XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Fevral 2017 - 16:47

Pentaqona verilən möhlət bitdi:bu həftə Trampa İŞİD-lə mübarizə planı təqdim olunacaq - Təhlil

636237277271098062-AFP-AFP-LV2SZ

Cim Maykls

"US Today" 

 

Pentaqon bu həftə İŞİD-ə qarşı müharibənin sürətləndirilməsi üçün Ağ Evə öz planlarını təqdim edəcək. Bu, prezident Trampın seçki kampaniyası dönəmində dediyi cari strategiyanı dəyişdirmək və qlobal terror qrupunu əzmək istiqamətində ilk addımı olacaq.

Bəzi analitiklərin fikrincə, "əsaslı təmir" əvəzinə, hərbi rəhbərlər, güman ki, bombardmanları genişləndirmək və quru hərəkatı tempini sürətləndirməklə bağlı düzəlişlər təklif edəcəklər.

Pentaqon, böyük ehtimalla, İraq və Suriyada terrorçulara qarşı mübarizədə yerli ehtiyat qüvvələrdən istifadəyə dair hazırkı siyasətə üstünlük verəcək. Çünki D.Tramp bölgəyə Amerika qoşunlarının göndərilməsi haqqında bədbin rəyini bildirib.

"Bu mövqe dəyişməyəcək", – Amerika Sahibkarlıq İnstitutunun analitiki Maykl Rubin deyib.

Müharibə Araşdırmaları İnstitutunun analitiki Cennifer Kafarella deyir: "Yeni təklif, yəqin ki, "İslam Dövləti"nə dair Obama administrasiyası strategiyasının "supersizing"ini ("super miqyaslılıq") təşkil edəcək".

Pentaqon rəsmiləri Ağ Evə təqdim olunmazdan əvvəl planın detallarını müzakirə etməkdən imtina edib. Qərargah Rəisləri Komitəsini sədri general Cozef Danford yalnız bunu bildirib ki, plan prezidentin nəzərdən keçirəcəyi "variantlar"dan ibarətdir.

Ötən ay Tramp İŞİD-i məğlub etmək üçün plan hazırlamaqdan ötrü Pentaqon və müdafiə naziri Cim Mattisə 30 gün möhlət verib. Seçki kampaniyası dövründə o, terrorçulara sədd çəkə bilmədiyinə görə Obama administrasiyasını dəfələrlə tənqid edib.

Pentaqon "DAEŞ" ya da "İŞİD" kimi tanınan "İslam Dövləti"nə qarşı strategiyaya mübarizəni güclənəcək bir sıra düzəlişlər tövsiyə edə bilər. Məsələn, analitiklərin sözlərinə görə, İraq və Suriyada yerli quru qüvvələrə dəstəyi artırmaq üsullarını və silahlı qüvvələrdən istifadədənin məhdudlaşdırılması.

"Cari proses çərçivəsində bəzi hava hücumları üçün təsdiq həftələrlə çəkə bilər. Mülki əhali arasında itkilərin məhdudlaşdırılmasına dair Obama administrasiyasının qaydaları beynəlxalq hüququn tələblərindən kənardır", – C.Kafarella bildirib.

"Tramp itkilərlə bağlı kifayət qədər narahat olmaq niyyətində deyil", – M.Rubin deyib.

Pentaqon İraq və Suriyadakı yaxın döyüşlərdə kiber və kosmik silahlardan silahlardan geniş istifadəni, əlavə ABŞ hərbi məsləhətçilərinin yerləşdirilməsini tövsiyə edə bilər. Lakin hazırda özlərini ifşa etməmək üçün onlara ön xətdən uzaqda durmaq və ümumiyyətlə hərbi əməliyyatların getdiyi yerdən kənardakı qərargahlarda oturmaq əmr edilib.

Sabiq prezident Barak Obama İraq və Suriya üçün səfərbər edilən qoşunları ciddi şəkildə məhdud sayda gətirib və hərbi qərarlar verməni Ağ Evlə yetərli edib. M.Rubinin fikrincə, Tramp güman ki, əməliyyatlarda generallara daha çox səlahiyyətlər verəcək.

"Birləşmiş Ştatlar Suriyada "İslam Dövləti" ilə mübarizə aparan kürd qüvvələrə birbaşa dəstəyi nəzərdən keçirə bilər", – M.Rubin bildirib. – Kürdlər "İslam Dövləti"nə qarşı təsirli döyüşçülər olub, lakin ABŞ Türkiyəyə müxalifliyindən onları silah-sursatla birbaşa təmin etməyib. Türkiyə hökuməti Suriyadakı kürdlərin müstəqillik üçün mübarizə apan Türkiyədaxili qruplara bağlılığından ehtiyatlanır".

Pentaqonun planı Maliyyə Nazirliyi, dövlət idarələri, habelə digər orqanlarla koordinasiyada hazırlanıb. İraq və Suriyadan kənarda "İslam Dövlət"inin təsiri altında olan Şimali Afrika, Yəmən, Əfqanıstan və digər yerlər də nəzərə alınıb.

Birləşmiş Ştatlar "İslam Dövləti" ilə mübarizədə ərəb və kürd qüvvələri ilə məsləhətləşərək, Suriyaya təxminən 500 əsgər yerləşdirib. İraqda təxminən 5 min ABŞ hərbçisi təlim-məsləhət verir və İraq silahlı qüvvələrini dəstəkləyir.

Pentaqon elan edib ki, Ağ Evə təqdim edəcəyi plan geniş strateji icmal olacaq və özünə hərbi qüvvələrin sayı barədə tövsiyələri daxil etməyəcək. Cari strategiya Suriya və İraqda "İslam Dövləti" nəzarətində olan ərazilərin geri alınmasında müəyyən uğurlar göstərdiyi üçün Pentaqonun yeni təklifi daxilində Ağ Evə təqdim olunacaq.

ABŞ-ın dəstəklədiyi İraqın hərbi qüvvələri Mosul şəhəri uğrunda döyüşün son mərhələsində beynəlxalq hava limanı və şəhərin qərb tərəfindəki bəzi məhəllələri terrorçulardan təmizləyib. Ötən ay şəhərin şərq tərəfində İraq hökuməti tərəfindən azad elan edilib.

Suriyada koalisiyanın dəstəklədiyi qüvvələr Raqqaya – "İslam Dövlət"nin paytaxtına hücuma hazırlaşır.

Bəzi analitiklər Trampı "İslam Dövləti"nin yüksəlməsinə, sünnilər və şiələr arasında gərginliyə gətirib çıxaran regiondakı siyasi şəraiti dəyişəcək strategiyanın geniş nəzərdən keçirilməsini istəyir.

C.Kafarella deyir: "Əsas məsələ bu cür terror təşkilatının doğuran siyasi şərait  üzərində qalib gəlməkdir".

 

Tərcümə: Strateq.az