XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 14:24

Suriyada Rusiya-İran toqquşmasına dair sensasion iddialar:İran Əsədi devirib, qardaşı Mahiri hakimiyyətə gətirmək istəyir... - Təhlil

mahir-basar

Fotoda Bəşər Əsəd və qardaşı Mahir Əsəd

İlya Plexanov

ИноСМИ (Rusiya), 09.02.2017


 

Tom Kuper fevralın 7-də "War Is Boring" resursunun səhifələrində qeyd edib ki, SSRİ soyuq müharibə dönəmində müdaxiləyə başlamazdan əvvəl bu və ya digər liderin xəstəliyi və yaxud psixoloji problemləri haqda tez-tez materiallar dərc edərdi. O, Bəşər Əsədin xəstəliyi və uzun müddət görünmədiyinin səbəbləri haqda şayiələri də bu müstəvidə nəzərdən keçirir.

Kuper başlanğıc üçün tvitlərə və Rusiya güclərinin yanvarın 28-də Suriyada İranyönlü çevrilişin qabağını aldığı haqda məlumat verən Suriya jurnalisti Fəras Kərəmin postarına istinad edir. Çevrilişin gedişində Bəşər Əsəd devrilməli, hakimiyyət isə qardaşı Mahir Əsədə keçməli imiş.

Kərəm yazır ki, Rusiya silahlı qüvvələri yanvarın 28-də Dəməşqin 11 rayonunda İranyönlü bölmələrin Suriya ordusuna çıxşını bağlayıb və səkkiz hərbi obyektin və Almaz aviabazasının ələ keçirilməsini dəf edib. Rusiya hərbçiləri Rusiya səfirliyi, prezident sarayı və həmçinin Baş qərargahın mənzil qərargahını güclü mühafizəyə götürüblər. Mahir Əsədin komandanlıq etdiyi Suriyanın dördüncü tank diviziyası və HHQ kəşfiyyatı isə yükəsk döyüş hazırlığı vəziyyətinə gətirlıib.

Kərəm yazır ki, Suriyada ələvilər iki düşərgəyə – İranyönlü və Rusiyayönlü – bölünüblər və hər iki tərəf öz siyasi rəqiblərini qətlə yetirməklə məşğuldur. Həmçinin Suriyada rusları dəstəkləyən zabitləri də öldürürlər. Yanvarın sonunda “Suriya sahillərində altıya yaxın yüksəkmənsəbli zabit və ruslara yaxın bir neçə şəxs öldürülüb”.

Tom Kuper sonra məlumat verir ki, daxili qarşıdurma sirr deyil. Rusiya 2015-ci ildə Suriya silahlı qüvvələrini, 4-cü korpusu və artıq 2016-cı ilin payızında 5-ci korpusu tələsik yenidən təşkil etməli olub.

Kuperin fikrincə, Suriyada rusların fəallığı və nüfuzu İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) xoşagəlməz formada narahat edir. Rusiyanın Suriyadakı uğuru bildirmir ki, İran da udur. Moskvanın məqsədi – nəyin bahasına olur-olsun, hətta Suriya ərazisinin bir hissəsni güzəştə getməklə, Əsəd rejimini saxlamaqdır.

İranın məqsədi bütün Suriya üzərində nəzarət və İranyönlü güclü rejimin qurulmasıdır. Rusiya Suriyanın rəsmi ordusunu modernləşdirir və təlim keçir, İran Suriyada “Hizbullah”ın oxşarının meydana çıxmağının həsrətindədir və buna can atır.

Suriya İrana öz torpaqları ilə ödəniş edir. Suriyada müharibə bitəndən sonra Əsədin hakimiyyətdə qalıb-qalmadığndan asılı olmayaraq, ölkədə əsas iqtisadi və geopolitik oyunçu məhz İran olacaq. Suriyada nüfuzu gücləndirmək və s. İranın marağındadır. Rusiyanın marağı müharibəni bitirmək, Ukrayna üzrə Qərblə danışıqlar üçün dəlillərə malik olmaq, sülhməramlı rolunda çıxış etmək, dünya silah bazarında öz payını atırmaqdır.

