XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Fevral 2017 - 09:53

Rusiya Ankaranın əsəbləri ilə oynayır:Moskvada “Kürd Milli Konfransı” niyə məhz 15 fevralda keçirilib? – Təhlil

k

Murat Yetkin

Hürriyet (Türkiyə), 17.02.2017


 

Fevralın 15-də Moskvada kürd konfransı keçirilib. Bu görüşdə kürdlərin sıx yaşadığı ölkələrin – İran, İraq, Suriya və Türkiyə təmsilçiləri iştirak ediblər.

Kürd mediası Moskvada baş tutmuş və Rusiya dövlətinin guya xəbərdar olmadığı – hərçənd ABŞ prezidentliyinə namizədlərin elektron yazışması haqda bilir – görüşü “Kürd Milli Konfransı” adlandırıb. Bu tədbiri car çəkən xəbərlər Rusiya xarici işlər naziri Sergey Lavrovun yanvarın 27-də Moskvada “Demokratik Birlik” partiyasının (PYD) rəhbərliyi ilə keçirdiyi görüşdən sonra fəal şəkildə meydana çıxmağa başlayıb.

Məlum olduğu kimi, 2015-ci il noyabrın 24-də sərhədi pozmuş Rusiya təyyarəsinin türk qırıcıları tərəfindən məhvindən sonra PYD-ə Moskvada təmsilçilik açmaq icazəsi verilib.

Bu görüşdən bir az əvvəl Türkiyə PYD-nin Suriyada atəşkəs üzrə yanvarın 23-24-də Astanada baş tutmuş konfransda iştirakına veto qoyub. Əslində, PYD və onun hərbi qanadı – Xalq özünü müdafiə dəstələri (YPG) Suriyada vuruşan tərəflərdən biridir. Lakin Türkiyə etiraz edir ki, qadağan edilmiş PKK-nın bacısı olan təşkilat Suriyada ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində yerüstü qüvvə kimi çıxış edir. Türkiyə dəfələrlə deyib ki, bir terrorçuya qarşı digər terrorçu ilə əməkdaşlıq qurmaq olmaz və bunu indiyədək təkrar edir.

Türkiyə bu zəmində özünün NATO üzrə müttəfiqi ABŞ-la dalaşıb və Suriyada döyüş meydanında NATO rəqibi Rusiya ilə əməkdaşlığa məcbur olub. Ankara 2016-cı ilin avqustunda 15 iyul dövlət çevrilişi cəhdindən dərhal sonra başlamış “Fərat qalxanı” əməliyyatı çərçivəsində PYD-nin ABŞ-ın dəstəyi ilə Suriyanın bütün sərhədi boyu nəzarət qurmağına imkan verməməyə cəhd edib. Beləliklə, Rusiya ilə əldə edilmiş saziş sayəsində Türkiyə Əl-Baba qədər gedib çıxıb.

Hazırda prezident Ərdoğan növbəti addımlar üçün ABŞ prezidenti Trampdan aydın siqnallar gözləyir. Türkiyənin bundan sonrakı mövqeyinə İŞİD-lə mübarizə üçün Trampın Pentaqona hazırlamaq tapşırığı verdiyi yeni planda PYD-nin yeri təsir edir.

Lakin Trampın başı hələlik digər problemlərə qarışıb. Hətta artıq başlanğıc mərhələsində praktik olaraq milli təhlükəsizlik üzrə müşavir Maykl Flinnin istefasına səbəb olmuş qalmaqallar seriyasında Rusiya ilə əlaqələr yaranır. Aydınlaşdığı kimi, guya Rusiyanın FTX-sı Amerika siyasətinin ən sağ qanadının Respublikaçılar partiyasının sıralarında liderliyi ələ alıb demokratlara üstün gəldiyi prosesə qoşulub. Deməli, Tramp hələlik Pentaqonu, Ərdoğan isə Trampı gözlədikcə Vladimir Putin irəli getmək niyyətindədir.

Moskva Suriyada vətəndaş müharibəsi vasitəsilə Yaxın Şərqdə iştirakını bərpa edib. Sanki Sovet İttifaqının dağılması ilə bunu unutmuşdular. Buna görə də indi mövqeyini gücləndirmək və bu proses çərçivəsində kürd kartını ABŞ-ın əlindən almağa çalışır.

Başqa sözlə, Rusiya ABŞ-ı kürd kartından məhrum etmək istəyir, Türkiyə müdafiə mövqeyindən PKK-ya mane olmaq istəyir, PKK isə əlini yanına qoyub oturmur.

Moskva görüşlərinin maraqlı tərəfi bundan ibarətdir ki, İran Kürdüstanı Demokratik Partiyası (KDP) Məsud Bərzaninin başçılığı ilə bu görüşlərə dəvəti rədd edib.

Diqqət çəkən başqa bir məqam: KDP 1946-cı ildə Moskvanın dəstəyi ilə İranda yaradılmış kürd Mahabad Respublikasının həmyaşıdıdır, KDP qurucusu Mustafa Bərzani isə sovet rejimi dönəmində Özbəkistanda Daşkənd yaxınlığındakı kəndlərdən birində Qırmızı ordunun generalı  formasında partiyasına rəhbərlik edib. Amma KDP indiki mərhələdə nə Türkiyə, nə İran, nə də ABŞ-la ziddiyyətə girişmək istəyir.

Ancaq bilirsiniz, ən maraqlısı nədir?

Moskva görüşünün keçirilmə tarixi. Burada da Rusiya diplomatiyasının izlərini görürük. Axı Abdulla Öcalan məhz 18 il qabaq – 15 fevral 1999-cu ildə Keniyada MKİ və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə əməliyyatı nəticəsində tutulub. Həm Ankaranın, həm də Vaşinqtonun əsəblərini oynadan bu durumu təsadüfi saya bilmərəm.

Daha bir maraqlı məqam bununla bağlıdır ki, Moskva konfransına Türkiyədən Xalqların Demokratik Partiyasının (XDP) deputatları Osman BaydəmirDilək Öcalan dəvət olunub. Türkiyə parlamentinin bu iki üzvü bir müddət əvvəl həbs olunmuş və ifadə verdikdən sonra buraxılmışdı. XDP həmsədrləri Səlahəddin DəmirdaşFigən Yüksəkdağ həbsə məruz qalmamışdı. Başqa sözlə, hətta bu deputatların fövqəladə rejim şəraitində bu görüşə qatılmaq qəsdilə xaricə səfərini də siyasi hesablamalarda nəzərə almaq səmərəli olardı.

Ola bilsin, Suriyann gələcəyi haqda fevralın 23-də Cenevrədə baş tutacaq konfransdan əvvəl yeni diplomatik qapılar açmaq cəhdi edilir. Həm ABŞ, həm də Rusiya Suriya ilə sərhədinin uzunluğu 910 km təşkil edən Türkiyəni bərabərlikdən sıxşdırmağa risk etməklə PYD-nin Cenevrə prosesinə və yaxud ən azı, Astana görüşlərinə qatılmağını istəsə, Ankaranın hansı mövqeyi tutacağı barədə indiki anda təsəvvürümüz yoxdur. Xüsusən də ona görə ki, 16 aprel referendumu ilə bağlı həssas proses ən qızğın çağındadır.

Buna görə də mən bu baxışın tərəfdarıyam ki, Moskvadakı konfrans xüsusən önəmlidir: o, təkcə Suriyanın deyil, həm də Yaxın Şərqin ən yaxın gələcəkdə alacağı forma üçün həlledici önəm kəsb edəcək.

Yaşayarıq, görərik.

 

Tərcümə Strateq.az-ındır.