XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 10:29

Müdafiə Nazirliyi: “Düşmən mövqelərimizə basqın etdi, ağır döyüş toqquşması var” –Cəbhədə gərginlik

cebhe-1

Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Bu barədə Strateq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular  və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək, onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb:

"Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir. Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir".




Yuxarı Əvvələ Ana Səhifə