XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 15:28

İranın raket sınaqları ABŞ-ın yeni bəhanəsinə çevrilir:Tehran nüvə sazişinin şərtlərini pozmaqda suçlandırılır - TƏHLİL

r

Nikita Qolobkov, Mixail Moşkin, Marina Baltaçeva

vz.ru, 31.01.2017

 

İran Donald Trampın gəlişi ilə ABŞ-la pisləşən münasibətlərə ballistik raketin buraxılışı ilə cavab verib. İran vətəndaşlarının “girişi olmayanlar” siyahısına daxil edilməsinin ardınca Trampın seçkiqabağı kampaniya zamanı vəd etdiyi nüvə sazişinin yenidən nəzərdən keçirilməsi və yeni sanksiyalar ola bilər. Amerika KİV-ləri qeyd edir: İranda raket sınaqları ABŞ hökuməti üçün Yaxın Şərqdə yeni imkanlar açır.

BMT Təhlükəsizlik Şurası İranın həyata keçirdiyi raket sınağı ilə bağlı çərşənbə axşamı təcili toplantı keçirəcək. Bu barədə SİTA İsveçrənin BMT-dəki daimi nümayəndəliyinə isnadən xəbər verib. NATO rəhbərliyində artıq nəticə çıxardıblar. NATO baş katibi Yens Stoltenberq bildirib ki, Alyans RƏM sisteminin inkişafı üzrə işi davam etdirməlidir.

Amerika telekanalı "Fox News" bu yaxınlarda Pentaqon təmsilçisinə istinadən xəbər verib: yanvarın 29-da Tehrandan 225 km şərqə doğru poliqonda ortamənzilli raketin sınaq buraxılışı həyata keçirilib. Qaynaq iddia edir ki, raket 600 km-ə yaxın uçub.

Vaşinqton bu məlumatı İranın BMT TŞ-nın 2231 sayl qətnaməsini pozmağının sübutu kimi dəyərləndirib. Nüvə sazişinin yekunları üzə qəbul edilmiş və 2015-ci ildən qüvvəyə minmiş bu sənəd İranın 8 il ərzində nüvə döyüş başlığı daşıya biləsi raketləri sınaqdan keçirməməyini nəzərdə tutur. Qeyd edək ki, (Tehranın 2015-ci ildə “altılıq” ölkələri ilə bağladığı) nüvə sazişinin özü İranın ballistik raketləri sınaqdan keçirtməsinə qadağanı nəzərdə tutmur.

Hər necə olur-olsun, ABŞ müdafiə nazirliyi təmsilçisinin sözlərinə görə, indiki buraxılış “artıq İranın beynəlxalq ictimaiyyətin iradəsini pozduğu ikinci hadisədir”.

Həmçinin xatırladaq ki, 2016-cı ilin aprelində raket hücumu haqda Rusiyanın xəbərdarlıq sistemi İran ərazisindən qitələrarası ballistik raketin sınaq buraxılışını qeydə alıb. İran bundan qabaq keçən ilin martında ballistik raketin test buraxılışını keçirib.

Raket buraxcılışı haqda indiki məlumatlardan sonra ilk həyəcanı İsrail qaldırıb. İsrailin BMT-dəki daimi təmsilçisi Danni Danon əvvəllər bildirib: “İran yenə də BMT TŞ-nın qətnamələrinə etinasızlıq etdi və əsil niyyətlərini açdı. Beynəlxalq ictimaiyyət İranın bu təcavüzü qarşısında öz başını kola soxmamalıdır”.

O, qeyd edib ki, İranın hərəkəti təkcə İsraili deyil, həm də bütün Yaxın Şərqi təhdid edir.

İsrail baş naziri Benyamin Netanyahu İrana qarşı sanksiyaların təzələnməsi imkanını Trampla müzakirə etmək niyyətindədir. İsrail hökumətinin mətbuat xidməti xəbər verib ki, bu, fevralın ortalarına planlaşdırılmış görüşdəki mövzulardan biri ola bilər.

 

“İrana daha düşmənçilik hərəkətləri etməyə imkan verilməyəcək”

 

ABŞ prezidentinin mətbuat katibi Şon Spayser məlumat verib ki, Ağ Ev İranın keçirdiyi buraxılışdan xəbərdardır. Xarici işlər üzrə Senat komitəsinin başçısı, respublikaçı Robert Korker artıq bildirib ki, raket sınaqlarının keçirildiyinə görə İranı məsuliyyətə cəlb etmək məqsədilə həmkarları və Ağ Evlə birlikdə işləmək və “İranın nüvə proqramına münasibətdə mövcud məhdudiyyətlərin ən sərt tətbiqini təmin etmək” niyyətindədir.

Senator Korker hədə gəlib: “İrana daha ballistik buraxılışlara qadağanı pozmaq, terrorizmi dəstəkləmək, insan haqlarını pozmaq və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən digər düşmənçilik hərəkətləri etməyə  imkanı verilməyəcək”.

