XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 11:22

Ağ Ev “Sepah”ı terrorçu elan etməkdən niyə çəkinir? –"Reuters" Pentaqonun xəbərdarlığını açıqladı

Iran's Revolutionary Guard troops march in a military parade marking the 36th anniversary of Iraq's 1980 invasion of Iran, in front of the shrine of late revolutionary founder Ayatollah Khomeini, just outside Tehran, Iran, Wednesday, Sept. 21, 2016. Iran's chief of staff of the armed forces said Wednesday a $38 billion aid deal between the United States and Israel makes Iran more determined to strengthen its military.(AP Photo/Ebrahim Noroozi)

Ağ Ev İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terrorçu elan etməyə tərəddüd edir.

Strateq.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, İİKK-nin ("Sepahe pasdaran") ABŞ və Avropa ölkələrində terror təşkilatları siyahısına daxil edilməsinin nəticələri barədə Pentaqonun xəbərdarlığını aldıqdan sonra Ağ Ev bu planı həyata keçirmək istəmir.

Ağ Evdəki məlumatlı mənbələr "Reuters"ə bildiriblər ki, İslam İnqilabı Keçikçilərinin terror təşkilatı siyahısına salınacağı şübhəlidir.

Mənbənin sözlərinə görə, müdafiə və kəşfiyyat rəsmiləri Ağ Ev administrasiyasını bu addımın doğuracağı nəticələr barədə xəbərdar ediblər.

Anonim qalmaq istəmiş mənbə deyib: "Bunun ediləcəyi təqdirdə, hər hansı bir problemlə bağlı İranla dialoq üçün imkanlar və əlavə həll yolları qalmayacaq. Həmçinin aradakı müşküllərin diplomatik yolla ləğv edilməsi və nüvə sazişinin həyata keçirilməsi çətinləşəcək".

Avropa kəşfiyyatı rəsmilərindən biri "Reuters"ə bildirib ki, əgər Ağ Ev, nəhayət, bu planı icra eləsə, hər şeylə bərabər, Vaşinqtonun İŞİD-ə qarşı mübarizəsində də problemlər yaranmış olacaq.

Donald Tramp hələ bir müddət əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı siyahısına daxil edilməsi, İranın hüquqi və fiziki şəxslərinə qarşı yeni sanksiyalar paketini hazırlamaq barədə göstəriş verib. Bu paketin cari ayda açıqlanacağı və icrasına başlanıcağı gözlənilirdi. Ağ Evdəki mənbələr layihənin hələ də nə zaman elan ediləcəyinin məlum olmadığını bildirirlər.

"Reuters"in layihə ilə bağlı Ağ Evə göndərdiyi rəsmi sorğu da cavabsız qalıb.

İranın təkziblərinə baxmayaraq, neçə illərdir ki, rəsmi Tehran, Vaşinqtonun terrorçu qruplara sponsorluq edən ölkələr siyahısındadır və buna əsaslanaraq İslam Respublikasına qarşı sanksiyalar tətbiq edilib.

"Reuters" vurğulayır ki, Rusiya səfiri ilə əlaqələri ucbatından istefa vermək məcburiyyətində qalmış ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçi Maykl Flinnin istefa səbəbləri də Trampın anti-İran siyasəti və İranın strategiyasıdır.

Lakin hələ onun istefasına qədər İİKK-ni terrorçu təşkilatlar siyahısına daxil etməklə bağlı Pentaqon, habelə Amerika və Avropanın kəşfiyyat xidmətləri hazırlıq vəziyyətinə gətirilib.

Səlahiyyətli şəxslər, həmçinin xəbərdar ediblər ki, nəzərdən keçirilən təklif İran prezidenti Həsən Ruhaninin hakimiyyətini sarsıdır və onun tənqidçilərini güclənidirir. O, həmçinin Amerika və Avropa arasında nüvə sazişinin icra prosesində mübahisə yarada bilər.

Avropa kəşfiyyat rəsmisi "Reuters"ə məlumat verib ki, onun amerikalı həmkarının iddiasına görə, İranla bağlı layihənin hazırlığı dayandırılıb.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə