XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

28 Fevral 2017 - 11:21

Səudiyyə Ərəbistanının tövləsindən at oğurlamaq cəhdi –Bu, İsrailə nə verəcək? - Təhlil

saudi-israel

Ceki Hogi

"Jerusalem Post"

 

İsrail liderləri Səudiyyə Ərəbistanı və onların Körfəz üzrə qonşuları ilə əlaqələrin inkişaf etdirməyə eyham vururlar, lakin Səudiyyəlilər onların rəqibi İrandan daha az qeyri-səmimi və ya məkrli deyil.

Bu tapmacanın həllindən əvvəl hökumətin iki naziri ayrı-ayrılıqda İsrail ictimai fikri qarşısında Yaxın Şərqdə güc balansının cari reallığının dəyişəcəyinə dair maraqlı fikirlər səsləndiriblər.

İlk rəsmi – Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Yaxın Şərqdə İranın kəşfiyyat fəaliyyətinin əsas elementlərini geniş təsvir edən müdafiə naziri Aviqdor Liberman idi. Onun narahatlıq dolu sözləri İsrail ilə diplomatik əlaqələri olmayan üçüncü, uzaq ölkə bir ölkəyə ünvanlanmışdı. "Onlar hər yerdə xaos yaratmağa çalışır",  – deyən Liberman İranı nəzərdə tuturdu. "Və əsas hədəfi Səudiyyə Ərəbistanıdır".

İsrailin müdafiə naziri nə zamandan Səudiyyə Ərəbistanının qayğısına qalır?

Bu suala cavabı hökumətin digər üzvü, kəşfiyyat naziri İsrail Katz verdi: "Bəli, İsrail və Körfəz ölkələri arasında ətraflı müzakirə oluna bilməz əməkdaşlıq mövcuddur". Katz izah etdi: "Əməkdaşlıq xeyli dərəcədə təkmilləşdirilmiş olacaq, çünki bu, ABŞ-a lazımdır. İlk hədəfimiz İranın qarşısını almaq və onu bölgədən itələyib çıxarmaqdır".

Hər iki nazir haqlıdır: hazırda İranın İsrailə qarşı hərəkət etmə səyləri rekord yüksəkliyə çatır. Suriyada Əsəd rejiminin xilas etmədə öz uğurlarından həvəslənən iranlılar İsrailə "sakit müharibə" elan edib. Onların yanaşması ikiyönlüdür. Qəzzada onlar HƏMAS-ın hərbi qanadını silah və pul ilə təmin edir. Şimal sərhədində İsrail ordusunda döyüş itkilərinə səbəb olacaq dəqiq raket zərbələri üçün "Hizbullah"ın silah anbarlarını doldurmaqdan ötrü yorulmadan çalışırlar. İkinci Livan müharibəsindən təxminən on il sonra "Hizbullah" milli ordu ilə rəqabət aparan qüvvəyə çevrilib.

"İsrail müqavimətimizin qabiliyyəti barədə çox şeyi bilmir", – "Hizbullah" rəhbərinin müavini Naim Qasim ötən həftə bir televiziya müsahibəsində bildirib. "Bu qabiliyyətlər müxtəlif və İkinci Livan müharibəsi olandan daha yaxşıdır".

Təxminən iki il əvvəl İran Suriyanın Colan Təpələrində hətta üçüncü hərbi qərargah qurmağa çalışdı. İsrail-Suriya sərhədinə səfər edən İran hərbçiləri İsrailin hava hücumunda öldürüldülər. Liberman Münhen Təhlükəsizlik Konfransında deyib: "Bizim məşğul olacağımız üç problem var: İran, İran… və İran".

İran ictimai düşüncədə İsrailin fəal düşməni statusuna malikdir. Səudiyyəlilər, digər tərəfdən, mötədil imicə. Rəsmi Riyad həqiqətən İsraili düşməni elan etməyib və yəhudi dövlətinə zərər verməyə çalışan qrupları birbaşa dəstəkləmir. Lakin bu mənzərənin ağ-qara təsviri yanlışdır.

Səudiyyə rejimi Yaxın Şərqdə təxribatçı davranışda İrandan az iştirak etmir. Livanda onlar sünniləri və vəzifəli nümayəndələri olan baş nazir Səad Həririni dəstəkləyirlər. Onlar İranla müqayisədə, Beyrutda daha çox siyasi söz sahibidirlər. Yəməndə son iki ildə onlar şiə husilərə qarşı qanlı müharibə bataqlığında batıblar. Bu əsasən hava zərbələridir və tez-tez günahsız mülki qurbanlara səbəb olur.

İraqda lap əvvəldən onlar İran təsirinə əks olan "Əl-Qaidə"ni, Sadaam Hüseyn tərəfdarları və BƏƏS rejiminin qalıqlarından ibarət qrupları dəstəkləyirlər. Səudiyyəlilər əhalisinin əksəriyyəti şiələrdən ibarət olan "ikinci sinif"in İranın dəstəyi ilə sünni monarxiyaya qarşı çıxış etdiyi Bəhreyndə fəaldır. Səudiyyəlilər öz müttəfiqi, kral Həmad bin İsa Əl-Xəlifəni şiə müxalifətinə qarşı hərbi və kəşfiyyat xarakterli dəstəklə təmin edirlər.