Senatın beynəlxalq məsələlər üzrə komitəsi başçısının davakar bəyanatı Tramp administrasiyasının hazırda formalaşan xarici siyasətinə tam uyğun gəlir.

İran XİN rəsmi təmsilçisi Bəhram Qasimi dekabrda nüvə sazişinin pozulmasını ABŞ Konqresinin antiiran sanksiyalarının daha 10 il uzadılması haqda qanun layihəsinin təqdiri adlandırıb. Pisləşmənin növbəti mərhələsi artıq Tramp administrasiyasının gördüyü tədbir olub – məlum olduğu kimi, İran, vətəndaşlarının ABŞ-a girişi məhdudlaşdırıldığı ölkələrin siyahısına düşüb.

Donald Tramp hələ seçkiqabağı kampaniya vaxtı Tehranla sazişi ləğv edəcəyini dəfələrlə vəd edib. Tramp 2016-cı ilin martında bəyan edib ki, saziş bağlanarkən ABŞ-ı “olduqca axmaq adamlar təmsil ediblər”. Əvvələr isə sazişi ABŞ üçün “rüsvaylıq” adlandırıb və sazişi pozmaq niyyətini elan edib.

ABŞ vitse-prezidenti seçilmiş Maykl Pens dekabrın əvvəlində deyib ki, Trampın müşavirləri artıq İranla sazişin taleyini müzakirə etməyə girişiblər. Bundan savayı, Tramp dəfələrlə eyham vurub ki, İsrailə – İranın bölgədəki ənənəvi rəqibinə dəstəyi təmin edəcək.

Yəqin ki, Tehran ABŞ davranışının yeni xəttinə və xüsusən də Pentaqonun yeni şefinin İrana qarşı kəskin şəkildə mənfi yanaşan "Quduz Köpək" ləqəbli general Ceyms Mettis olduğuna reaksiya verməyə bilməz. İran hələ noyabrın axırında öz ərazisində Rusiyanın aviabazadan istifadəsi haqda fikrini qəflətən dəyişib. 2016-cı ilin avqustunda Tehranla Moskvanın qəfil incikliyi bizim aviasiyanı Həmədan aviabazasını tərk etməyə məcbur etmişdisə, Trampın qələbəsindən sonra Tehran aviabazanı yenidən Rusiya HKQ-ə təklif etməyə hazır olduğunu bildirib.

 

Tramp üçün ilk test

 

"The New York Times" qəzeti İran raketinin buraxılışı ilə bağlı durumu şərh edərkən baş verən hadisəni Tramp administrasiyası üçün ilk test adlandırıb – Vaşinqton İranı nüvə sazişi və raket sınaqları haqda sazişin  bütün şərtlərini yerinə yetirməyə məcbur edə biləcəkmi? Nəşr göstərir: Ağ Evin mətbuat katibi Şon Spayser yalnız etiraf edib ki, buraxılış olub, amma Tramp administrasiyasının buna necə reaksiya verəcəyi haqda heç nə deməyib.

Təəssürat yaranır ki, Pentaqon şefi Mettisin (və əlavə edək, Trampın özünün) bəyanatlarına rəğmən yeni administrasiya İranla 2015-ci il sazişini pozmağı heç də istəmir.

"The New York Times"ın fikrincə, nüvə sazişi İranın nüvə proqramı üzrə danışıq iştirakçıları – ABŞ, Rusiya, Çin, Almaniya və Fransa tərəfindən son güzəşt idi. BMT-nin əvvəlki qətnaməsi bu cür sınaqları qəti şəkildə qadağan edib və iranlılar bu cür ifadəni hiddətlə rədd ediblər.

"The New York Times" hesab edir ki, raket buraxılışı Tramp administrasiyası üçün yeni imkanlar açır: ABŞ hər şeydən əvvəl nüvə sazişi zərfindən doğan raketlərdən istifadəyə dair yeni sanksiyalarla İsrailə qoşula bilər. Nəşr qeyd edir ki, lakin 2015-ci il sazişinin qalan imzaçılarının – AB, Çin və Rusiyanın belə bir istəyinin olub-olmadığı hələlik məlum deyil.

 

Hər şey Trampdan xeyli əvvəl başlanıb

 

Politoloq-şərqşünas Tofiq Abbasov İranın raket sınaqlarını “ВЗГЛЯД” qəzetinə şərh edərkən qeyd edib ki, ABŞ-la münasibət və təmasların normallaşmasına münasibətdə İran elitası içində heç vaxt heç bir illüziya olmayıb. Ekspert xatırladıb: “Nüvə sazişi bağlanandan dərhal sonra Amerika tərəfindən qeyd-şərtsiz tələb gəldi ki, guya bölgə problemlərinin müzakirəsi üçün dialoqu davam etdirə bilər. İran ruhani lideri ayətulla Əli Xamenei buna cavabında bildirdi: ABŞ-la bundan sonra heç bir saziş bağlanmayacaq və nüvə sazişi güzəştlərin bir növ tavanıdır”.

