Вестник Кавказа, 04.01.2017
“Вестник Кавказа” oxuculara “Böyük qayıdış: Riçard Nikson məğlubiyyətdən necə özünə gəldi və yeni çoxluq yaratdı?” kitabının müəllifi Patrik Byukenenin ABŞ xarici siyasətinin təhlili ilə tanış olmağı təklif edir. Araşdırma ictimai rəyi öyrənən “Rasmussen Reports” Amerika şirkətinin saytında dərc edilib.
General Maykl Flinn ABŞ-ın İrana “rəsmi xəbərdarlıq” etdiyi bəyanatı ilə prezident Tramp üçün “qırmızı xətt” cızıb. Həm də Tramp "Tvitter"də təhdidi təsdiqləyərək onunla razılaşıb. Bəs virtual hədə nədən doğub? Flinn məlumat verib ki, İranın dəstəklədiyi üsyançı husilər Səudiyyə Ərəbistanının gəmisinə hücum ediblər, Tehran isə ballistik raketlərin sınağını keçirdərək “Yaxın Şərqdə təhlükəsizlik, inkişaf və sabitliyin özülünü sarsıdıb” və “amerikalıların həyatını təhlükəyə məruz qoyur”.
Lakin necə oldu ki, bu cür alındı?
Səudiyyəlilər iki il ərzində üsyançı husiləri bombalayır və onların ölkəsini viran qoyurlar. Səudiyyə Ərəbistanı özünün başladığı müharibədə qisas haqqına malikdirmi? Qırmızı dənizdə Səudiyyə gəmisinə hücumda İranın iştirak etdiyinə dair sübutlar varmı? Prezident Tramp bu müharibəni niyə özünün savaşına çevirib?
BMT-nin 2015-ci il qətnaməsi İranı nüvə başlıqlı raketlər daşıya bilən raketləri sınaqdan keçirtməməyə çağırır, lakin adi raketləri sınaqdan keçirməyi qadağan etmir. Doğrudanmı, Birləşmiş Ştatlar qarşıdurma törətmək üçün nüvə sazişi və beynəlxalq hüquq çərçivəsində İrana qarşı yeni tələblər irəli sürür? Flinn İrana qarşı mümkün hərbi əməliyyatlar haqda xəbərdarlığı müttəfiqlərlə əlaqələndiribmi? NATO üzvləri ABŞ-ın atdığı istənilən addıma qoşulmağa məcburdurmu? Yaxud Vaşinqton təkbaşına cavab tədbirləri görəcək və bu zaman NATO üzrə müttəfiqləri, israillilər, Fars körfəzi ərəbləri, Səudiyyə Ərəbistanı və Amerikanın Trampdan qurtulmaq istəyən müharibə partiyasının onu sonrakı hərəkətlərə necə itələdiklərini seyr edəcəklər?
Benyamin Netanyahu İranın raket sınaqlarını BMT qətnaməsinin kobud pozuntusu adlandıraraq, Flinnin bəyanatını alqışlayıb və bildirib ki, “İran təcavüzü cavabsız qalmamalıdır”.
Səudiyyə kralı keçən bazar günü Trampla danışıb. Doğrudanmı, o, prezidenti inandırıb ki, Amerika İrana qarşı daha fəal şəkildə çıxış etməlidir?
Senatın beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Bob Korker Ağ Evin xəbərdarlığından vəcdə gəlib: “İranın ballistik raketlərin sınağı ilə qanunvericiliyi pozmaq, terrorizmi daim dəstəkləmək və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən digər əməllər etmək imkanı daha olmayacaq”.
Problem bundadır ki, “İrana rəsmən xəbərdarlıq edilib” ifadəsi ictimai meydana çıxıb və indi nə Trampın, nə də İranın geri çəkilməyə praktik olaraq imkanı var. Tehran, demək olar, buna, xüsusən də özünü müdafiə etmək üçün adi raketlərin sınağını dayandırmaq tələbinə etinasız yanaşmağa borcludur.
Şübhəsiz, ABŞ tərəfdən hədə-qorxu nüvə szişinə qarşı çıxış edən və sazişin memarlarının – prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifin bu il seçkilərdə uduzmağını istəyən iranlıların mövqeyini möhkəmləndirəcək.
Ağ Evin bəyanatı İranla toqquşmanı praktik olaraq qaçılmaz, müharibəni isə tamamilə mümkün edir. Tramp və Flinn niyə məhz indi bu cür çıxış edirlər?
Trampın prezidentliyinin iki həftəsi ərzində çox şey baş verib: Ukraynada durum kəskinləşib, Şimali Koreya isə İrandan fərqli olaraq gerçək nüvə silahını sınaqdan keçirməyə həqiqətən də hazırdır. Trampa dəstəyin səbəblərindən biri İraqda gərəksiz müharibəni başlamış Corc Buşun dəhşətli səhvini anlamağı olub.
Əfqanıstanda 15 illik müharibə, Liviya, Yəmən və Suriyada müharibələr, XXI əsr Yaxın Şərq müharibələri ABŞ-a trilyonlarla dollara və minlərlə həyata başa gəlib. Həm də bunlar Qərb sakinlərinin kütləvi qətlini həyata keçirdən "əl-Qaidə" və İŞİD tərəfindən cihadçılar ələ almaq üçün ABŞ-a qarşı istifadə olunan nifrəti alovlandırıb. Üsamə bin-Ladenin ən böyük uğuru vurulmuş əkiz qüllələr və öldürülmüş 3000 amerikalı deyil, Amerikanı Yaxın Şərqdə müharibəyə, sərsəm və soyuq müharibədən sonra ölkənin qlobal üstünlüyünə son qoymuş məhvedici addıma cəlb etmək idi. Sanki Tramp bu faktı qəbul edir. Hesab edilirdi ki, o, ABŞ-ı bu müharibələrdən çıxaracaq və İraqdan üç dəfə böyük olan, əsas silah tədarükçüsü və tərəfdaşı Vladimir Putinin rəhbərliyi ilə Rusiya olan İranı hədələməyəcək.
Barak Obama Bəşər Əsədin Suriya vətəndaş müharibəsində kimyəvi silahdan istifadəsinə qarşı “qırımzı xətt” cızarkən və Əsəd bu xətti keçərkən Obama başa düşdü ki, həmvətənləri müharibədə iştirak etmək istəmir. Prezident Obama alçalmış halda geri çəkildi. Nə Ayətullah Xamenei, nə də Tramp geri çəkilməyə hazırdır – xüsusən də prezidentin açıq şəkildə hədə gəldiyi indiki vaxtda.
Tərcümə: Strateq.az