XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

30 Mart 2015 - 05:30

Milli Məclisin komitə sədri YAP-çıların övladlarına mənzil bağışlayıb!

«Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev YAP-ın nüfuzlu funksionerlərindən birinin oğluna 4 otaqlı mənzil, digərinin qızına isə biri 1+3 otaqlı olmaqla, iki mənzil bağışlayıb».

Strateq.az xəbər verir ki, bu məlumat Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin keçmiş müşaviri, iqtisad elmləri doktoru Bədirxan Musayevin prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya və ölkənin digər rəsmilərinə yazdığı və mətbuatda dərc olunan müraciətində yer alıb.

Strateq.az-ın əməkdaşı həmin YAP-çıların kimliyi ilə bağlı iqtisad elmləri doktoru, professor Bədirxan Musayevlə əlaqə yaradıb.

Professor deyib ki, bu faktlar dəqiq olsa da, hələlik YAP funksionerlərinin adını çəkmək istəmir:

“Mən, bu məlumatı Şəmsəddin Hacıyevin YAP Səbail rayon təşkilatına növbəti konfransadək sədr seçilməsi kontekstində yaydım. Bu gün də düşünürəm ki, yol verdiyi nöqsanlara görə cənab prezident tərəfindən rektor vəzifəsindən azad edilən elə bir adama YAP-da etimad göstərilə bilməz. Ancaq görünür, vaxtı ilə övladlarına çoxotaqlı mənzil peşkəş etdiyi bəzi YAP funksionerləri indi onun borcunu vermək niyyətindədirlər. Bəli, həmin mənzillər hədiyyə olunan vaxtı, mən, Şəmsəddin Hacıyevin müşaviri və universitetin əməkdaşları üçün tikilən kooperativ bina üzrə yaradılan komissiyanın sədri olduğumdan, bu faktları dəqiq bilirəm. Hələlik həmin YAP-çılar və onların övladları haqda danışmaq istəmirəm. Amma əlaqədar qurumlara bu faktla bağlı izahat verməyə hazıram”.

Strateq.az bu ittihamla bağlı Şəmsəddin Hacıyevin də mövqeyini dinləməyə hazırdı.




Yuxarı Əvvələ Ana Səhifə