XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2015 - 05:54

Sabiq deputatdan gömrük generallarına sərt ittiham – Siyahı
Sabiq millət vəkili Gültəkin Hacıbəyli “Facebook” səhifəsində “qiymət oyunu” ilə bağlı maraqlı status paylaşıb.
Strateq.az həmin statusu olduğu kimi təqdim edir:
“Dostlar, bilirsinizmi Azərbaycana xaricdən idxal olunan və bir kiloqramını 15-20 manata aldığımız qoz, fındıq, badam gömrükdən hansı qiymətə ölkəyə daxil olur? Bilmirsinizsə, Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi məlumatı ilə siz də tanış olun və bilin!
Qiymətlər ABŞ dolları ilə hesablanıb:
qabığı təmizlənmiş badam – 0,49;
banan təzə qurudulmuş – 0,92;
qabığı təmizlənmiş qoz-0,97;
qurumuş qara gavalı – 0,45;
qurudulmuş üzüm -0, 52;
qurudulmuş ərik – 0,50;
qabıqlı badam – 0,55;
keşyu fındığı -0,46;
təzə heyva – 0,31;
hind qozu -0,61;
şabalıd – 0,49;
püstə – 0,99;
kartof- 0,06.”
Qeyd edək ki, bu siyahıda göstərilən rəqəmlər rəsmi rəqəmlərdir. Ekspertlərin dediyinə görə,gömrükdən ölkəyə idxal olunan məhsullara görə qeyri-leqal rüsumlar alınır.