XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 16:18

ABŞ və Böyük Britaniya yeni ittifaq hazırlayır –Türkiyə və Rusiyaya yeni düzəndə önəmli rol ayrılacaq - Təhlil

erdoqan-mey

Daily Sabah (Türkiyə), 02.02.2017

 

1967-ci ildə Kiprə görə ABŞ və Türkiyə arasında fikir ayrılığı olarkən prezident Lindon Conson baş nazir İsmət İnönüyə məktub yazmış və hədə gəlmişdi ki, Türkiyə gəmilərinin adaya yaxlınlaşmasının qabağını alacaq. İnönü cavabında ABŞ prezidentinə bildirmişdi ki, dünya dağılsa, “Türkiyə yeni dünyada özünə yer tapacaq”.

Bu gün əlli il keçəndən sonra Donald Trampın Amerika prezidenti seçilməsi dünyanı həyəcanlanmağa məcbur edib, çünki ABŞ milli maraqlara söykənən yeni dünya düzəni yaratmağa cəhd edir. Bundan savayı, Böyük Britaniya Avropa Birliyini tərk etməyə hazırdır.

Böyük Britaniya baş naziri Tereza Meyin Vaşinqtonda Trampla danışıqlardan sonra keçən istirahət günlərində Ankaraya səfər etməyi və Тürkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşməyi faktı təxmin verir ki, ABŞ və Böyük Britaniya yeni ittifaq hazırlayır və burada Türkiyə üçün də yer ayıra bilər. AB dağılır, NATO isə məchulluğa üzür, buna görə də ABŞ və Böyük Britaniya dünyada Türkiyə və Rusiyanın dünya səhnəsində açar oyunçular olacağı yeni düzən yaradır. Mey Türkiyə səfəri ilə diqqəti buna vurğulayıb ki, Böyük Britaniya "Brexit"dən sonra kürəsəl açar oyunçu kimi qalacaq və etibarlı ticarət və müdafiə münasibətləri quracağı Türkiyə də daxil olmaqla gələcək tərəfdaşlarını seçəcək.

Baş nazir Meyin səfəri zamanı Türkiyənin milli qırıcı layihəsinin (TF-X) inkişafı üçün Türkiyənin aerokosmik sənaye şirkəti (TAI) ilə Britaniya nəhəngi "BAE Systems" şirkəti arasında çərçivə sazişi Türkiyə ilə Böyük Britaniya arasındakı münasibətlərin istiqamət və dərinliyinin dəqiq  göstəricisidir. Müdafiə sənayesi sahəsində əməkdaşlıq dost və müttəfiqlər arasında ola biləcək ən incə və məxfi münasibətdir. Heç bir şübhə yoxdur ki, Türkiyə və Böyük Britaniya bunu Vaşinqtonun xeyir-duası ilə edir.

Türkiyə özünün inzibati problemlərini qanunvericilik sisteminin dəyişdirilməsi və prezidentlik sisteminin qurulması yolu ilə həll edir və eyni zamanda bir tərəfdən Rusiya ilə etibarlı münasibətlər qurmaq və digər tərəfdən Qərb təmaslarını sıxlaşdırmaqla öz mövqelərini möhkəmləndirir. Bu bildirir ki, Türkiyə Tramp dönəmində Vaşinqtonla daha sıx əlaqələr qurmağa can atacaq.

Yeni dünya düzəni doğulur. Bu, Türkiyənin növbəti dəfə açar oyunçu olduğu Yaxın Şərqdə köklü dəyişimləri ifadə edir. ABŞ və Böyük Britaniya istəyir ki, Yaxın Şərq kürdləri bu bərabərliyin tərkib hissəsi olsun və İraq, İran, Suriya və Türkiyədə təhlükəsiz sərhədlərdə yaşasınlar. Türkiyə də bunu istəyir. Ankara məhz buna görə İraqın şimalındakı Bərzani administrasiyası ilə bu cür isti münasibətlər qurub.

Bununla belə, biz təhlükəsiz sərhədlər və kürdlər üçün Yaxın Şərqdə təhlükəsiz məskunlaşma mühitini ölkəni parçalayan və öz xalqına ziyan vuran terrorçuların separatçı hərəkatından ayırmalıyıq. PKK terror  təşkilatı Qərbdən bəzi dostlarımızın köməyi ilə, demək olar, 30 il müddətində separatçı fəaliyyət göstərir. Bu fəaliyyətin Türkiyə üçün bədəli çox böyük idi. PKK İraqın Sinjur əyalətində, həmçinin Suriyanın şimalında separatçı fəaliyyət göstərir. Buna dözüm göstərmək olmaz. Türkiyə məhz bu məsələdə yeni müttəfiqləri tərəfindən anlayışa səy edir.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə