib. Həftar təbii şəkildə “oyuna girmək” üçün münasib məqam gözləməklə Liviya üçün Amerikanın “ehtiyat variantı” olub. Bu məqam iki dəfə düşüb. Həftar 1996-cı ildə cənubi Liviya dağlarında üsyana başçılıq etməyə cəhd edib, lakin uğursuzluğa düçar olub. Qəddafiyə qarşı inqilabi hərəkata rəhbərlik etməkdə növbəti cəhdi artıq 2011-ci idə Liviyaya qayıdaraq “ərəb baharı” vaxtı göstərib.

Həftar köhnə əlaqələri və ABŞ dəstəyi sayəsində sürətlə inqilabi hərəkatla çulğaşıb və Qəddafi rejimi ilə mübarizə aparan “Liviya milli-azadlıq ordusu”nda önəminə görə üçüncü adam olub. Lakin Liviya Keçid Milli Şurası/Ümummilli Şura tərəfindən inamsızlıq onu “öz yoluyla getməyə” məcbur edib. Ölkə 2014-cü ildə yenidən vətəndaş müharibəsinə qərq olub – bu dəfə sözügedən və əsasən Tripolidəki Liviya “Müsəlman qardaşlar”ının təmsilçilərindən ibarət Ümummilli Konqreslə yenə də Tripolidə qərarlaşmış Prezident Şurası/Milli Birlik Hökuməti və Təmsilçilər palatası – ölkənin Tobrukda əsaslanan seçilmiş parlamenti arasında. Həftar həm Qəddafinin keçmiş tərəfdarlarını, həm də “dünyəvi” müxalifləri öz sıralarında birləşdirən “Liviya milli ordusu”na başçılıq edərək Tobrukun tərəfində çıxış edib.

Qarşıdurma indiki gündə hələ də davam edir, feldmarşal Həftar isə islamçılarla mübarizə və ardınca ölkəni birləşdirməyi özünün əsas hədəfi elan edib.

 

Dəstək məsələsi

 

Ziddiyyətli tərcümeyi-halına baxmayaraq, parçalanmış dövlətin daxilində Həftarın yetərincə tərəfdarları var – Tobruk, Tripoli və Bənqazidə yaşayan Liviya vətəndaşları mürəkkəb siyasi fırıldaqlardan baş çıxartmaqdansa istənilən anda böyük həvəslə güclü “avtoritar lider”in tərəfində durarlar. Qəddafinin həlak olduğu dönəmdən bəri baş vermiş “demokartik dəyişikliklər” ölkəyə sabitlik gətirməyib. Liviyanı birbaşa və yaxud dolayısı ilə bir-birinə qarşı duran üç hökumət idarə edir (ikisi Tripolidə yerləşir).

Xarici müşahidəçiyə elə görünə bilər ki, Həftarın şəxsiyyəti ikrah doğurur, lakin Liviyanın “liderliyinə digər namizdələr” lap qəribə görünür: Xəlifə Əl-Qvellanın qondarma hökumətini BMT tanımır və son hadisələrin göstərdiyi kimi, o, hakimiyyət uğrunda aşkar terrorçuluq üsullarından çəkinmir. Milli Birlik Hökumətinin başçısı Faiz Əs-Sərəc isə populyar deyil və ölkəni idarə etməkdə hər hansı ciddi rıçağa malik deyil.

Beynəlxalq böhran qrupu”nun Liviya üzrə baş analitiki Klaudiya Qassini son hadisələrlə bağlı "Financial Times" nəşrinə sıradakını bildirib: “Hələ bir il qabaq deyərdim ki, o (Həftar), perspektivsizdir, lakin əhvali-ruhiyyələr Qərbdə xüsusən dəyişilib və Sərəcə və hökumətinə dəstək xeyli zəifləyib”.

Yaranmış durumda Həftara birinci növbədə beynəlxalq etiraf lazımdır və feldmarşal buna nail olmaq üçün bütün səylərini göstərir. Rusiya – mümkün uğurlardan yalnız biridir. Feldmarşal “Müsəlman qardaşlar”la ədavət sayəsində təkcə Səudiyyə Ərəbistanının qəyyumluğuna deyil, həm də Əbdülfəttah əs-Sisinin prezidentliyi dönəmində Misirlə tərəfdaşlıq münasibətlərinə nail olub.

