XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

28 Mart 2015 - 20:02

MİRZƏ SAKİTƏ NARKOTİK GÖNDƏRDİYİ İDDİA EDİLƏN İCRA BAŞÇISININ KİMLİYİ BİLİNDİ (ÖZƏL)

musamusayev-1.jpg

Hakimiyyətə qarşı radikal mövqeləriylə seçilən və bu səbəbdən Avropada siyasi mühacir statusu alan iki tanınmış jurnalist – Fikrət Hüseynli ilə Mirzə Sakit arasındakı qalmaqal pik həddə çatıb.

Bir vaxtlar aralarında yaxın dostluq münasibətəri olan jurnalistlər hazırda bir-birinin ünvanına olmazın ittihamları səsləndirirlər.

Bu qarşılıqlı ittihamlarda diqqət çəkən mühüm bir məqamla bağlı Strateq.az kiçik araşdırma aparıb.

Mətbuatdan məlumdur ki, jurnalist Fikrət Hüseynli Mirzə Sakitə ünvanladığı cavabda ikincinin hansı səbəbdən həbs edilməsinə toxunaraq, sensasion fikirlər səsləndirib. Onun iddiasına görə, satirik hələ Azərbaycandaikən pul üçün ən müxtəlif adamlara müraciət edib: “Hətta həbs olunan zaman cibində tapılan narkotik onun şantajlardan bezən icra başçılarının birinin göndərdiyi – adını bilirəm, etika xatirinə çəkmirəm – 100 dolların içində olub. Bunu həmin pulu Goranboydan Bakıya qədər gətirib çıxaran və Mirzəyə kafedə hesab verən, sonradan Rusiyaya gedən dostu da təsdiq edə bilər. Mirzə də restorandan çölə çıxanda həmin dostu onun cibinə 100 dolları qoyub. O da bilməyib ki, içində narkotik var. Nəticədə saxlanılanda cibindən narkotik çıxıb…”

Bu məsələdə xüsüsilə diqqət çəkən məqam Mirzə Sakitin həbsində heç bir siyasi sifarişin olmamasını hakimiyyətə qarşı ən radikal mövqeyi ilə seçilən insanın, yəni Fikrət Hüseynlinin etiraf etməsidir.

Məlumdur ki, bir çox nüfuzlu beynəlxalq təşkilatlar Mirzə Sakitə qarşı irəli sürülən ittihamların qurama olduğu qənaətinə gələrək, jurnalisti “vicdan məhbusu” elan etmişdi. Fikrət Hüseynlinin iddialarındansa belə nəticə hasil olur ki, Mirzə Sakitə qarşı qurulan tələ siyasi hakimiyyətin iradəsi xaricində olub və həmin plan hansısa məmurun “özfəaliyyəti” nəticəsində həyata keçirilib.

Bəs, Mirzə Sakitə 100 dolların içində narkotik göndərdiyi iddia olunan icra başçısı kim olub?

Strateq.az-ın apardığı araşdırmadan məlum olub ki, bu məsələdə adı hallandırılan şəxs Naftalan rayonunun sabiq icra başçısı, eks millət vəkili Musa Musayevdir.

O da üzə çıxıb ki, Mirzənin hansı səbəbdən həbs olunması ilə bağlı AXCP rəhbərliyi də məlumatlı olub və bu mövzu partiya kuluarlarında zaman-zaman müzakirə edilib.

Mənbəmizin bildirdiyinə görə, Musa Musayev həmin “hədiyyəni” əslən Goranboy rayonundan olan Elçin adlı cəbhəçi vasitəsilə Mirzəyə göndərib. Məlum hadisədən sonra Elçin Azərbaycanı tərk edib. Onun hazırda Rusiyada yaşadığı bildirilir.

Qeyd edək ki, bu qalmaqalda səslənən fikirlər ölkənin hüquq-mühafizə orqanlarına və siyasi hakimiyyətinə Mirzə Sakitin siyasi sifariş əsasında həbs olunmadığını sübut edən ciddi arqumentlər vermiş olur. çünki bu fikirləri söyləyən şəxsin hazırkı mövqeyi və statusu bunun üçün tam əsas verir.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə