XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

23 Fevral 2017 - 10:43

Suriyada cəmi 28 hərbçisini itirən Rusiyanın xüsusi təhlükəsizlik şirkətləri:üstünlüklər və risklər - Təhlil

Souvenir mugs featuring Syria's President Bashar al-Assad, Russia's President Vladimir Putin and Lebanon's Hezbollah leader Sayyed Hassan Nasrallah are seen among other items for sale in old Damascus, Syria, February 8, 2016. To match Insight MIDEAST-CRISIS-SYRIA/PUTIN  REUTERS/Omar Sanadiki  EDITORIAL USE ONLY. NO RESALES. NO ARCHIVE

Halit Gülşən, "Al Jazeera"


Suriyadakı böyük hərbi zəfərlərinə baxmayaraq, Rusiya bu ölkədə çox az hərbi itki verib. Bunun ən mühüm səbəbi Rusiyanın Suriya sahəsində xüsusi təhlükəsizlik-hərbi şirkətlərdən istifadə etməsidir. Ancaq bunun üstünlükləri ilə bərabər, riskləri də mövcuddur.

Bu günlərdə Rusiyadan çox az rast gəlinən məlumat verildi. Müdafiə Nazirliyi Humsa gedən hərbi konvoya təşkil edilən uzaqdan idarəedilən mina hücumunda 4 rus əsgərinin öldüyünü və 2 nəfərin də yaralandığını aşıqladı.

Altı ildir davam edən Suriya müharibəsində 2015-ci il sentyabrın 30-dan bəri, yəni təxminən il yarımlıq hərbi müdaxilə dövründə Rusiya cəmi 28 hərbçisini itirib. Halbuki bu müddətdə Rusiyanın hərbi uğurları xeyli böyükdür.

Yaxşı, Rusiya bu qədər böyük əməliyyatda bu qədər az itki verməyi necə bacarıb?

Tartusda 1977-ci ildən bəri istifadə edilən baza Rusiyanın Suriyadakı ən mühüm hərbi zəfəridir. Bu məsələdə Suriya rəhbərliyi ilə imzalanan müqavilə çərçivəsində Tartus dəniz bazasının genişləndirilməsi, Rusiya gəmilərinin regional, milli sulara və Suriyadakı limanlara sərbəst girə bilməsinin önü açılıb. Beləcə, Rusiya donanması Aralıq dənizindəki daimi varlığı baxımından əhəmiyyətli bir baza əldə edib.

Rusiyanın hərbi zəfərlərindən biri də Xmeymimdə əldə edilən hərbi bazadır. Suriya ilə imzalanan və Rusiya hərbi hava qüvvələrinin Xmeymimdə müddətsiz olaraq cəmlənməsinə icazə verən müqavilə ilə Rusiya xeyli sayda döyüş təyyarəsini bölgəyə yerləşdirmək imkanı qazanıb. Bazadakı hərbi personala və ailələrinə diplomatik toxunulmazlıq verilib, rus əsgərlərinin Suriyaya girərkən sərhəd yoxlamasından keçməmək haqqı təmin olunub. Üstəlik, Rusiya Xmeymimə görə Suriyaya icarə haqqı da ödəməyəcək.

Rusiya bu hərbi uğurları qazana-qazana itkilər də verib. Mediada bu mövzuya dair xəbərlər çərçivəsində Suriyadakı hərbi əməliyyatlarda 28 hərbçinin həyatını itirdiyi məlumdur. Bundan əlavə, əməliyyatlar əsnasında Rusiyanın iki "Mi-8", bir "Mi-28H" və bir "Mi-35" tipli 4 helikopteri  İŞİD, "Su-24" tipli döyüş təyyarəsi isə Türkiyə döyüş təyyarələri tərəfindən sərhəd pozulması səbəbiylə vurulub.

Rusiyanın Suriya sahəsində bu qədər az hərbi itkin verməsinin səbəbi uzun illərdir Suriya rejiminə hərbi məsləhətçilik edən rus mütəxəssislərin ölkəni və sahə şərtlərini yaxşı bilməsi, bir bölgə, ya da şəhərdə tam təhlükəsizlik təmin edildikdən sonra fəaliyyətə başlaması və xüsusi təhlükəsizlik-hərbi şirkətlərdən istifadə edilməsidir.

Busırada isə Rusiyanın xüsusi təhlükəsizlik-hərbi şirkətlərdən istifadə etməsi müstəsna yer tutur. Xüsusilə 2008-ci ilin Gürcüstan müharibəsi, ardınca 2014-cü ildə Krımın işğalı və Şərq Ukraynada davam edən döyüşlərdə Rusiya xüsusi təhlükəsizlik şirkətlərini daha tez-tez istifadə etməyə başlayıb. Suriyada yalnız 28 əsgər itkisi verməsinin səbəbi də elə məhz budur.

Rusiyada 2008, 2012, 2013 və 2014-cü illərdə dörd qanun qəbul edilib. 2008-ci ilin "Silah qanunu" ilə "Qazprom", "Lukoil", "Transneft" kimi strateji əhəmiyyətə sahib şirkətlərin xarici nümayəndəliklərinə təhlükəsizliyin təmin edilməsi üçün silahdan istifadə etmə səlahiyyəti verilib.

2012-ci ildə iqtidardakı "Yedinaya Rossiya" Partiyası tərəfindən Dumaya təqdim edilən 288-FZ nömrəli qanun qəbul edilib. Həmin qanunla dövlət başçısı tərəfindən xüsusi hərbi şirkətlərə ehtiyat hərbi ünsür statusu verilib.

2013-cü ildə Dövlət Dumasının sədr müavini Aleksandr Mitrofanov tərəfindən təqdim edilən yeni layihə ilə xüsusi hərbi şirkətlərin hərbi avadanlığa sahib olmaları qanuni zəmanət altına alınıb.

2014-cü ildə də bənzər hüquqi aktların qəbulu davam edilib.

Rusiya prezidenti Vladimir Putin isə 2012-ci ildə etdiyi bir çıxışında xüsusi hərbi şirkətlərin ölkəsi üçün nə anlama gəldiyini bu sözlərlə ifadə edib: "Rusiyanın xüsusi hərbi şirkətləri – dövlətin birbaşa müdaxiləsi olmadan milli maraqlar istiqamətində lazım olanların tətbiqi üçün vasitədir".

Ukrayna və Suriyada sıx istifadə olunan xüsusi hərbi şirkətlərdən bəziləri Şərqi Ukraynadakı Rusiya tərəfdarları və Ukrayna ordusuna qarşı savaşda muzdlu döyüşçü, bəziləri isə Suriyada davam edən vətəndaş müharibəsinə peşəkar dəstəyin təminatını davam etdirir. "PMC Wagner", "Moran Təhlükəsizlik Qrupu", "Slavonic Corps", "Antiterror Təhlükəsizlik Şirkəti", "RSB Qrup", "Redut Xüsusi Birliyi" kimi xüsusi hərbi şirkətlər Suriyada ön cəbhədə döyüşürlər. Sözügedən şirkətlər arasında ən çox önə çıxan isə "PMC Wagner"dir.

Onun təsisçisi 2013-cü ilədək 2-ci Pskov diviziyasında vəzifə tutmuş polkovnik-leytenant Dmitri Utkindir.

Utkinin 2016-cı il dekabrın 9-da Kremldə təşkil edilən Ana Vətən Qəhrəmanları Günü tədbirində V.Putin tərəfindən medalla təltif edilməsi də məlumdur. Rusiya xəbər saytlarında "PMC Wagner"in Suriyadakı hərbi itkilərinə dair geniş məlumatlar var. Məsələn, 2015-ci ildə 26 cəsədin Suriyadan Sevastopol limanına gəmilərlə gətirildiyi yazılır.

Bu cür hərbi şirkətlərin istifadəsində risklər də var. Bu risklərin başlıcası isə xüsusi şirkət personalına nəzarətdir. Məsələn, "Slavcorps" şirkəti işçilərindən iki nəfər Suriyada bir əməliyyatda geri çəkilmək məcburiyyətində qalıb. Daha sonra Rusiyaya dönən həmin şəxslərin Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həbs olunması buna ən bariz nümunədir.

 

Tərcümə: Strateq.az 




Yuxarı Əvvələ Ana Səhifə