Abbasov hesab edir ki, İran öz hərəkəti ilə sübut edib və edir ki, heç kimə bel bağlamadan təkbaşına oynamaq niyyətindədir və onun bütün müttəfiqləri İranla ayrı-ayrı uzunmüddətli proqramlar çərçivəsində münasibətə malikdir. Bundan başqa, şərqşünas düşünür ki, Amerika isteblişmentində də antiiran təcavüzü bu və ya digər dərəcədə bütün qruplara xasdır. “Buna görə də İran rəhbərliyi Ştatlarla münasibətlərin normallaşmasına heç vaxt hazırlaşmayıb. Onlar Qərbin əvvəlcə dostluq ağuşuna aldğı, sonra isə boğduğu Muəmmar Qəddafinin kədərli təcrübəsini unutmayıblar”, – deyə o, əlavə edib.

Abbasovun fikrincə, seçkiqabağı kampaniyanın gedişində İrana qarşı sərt tədbirlər alacağını vəd etmiş Trampın ritorikası Tehranda necəsə bir gözlənilməzlik olmayıb. Abbasov hesab edir: “İranın raket proqramı bir ayın işi deyil, uzunmüddətli strategiyanın bir hissəsidir. İran öz yolu ilə gedir, bu gün sadəcə zaman kəsimində sınaq Donald Trampın prezidentliyinin başlanmağı ilə üst-üstə düşüb. İran artıq çoxdan “Şahab” raketləri və yaxın və ortamənzilli raketlərin başqa növləri  üzərində işləyirdi. Bu işləmələr son ayların hadisələrinə reaksiya deyil, milli proqramın tərkib hissəsidir”.

Keçmişdə İsrail xüsusi xidmətlərinin əməkdaşı, İsrail politoloqu Yakov Kedmi də hesab edir ki, İranın raket sınaqları Trampın vəd və ritorikasına reaksiya deyil, bütünlükdə İranın öz ballistik raketlərinin hazırlanması və raket sənayesinin inkişafı üzrə məqsədyönlü siyasətinin davamıdır.

Ekspert “ВЗГЛЯД” qəzetinə izah edib: “Bu cür sınaqlar günaşırı  keçirilmir, keçirilməyi cari problemlərə reaksiya deyil, texniki baxımdan olduqca uzun müddətə hazırlanır”.

 

İranı küncə sıxmağına dəyməz”

 

Rusiyanın İran məsələsi üzrə mövqeyinin mümkün düzəlişinə gəlincə, Abbasov yada salır ki, Rusiya 2010-cu ildə İrana qarşı sanksiyaları dəstəkləyib. “Sonra Moskvada dərk etdilər ki, qərarla bağlı tələsiblər və çoxları, o cümlədən Rusiya elitasında anladılar ki, İranı küncə sıxmağına dəyməz, çünki bunun ikitərəfli münasibətlər üçün mənfi effekti olub”, – deyə ekspert izah edir.

Şərqşünas hesab edir ki, Rusiya hazırda İsrail və ABŞ-ın İran üzrə mümkün sərt mövqeyini dəstəkləmir. O, izah edir: “Moskvanın Tehranla fəal əməkdaşlıq etdiyi Suriya qambiti hələ yekunlaşmayıb. Həm də İran nüvə sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirir, raketlərin hazırlanmasının isə bu sazişə dəxli yoxdur”.

 

“İsrail İranın tam məhvinə hazır olmalıdır”

 

Yakov Kedminin fikrincə isə, istənilən başqa ölkə kimi Rusiya da İranın beynəlxalq və dövlətlərarası sazişlərə necə və nə qədər riayət etdiyinə reaksiya verməlidir.

Onun fikrincə, lakin İsrailə nisbətdə durum tamamilə başqadır, çünki İsrail “tam haqlı olaraq İrana öz dövlət təhlükəsizliyinə təhdid kimi yanaşır”. Tehran müvə silahı əldə etsə, deməli, raketlər bu silahın çatdırılma, o cümlədən İsrailə zərbə vasitəsi olacaq.

Kedmi hesab edir: “Buna görə də ordumuzu və hərbi sənayemizi bundan sonra da inkişaf etdirməliyik. Bir tərəfdən İran raketlərini neytrallaşdıran sistemlər yaratmalı, digər tərəfdən İsrailə qarşı bu cür silah tətbiq etmək cəhdi zamanı İranın tam və qəti şəkildə məhvinə səbəb olacaq silahları istehsal edərək inkişaf etdirməliyik”.

 

Tərcümə Strateq.az-ındır.

 

 




Yuxarı Əvvələ Ana Səhifə