Suriyada daxili ziddiyyətlərin gərginliyi 2016-cı ilin martında Bəşər Əsədə loyal Respublika Qvardiyası və Mahir Əsədin 4-cü tank diviziyası arasında silahlı qarşıdurmaya dönüşüb.

"The Financial Times" həmin ilin aprelində yazırdı: “Rusiya birbaşa yaxından görür ki, rejimi dağıtmadan Əsəd klanı təmsilçilərini Suriya təhlükəsizlik sisteminin əsas strukturlarından (ailə üzvləri və rejim tərəfdarlarından komplektləşdirilmiş ştat) ayırmaq nə qədər çətindir. Rejim elə şəkildə qurulub ki, qeyri-loyallıqda və ya satqınlıqda şübhəli bilinən istənilən adamdan qurtulur – yaxın ətrafın amansızcasına müntəzəm şəkildə “təmizlənməsinə” qədər. Lakin tamamilə mümkündür ki, Moskvanın öz strategiyası var. Hələ ata-Əsəd dövründən Suriya ilə qarşılıqlı fəaliyyət əsasən ordular səviyyəsində həyata keçirilib. Suriya ordusunun acınacaqlı durumda olduğundan sarsılmış Rusiya onun təkrar hazırlığı üzrə irimiqyaslı proqram həyata keçirməyə başlayıb. Suriya qaynaqlarının məlumatına görə, Moskva bu proqram çərçivəsində prezidentin qərarsız və idarəolunmaz kiçik qardaşı – Mahir Əsədi işdən uzaqlaşdırıb…”

Ümumiyyətlə, son zamanlar, xüsusən də Tramp vəzifəyə başlayandan sonra Rusiya və İranın Suriya üzrə fikir ayrılığından çox yazırlar.

Əl-Ərəbiyyə”dən Həşmat Ələvi hesab edir ki, Rusiya İrana heç vaxt strateji tərəfdaş kimi yanaşmayıb, Moskva Rusiyaya “çox az şey təklif edə biləcək mollalardansa” ABŞ-la yaxşı münasibətlərə daha çox üstünük verir. Rusiyadansa İran Suriyaya daha çox sərmayə qoyub. Rusiyaya baxanda Suriya İran üçün daha önəmlidir. Buna görə də İran tam nəzarət ideyasından geri çəkilməyəcək və Qərblə Suriya üzrə Rusiyanın gedə biləcəyi heç bir sövdələməyə getməyəcək. İran məhz buna görə bu yaxınlarda ABŞ-ın Astanada Suriya üzrə dasnışıqlara dəvət edilməsinə qarşı kəskin şəkildə çıxış edib.

"Middle East Monitor" xəbər verir ki, yanvarda Rusiyanın təşəbbüsü ilə barışığa baxmayaraq, “Hizbullah” dəstələri hərbi əməliyyatlar aparır və Rusiya zabitlərini bayağı şəkildə döyüş bölgəsinə buraxmır, həmçinin dinc sakinlərin və İran üçün maraqlı olan Suriyanın bu və ya digər yaşayış məntəqələrinin düşmən tərəfindən tərk edilməsinin əvəzində yaraqlıların ailələrinin təxliyəsini süründürürdü.

Tom Kuper "War Is Boring"də yekun vurur ki, Dəməşqdə hətta gerçək şəkildə İranyönlü hərbi çevriliş cəhdi olubsa və Rusiya onun qabağını alıbsa da, fərq etməz, daxili ziddiyyətlər heç hara yox olmayıb və Əsəd rejimi yalnız Suriyada öz maraqlarını güdən Rusiya və İranın dəstəyi hesabına duruş gətirir. Və dərinə getdikcə bu maraqlar az-az üst-üstə düşür.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə