XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Fevral 2017 - 10:56

Peşəkar Fidanın “şparqalka” ilə gəlmiş Pompeo ilə görüşü:ABŞ Yaxın Şərqdə yeni "böyük oyun" qurur – Təhlil

f

Stanislav Tarasov

REGNUM İA, 09.02.2017

 

MKİ başçısı Mayk Pompeo Türkiyəyə səfər edib. Bu, yeni vəzifədə onun ilk səfəridir. Səfər ABŞ və Türkiyə prezidentləri – Donald TrampRəcəb Tayyip Ərdoğanın telefon söhbətinin ardınca gəlir. Pompeo Türkiyə rəhbərliyi və öz həmkarı – Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla görüşlər keçirib.

Fidan peşəkar, karyeralı, səriştəsi Rusiya xüsusi xidmətlərinin mütəxəssisləri tərəfindən də etiraf edilmiş kəşfiyyatçıdır. O, Yaxın Şərqin ən mürəkkəb bütün məsələlərindən yaxşı baş çıxardır, həm daxildə, həm də xaricdə əsas hadisə və əməliyyatların təşəbbüsçüsü olub, prezident Ərdoğana böyük təsiri var, dəfələrlə onun məxfi tapşırıqlarını icra edib.

Yeri gəlmişkən, Fidan 2016-cı il iyulun 15-də Türkiyədə baş tutmamış dövlət çevrilişinin boğulmasında da müəyyən rol oynayıb. O, “ərəb baharı” deyilən olaylar haqda hər şeyi və yaxud, demək olar, hər şeyi, İŞİD-in nə vaxt, harada və kim tərəfindən yaradıldığını bilir, kürd məsələsinə qəyyumluq edir, Suriya istiqamətində Türkiyə-Rusiya alyansının formalaşması üzrə layihənin hazırlanması və gerçəkləşməsində şəxsən iştirak edib – hələ artıq Yaxın Şərqdə Amerika siyasətinin “özəllikləri” və yönü haqda demirik.

Pompeoya gəlincə, o, “The Nation” Amerika nəşrinin yazdığı kimi, “Trampın milli təhlükəsizlik məsələləri ilə məşğul olan generallardan – milli təhlükəsizlik üzrə müşavir kimi Mayk Flinn, müdafiə naziri kimi Ceyms Mettis və daxili təhlükəsizlik nazirliyinin başçısı qismində Con Kellidən ibarət komanda çevrəsinin MKİ-yə irəli sürdüyü “siyasi təyinatlıdır”".

The Nation”un məlumatına görə, “Pompeo neftçidir və Konqresdə yeni adamdır, 2010-cu ildə Kanzasın 4-cü dairəsində Çay Partiyasını qələbəyə gətirib, xarici kəşfiyyat aləmində tamamilə yeni adamdır. Yalnız 2013-cü ildə Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinə daxil olub, buna qədər isə 2012-ci lədək Benqazi üzrə özəl komissiyanın tərkibində çalışıb”.

Düzdür, Tramp Pompeonu Milli Təhlükəsizlik Agentliyinin (MTA) daimi üzvləri sırasına daxil edərək sərgiləyib ki, təyin etdiyi adama şəxsən etibar edir. Lakin hamısı budur.

Yaxın Şərq problemlərini ciddi şəkildə bilmək, bu bölgənin siyasi proseslərinin əsas tərkib hissələrini gerçəkdən mənalandırmaq, onun bütün daxili məğzini dərk etmək üçün ABŞ prezidenti administrasiyasında kifayət etməyən xeyli vaxt lazımdır. Buna görə də Pompeoya türk həmkarı Fidanla söhbət aparmağa yalnız MKİ-nin əvvəlki aparatının hazırladığı “şparqalka”, ya da yeni geopolitik direktivlərin səsləndirilməsi kömək edə bilər. Şparqalka üzrə olsa, onda Türkiyəyə münasibətdə köhnə problemləri həll etmir – bunu nəzərdə tuturuq ki, hələ Barak Obama administrasiyası dövründə Suriya kürdlərinə dəstək üzrə hazırlanmış və prezident Trampın da onlara silah və sursat tədarükünü davam etdirdiyi nəzərə alınsa, yeni problemlər yaranacaq. Belə ki, MKİ-nin yeni başçısı Ankara üçün dadlı “yerkökü sıyığı” hazırlamayıb. Türkiyə prezidenti Ərdoğan əvvəllər Barak Obama administrasiyasının Yaxın Şərq siyasətini kəskin tənqidlə çıxış eddərək ABŞ-ın yeni prezidentini “Suriyanın Demokartik Birlik Partiyasından olan kürdlərinə dəstək verməməyə çağırıb”.

Direktivlərə gəlincə, həm ABŞ prezidenti Tramp, həm də MKİ başçısı Pompeo İrana münasibətdə kəskin tənqidlə çıxış edir və Pompeonun sözlərinə görə, hesab edirlər ki, “dünyada terrorizmin ən böyük sponsoru ilə bu dəhşətli sazişdən imtina etmək gərəkdir”.

Bu tezisin arxasında qeyri-nüvə məsələlərinin geniş çevrəsi – “Hizbullah”a verilən dəstək, İranın İraq, Suriya, Yəmən və Əfqanstan münaqişələrində rolu, Fars körfəzindəki adi silahları və ortamənzilli raketlərin yaradılması üzrə İranla qarşıdurma haqda məsələlər durur. Bununla yanaşı ABŞ-ın yeni administrasiyasının Türkiyəyə etdiyi təklifin əsas paradoksu bundan ibarətdir ki, onu Suriya müharibəsinin açar iştirakçıları İranla və ola bilsin, Rusiya ilə alyansdan çıxarmağa cəhd edir. Yəni ABŞ “Türkiyənin İŞİD-ə qarşı mübarizəsini” dumanlı şəkildə bəyan edərək dəstəkləməklə “ABŞ-ın mühüm müttəfiqi” kimi göstərdiyi Türkiyənin təhlükəsizliyini faktiki olaraq təhdid altında qoyur.

ABŞ prezidenti Tramp və MKİ direktoru Pompeonun Türkiyə vasitəsilə İranla geniş qarşıdurma kəskinləşməsi törətməyə cəhd edərkən ziddiyyətli siqnallar bölgədə prinsipcə yeni durum yaradır. Eyni zamanda Fidan daxil olmaqla Türkiyə rəhbərliyi anlayır ki, indi Ağ Ev bölgədə yeni geopolitik landşaft yaratmaqla xarici siyasətini gerçək şəkildə eşələməzdən əvvəl MKİ-nin yeni başçısı vur-tut Türkiyəyə təftiş səfəri edir.

Türkiyə hələlik səhv buraxmır. Prezidentin mətbuat katibi İbrahim Kalın bildirib ki, “Suriyanaın ərazi bütvölüyünün müdafiəsi Türkiyə üçün prinsipial məsələdir və qonşu ölkənin parçalanmasına dair heç bir təklifi qəbul etməyəcək”.

Lakin Türkiyənin “Hurriyet” qəzetinin xəbər verdiyi kimi, “ən yaxın vaxtlarda Trampla Ərdoğanın şəxsi görüşü olacaq”.

Görüşün tarixi bildirilib – mart ayı. Bu görüşün Ərdoğanın Moskvaya marta nəzərdə tutulmuş səfərindən əvvəl, ya sonra baş tutacağı məlum deyil. Bu, mühüm məqamdır, çünki ola bilsin, Tramp Pompeo vasitəsilə Türkiyə prezidentinə hansısa şərtləri çatdırıb və bu, sonra Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışqılarda “hamarlanacaq”. Lakin əksinə də ola bilər, çünki Rusiya-İran-Türkiyə üçbucağında Suriya nizamlaması üçün hər halda ala-babat konsensus toplanıb, halbuki Amerika nəşri “The National İnterest”-in hesab etdiyi kimi, ABŞ sünni monarxiyaları, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və əlbəttə, Türkiyənin “İranla mümkün müharibədə” koalisiyası mövzusu ilə bağlı durumu hələ indi-indi öyrənir.

Vaşinqton istənilən halda Ankaranı – həm də təkcə onu deyil – inandırmağa çalışır ki, “Suriyada əsas iqtisadi və gepolitik oyunçu olmaqla İran udur və s.” Buna görə də Ankaranın “Vaşinqtonun dil tapa biləcəyi Rusiya ilə taktiki qarşılıqlı fəaliyyət göstərməklə öz stratregiyası olmalıdır”.

Belə ki, prezident Ərdoğanın hər hansı seçim etməzdən qabaq üzərində ciddi şəkildə düşünməyə nəyisə var. Maraqlıdır, Türkiyə kəşfiyyatının başçısı Fidan Pompeo ilə danışıqlardan sonra hesabat məruzəsində nə yazacaq? Amma hər necə olur-olsun, bütün əlamətlərə əsasən, Yaxın Şərqdə növbəti “böyük oyun” başlanır…

 

Tərcümə: Strateq.az