Qəddafi rejiminin süqutundan sonra baş vermiş Liviyanın somaliləşdirilməsi xeyli dərəcədə qonşu Misirin də maraqlarına toxunub. Sinay yarımadası keçmiş Cəmahiriyyə ərazisindən qeyri-leqal silah tədarükü marşrutlarının son nöqtəsi olub. Tripolininn civarını ələ keçirmiş İŞİD yaraqlıları Misir vətəndaşlarına xeyli bəla gətirməyə nail olub. Məsələn, iki il qabaq internetdə Liviya-Misir sərhədində balıqçılıq edən və bir ay öncə itkin düşmüş Misir koptlarının qətli çəkilmiş videoyazı dərc edilmişdi. Qahirə ABŞ və yaxud BMT TŞ-nın ilkin təqdirini gözləmədən son dərəcə sərt şəkildə reaksiya vermişdi: Misir HHQ dərcdən sonra artıq növbəti gün Liviya hərbçilərinin yardımı ilə Liviyanın Dərn şəhərində terrorçuların mövqelərinə biriklənmiş zərbələr endirmişdi. KİV-in anonim qaynaqlardan əldə etdiyi məlumatlara görə, bombardman yerüstü əməliyyatı qabaqlayıb və nəticədə Misir əsgərləri 55 yaraqlını əsir götürüb.

Bir ildən sonra 2016-cı il yanvarın 28-də Liviya Milli Birlik Hökumətinin baş naziri Faiz əs-Sərəcin Misirə altıgünlük səfərindən sonra Xəlifə Həftar da Misirə səfər edib. Misir hökuməti baş tutmuş səfəri və feldmarşalla misirli həmkarları arasındakı danışıqların məğzini heç cür şərh etməyib. Lakin Həftarın çoxsaylı səfərlərinin işığında tamamilə aydın idi ki, Tobruk uzunmüddətli siyasi böhran fonunda potensila strateji tərəfdaş kimi Qahirəyə güvənməyə başlayıb.

İndiki anda Xəlifə Həftarın yetərincə problemi var. “Liviya şəfəqi” hərbiləşdirilmiş təşkilatının indiyə qədər prioritet hədəfi onun aradan götürülməsidir. Bəzi məlumatlara görə, Yeni Ümummilli Konqresdəki siyasi rəqiblərin isə Türkiyə, Qətər və Sudanın ciddi dəstəyinə malikdir və güman olunmur ki, hətta ehtimalən Milli Birlik Hökumətini aradan qaldırıb Tripolini tam ələ keçirdikdən sonra da iddialarını səngidəcəklər. Liviyada bu yaxınlaradək onsuz da gərgin daxili siyasi durum İŞİD-in Sirt şəhərini ələ keçirməsi ilə daha da mürəkkəbləşib. Lakin ABŞ-ın keçən ilin dekabrında keçirdiyi “Odisseya şimşəyi” xüsusi əməliyyyatı bu problemi müvəqqəti olsa da, həll edib. Ehtimal etmək olar ki, Suriyadakı son hadisələrin işığında cihadçıların bir hissəsi Liviyaya dislokasiya olunacaq və “qastrola çıxmış” terrorçular problemi yenidən aktuallaşacaq.

Çox ehtimal ki, Xəlifə Həftar indi Liviyada vətəndaş müharibəsinin üçüncü, final “tur”unu gözləyir və fəal şəkildə buna hazırlaşır. Rəsmi Tobrukun bu qədər təkid etdiyi silah embarqosunun götürülməsi çətin ki o qədər önəmli rol oynasın. Misir və Səudiyyə Ərəbistanı kölgə və hesabatdankənar  logistika kanalları ilə “Liviya milli ordusu”na silah tədarükünü artıq qaydaya salıb.

Burada gələcək vahid Liviya hökumətini dəstəkləməyə qabil strateji tərəfdaşlar və investorların axtarıması məsələsi daha böyük önəm kəsb edir. Sözsüz ki, Liviya bunsuz xeyli həm xarici, həm də daxili-siyasi sınaqlarla üzləşəcək.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə