Əbdülbəri Ətvan
Ər-Ray Əl-Yəum (Böyük Britaniya), 20.02.2017
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fars körfəzinin üç monarxiyasına (Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı) səfərinin ilk nəticələri ilə tanış olmaq istəyiriksə, onda Suriya müxalifətinin qərargahl Ər-Riyadda olan Danışıqlar üzrə Ali Komitə (DAK) təmsilçisi Salim Əl-Muslitin bəyanatlarına özgə cür baxmalıyıq. Bunlarda Cenevrə konfransının dördüncü toplantısına “qırğı” münasibəti ifadə olunub ki, bu da Səudiyyə Ərəbistanı, Türkiyə və Qətər arasında üçtərəfli münasibətlərin bərpası, həmçinin tədricən Rusiyadan uzaqlaşmağı bildirir.
Amerika KİV-lərinin açıqlamalarından çıxış etməklə bu eskalasiya aydın görünür. CNN telekanalı Donald Tramp administrasiyasının İŞİD-lə mübarizə təklifi altında Suriyaya Amerika gücləri göndərmək niyyətindən xəbər verib. Lakin bu cür hərəkətlər ikinci dərəcəli vəzifəsi rejimi devirmək cəhdi olan Liviya ssenarisinin təkrarına gətirb çıxarmazmı? Məsrəfləri kim ödəyəcək: Fars körfəzi ölkələri? Bütün xərclər ödənilməsə, Donald Trampın silahlı qüvvələr göndərə bilməyəcəyi faktı nəzərə alınmaqla, söhbət xüsusən də Səudiyyə Ərəbistanı haqqındadır.
Amerika qoşunlarının göndərilməsi hərbi əməliyyatların Suriya teatrı üçün dönüş məqamı, ABŞ, Türkiyə prezidentləri və Fars körfəzi ölkələri arasında, həmçinin mümkündür ki, İsrail arasında bu ölkələrin rəhbərləri ilə əvvəllər uzun telefon danışıqları zamanı razılaşdırılmış planın mövcudluğunun sübutudur. Hətta durumun bu cür inkişafı Rusiya və İran tərəfdən xeyli sayda suallar doğuracaq.
DAK adından çıxış edən Salim Əl-Muslit dünənki açıqlamasında bildirib ki, vaxta qənaət üçün Dəməşqlə birbaşa danışıqlar aparmaqda, həmçinin Suriya xalqının əzablarına son qoymaqda maraqlıdırlar.
Bütün bunlar gözəl sözlərdir, lakin başqa bir məna da daşıyır: “Bəşər Əsəd Suriya hökumətlərindən heç birinə – nə müvəqqəti, nə də böhrandan sonra yaradılana – başçılq edə bilər. Hətta Əsəd hakimiyyətdə qalacaqsa, Suriya xalqı nahaq yerə bu cür səylər göstərib”. Bu mövqe Cenevrədəki dördüncü toplantı hələ başlanmamış bütün danışıqları puça çıxardır. Hətta dördüncü toplantının nəticələrini də məhv edir.
Rusiya-Türkiyə sazişləri DAK-a aid məsələlərə toxunmur – həmçinin Qətər və Səudiyyə Ərəbistanının Suriya böhranının tənzimlənməsindəki roluna toxunmadığı kimi. Hətta bu üç tərəf (Qətər, Səudiyyə Ərəbistanı, DAK) Astanada keçən nə birinci görüşə dəvət edilmişdi, nə də cümə axşamı başlanan ikinci görüşə. Lakin Amerika prezidenti Donald Trampla uzunmüddətli danışıqlardan sonra Türkiyə mövqeyində qəfil dəyişikliklər olub. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni başçısının Ankaraya bir neçə gün qabaqkı səfərindən sonra bütün kartlar qarışıb və Suriya problemində yeni Türkiyə “dönüş”ü baş verib.
Donald Trampla sazişə gəlmiş prezident Ərdoğan Suriya haqda siyasi çıxış edib və Rusiya ilə “sazişi” pozub. O, Suriyada beş min kv.km uzunluğunda bufer zonası yaratmaq və Suriyanın köməkçi qoşunları və Türkiyə xüsusi ehtiyat qüvvələrindən ibarət “Fərat qalxanı” qüvvələrini göndərmək, Mənbici qaytarmaq və kürd qoşunlarını oradan sıxışdırmaq, sonra Əl-Babı ələ keçirmək və İŞİD-in paytaxtı Raqqaya sarı yollanmaq niyyətlərini bildirib.
Türkiyə mövqeyində yeni “dönüş” həmçinin türk nümayndə heyəti və atəşkəs rejiminin və müşahidə aparatının müəyyən edilməsi, həmçinin inam səviyyəsinin yüksəldilməsi üçün xeyirxah addımlar atmaq cəhdi, o cümlədən dustaqları mübadilə etməklə bağlı birgə danışıqlar üçün Ankaranın dəstəyi ilə silahlı müxalif dəstələrin təmsilçilərinin Astanaya gec gəlişində əks olunur.
Rusiya tərəfi “müttəfiq” Türkiyənin dayanıqsız mövqeyi ilə bağlı narahatlığını ifadə edib. Rusiya diplomatları bəyanatlarla çıxış edərək bildiriblər ki, Türkiyə Suriyada terrorizmlə, xüsusən də İŞİD-lə mübarizədən savayı digər məqsədlər də güdür.
BMT-nin Suriyadakı təmsilçisi Stefan de Mistura DAK tərəfdən ən mühümü prezident Əsədin danışıqlarda iştirak etməməyi, həmçinin Cenevrədə məqsədi siyasi tranzit prosesinə nəzarət üçün idarəçilik qurumunun yaradılması olan yeni raundun keçirilməsilə bağlı sərt tələblərə cavab verərkən narahatlığını ifadə edib. O çıxışında deyib: “Gündəlik Təhlükəsizlik Şurasının 2254 saylı məruzəsində razılaşdırılacaq və üç bəndə aid ediləcək: yeni idarəçilik üsulunun formalaşdırılması, yeni Konstitusiya, həmçinin BMT nəzarəti altında seçkilərin keçirilməsi”.
O həm də əlavə edib ki, bu mövzular Cenevrədəki dördüncü toplantının gündəliyidir və dəyişilməyi mümkün deyil, çünki “cəhənnəmə qapı” açır.
Ərdoğanın Fars körfəzi ölkələrinə səfəri üzündən Türkiyə mövqeyinin dəyişilməsi Suriya böhranında münaqişənin eskalasiyasının yeni mərhələsi üzrə Amerika planını ehtiva edir. Mümkündür ki, ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı kralı Salman əl-Səud, prezident Rəcəb Tayib Ərdoğan və Qətər əmiri Təmim əl-Tani danışıqların gedişində təfərrüatlar üzrə razılığa gələcəklər.
Amerika və Türkiyə arasında yeni saziş Ərdoğanla onun amerikalı arasındakı körpünü bərpa edib. Lakin bu, İranla münasibətlərin pisləşməsi və Tehranın fitnəkarlığı üçün Türkiyə prezidentinin başçılığı ilə “yeni qrup”un yaradılması, həmçinin nüfuz dairələrinin bölünməsini hazırlamaq üçün Suriyada bufer zonanın qurulmasına əsaslanır.
Hələbin birbaşa Suriya güclərinin əlinə keçməsi onların Türkiyə ilə məxfi razılığı və Səudiyyə Ərəbistanı ilə Qətərin müdaxilə etməməyi sayəsində baş verib. Bu, Suriya müxalifətini həm sisyasi, həm də hərbi mənada zəiflədib. Hətta Ərdoğanın özünün yeni müttəfiqi Rusiyaya münasibətdə mövqeyinin dəyişilməsi Suriya müxalifətinin dirçəlməyi və sonrakı güclənməyinə yol açıb. Bütün bunlar DAK nümayəndə heyətinin “qırğı mövqeyi” ilə izah olunur. Müttəfiqlik fraksiyalarının yaradılması Türkiyəyə Cenevrədə müxalifəti təmsil edərək əksəriyyəti qazanmaq və Moskva ilə Qahirəyə cəmi iki yer saxlamaq üçün lazımdır. Moskva yeni türk müttəfiqi tərəfindən gözlənilən dəyişikliyə necə cavab verəcək? İran və Suriyanın mövqeyi necədir?
Bütün bunları ən yaxın vaxtlarda biləcəyik və sözsüz ki, Cenevrədəki dördüncü toplantının nəticələri üçüncü görüşün nəticələrindən yaxşı olmayacaq.
Ola bilsin, hərbi eskalasiya Ər-Riyad, Ankara və Dohanın dəstəyi ilə DAK-ın haqqında qərar qəbul etdiyi siyasi dəyişikliklər üçün izahat olacaq… Zaman göstərər.
Tərcümə: Strateq.az