XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2017 - 22:29

Nüvə zərbəsinə davamlı, 5 illik ərzaqla təchiz edilmiş yeraltı şəhər… –ABŞ-da milyarderlərin yeni sığınacağı (FOTOLAR)

yeralti-bunker

Dünyada nüvə savaşının hər keçən gün artığı bir dönəmdə ABŞ-ın Kansas əyalətində milyarder ailələr üçün nəzərdə tutulan "yeraltı şəhər" salınır.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq həmin "Yeraltı şəhər"lərdən biri istifadəyə verilib.

Belə ki, 1960-cı ilə qədər ABŞ ordusunun nüvə başlıqlı raketlərinin saxlanıldığı böyük yeraltı anbar yüksək səviyyəli yaşayış məskəninə çevrilib:

"Yaşayış üçün hər cür avadanlıqla təmin edilən yeraltı şəhərdəki mənzillərin ölçüsü 84 kv. metrdən 168 kv. metrə qədər dəyişir. Qiymətlər isə mənzilin ölçüsünə uyğun olaraq, 1.5 – 3 milyon dollardır. Artıq istifadəyə verilən ilk  yeraltı yaşayış məskənində bütün mənzillər satılıb.

İşin maraqlı tərəfi odur ki, şəhərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilib. Belə ki, həmin yeraltı şəhərdəki mənzillərin divarının qalınlığı 2.9 metrdir, üstü isə saatda 800 km sürətində əsən küləyə və istənilən raket zərbəsinə dözümlü beton örtüklə qapadılıb.

Bir sözlə, yeraltı şəhər istənilən təbii fəlakətə və hətta nüvə zərbəsinə belə, davamlıdır. Yeraltı şəhərdə enerji və internet bloku da var.

Bundan başqa, yeraltı şəhərdə bütün sosial şəbəkələrə pulsuz asanlıqla qoşulmaq imkanları, o cümlədən üzmə hovuzu, kinoteatr, dərs otaqları, əməliyyat üçün xəstəxana da yaradılıb. Eyni zamanda, şəhər hətta əkin əkmək üçün torpaq sahəsi ilə də təmin olunub.

Yeraltı şəhərin ən vacib üstünlüklərindən biri də məkanı 5 il tərk etmədən ən yüksək səviyyədə yaşamaq imkanının olması sayıla bilər. Belə ki, şəhərdə hər cür ərzaq, su, geyim və digər vacib ehtiyaclara malik 5 illik təminat yaradılıb". 

Yeraltı şəhər layihəsini icra edən tikinti firmasının sahibi Larri Hall deyib ki, hazırda belə mənzillərə təlabat həddən artıq çoxdur: "Artıq yeni layihələrin üzərində sürətlə işləyirik. Qısa müddətdə belə yeraltı şəhərlərimizin sayını çoxaldacağıq".

Məlumata görə, yeraltı şəhərdə mənzil alanların hamısı ABŞ-ın tanınmış milyarderləridir. 

 

Strateq.az