Lakin son illərdə onların xarici fəaliyyəti milyardlarla dollar vəsaitin sərf edilməsi ilə Suriyada olub. Riyad həqiqətən Bəşər Əsədi devirmək üçün müharibənin əsas generatori idi. 2011-ci ilin yayında, vətəndaş müharibəsi başlamağa yaxın, Səudiyyəlilər nəticə olursa-olsun, Suriya rejimini devirmək qərarına gəlib. Bunu etmək üçün onlar Suriya əhalisi arasında özlərinə sadiq milisləri və fraksiyaları maliyyələşdiririr, silah və hərbi təlim ilə təmin edirlər.

İsrail yalnız özünü müdafiə etməyə kömək edə biləcək yox, həm də bunu etməyə borclu olan ölkələrlə gizli əlaqələr qurub. Bu sövdələşmənin bütünüklə Səudiyyə rejimi ilə qurulduğunu ehtimal etmək olar. Lakin bu əlaqələr İsraildə ictimai müzakirələrin bir hissəsi olmalıdır. Jurnalistlərin marağını təmin etmək ümçün deyil, Misirlə baş verən uğursuzluqlar kimi zərərin qarşısını öncədən almaq məqsədilə. 

Qırx il ərzində Təl-Əvivin Qahirə ilə münasibətləri heç vaxt inkişaf etmədi; bu münasibətlərin gələcək nəsillərə layiqli hədiyyə kimi xidmət edəcək əsl sülh sazişinə çevrilmədi. Bunun əvəzinə Misirlə münasibətlər zəif ittifaq olaraq qaldı. Həqiqət anında bu münasibətlər demək olar ki, dağıldı.

Səudiyyə Ərəbistanı ilə sülh sazişini müzakirə etmək hələ çox tezdir, lakin şübhəsiz, güclü demokratik dövlətin gələcəkdə buna ehtiyacı olan zalım rejimlə gizli əlaqələri olcaq. 

Səudiyyə Ərəbistanı yalnız mühüm hərbi və diplomatik güc deyil. Bu, qurulduğu gündən bu yana yaşamaq üçün mübarizə aparan regionun ən möhkəm rejimidir.

Biz strateji maraqların tam xəritəsini heç vaxt  bilməyəcəyik. Siz Səudiyyə Ərəbistanından bir at oğurlaya bilərsiniz, lakin onlar üçün bu, problem deyil, çünki eyni zamanda, sizin tövlədən oğurluq edəcəklər.

İrana qarşı ümumi düşmənçilikdən başqa, iki sadə insani ehtiyac da bizi yaxınlaşdırır: çətin anda kiməsə söykənmək və biznes potensialı. İsrail təkcə hərbi güc deyil, həm də texnoloji, kommersiya və diplomatik gücdür. İsrailə yaxın olmaq istəyən hökumətlərlə bərabər, ərəb siyasətçilər, iş adamları və digər şəxslər gizlicə buralardan keçilər. Hər kəs itirdiyini axtarır – biri iş icazəsi və ya qaçqın statusu, digəri kəşfiyyat əməkdaşlığı, üçüncü gələcək əlaqələr və milyard dollarlıq iş əqdləri üçün təməl.

Baş nazir deyir: "Ərəb dünyası ilə münasibətlərin  normallaşması və inkişafı fələstinlilərlə daha real və sabit sülhə nail olmağa kömək edə bilər".

Başqa sözlə, baş nazir Ramallahdan yan keçən sülhə yol açır. Bu yaradıcı düşüncə məhsulunun məqsədi İsraili nisbi regional təcriddən xilas etmək və ərəb boykotunu tarixə gömmək. 

Ər-Riyadın başçılıq etdiyi ərəb paytaxtlarında ideya rədd edilib. Fələstin dövlət başçısı Mahmud Abbas və ərəb liderləri arasında danışıqlarda ona sığorta verildi. "Biz sizi satmarıq". Onlar Fələstin probleminin həlli olmadan İsraillə sülh imzalamadan imtina etdi.

Niyə Səudiyyə Ərəbistanı, "mülayim" səltənət və sünni dünyasının lideri, tamahlandırıcı təklifdən qaçsın?

İsrail ilə sülh, təəssüf ki, Səudi Ərəbistanını maraqlandırmır. O, Birləşmiş Ərəb Əmirliklərindəki qardaşlarını düşünür. Onları iki ekzestensional təhlükə narahat edir: xaricdən – yaxın və təhlükəli İran; daxildən – ekstremist Islam.

Fələstinlilərin problemləri həll etməyən İsrail ilə sülh müqaviləsi bu iki düşmənə Səudiyyəlilər qarşı mübarizədə legitimlik verir. Səudiyyə üçün bu, yalnız baş ağrısı yox, real təhlükədir.

Əlbəttə, Təl-Əvivlə sülh etmək üçün onların imtinası üçün başqa bir səbəb də var. Xarici məlumatlara görə, Səudiyyəlilər və onların Körfəz qonşuları artıq İsraildən lazım olan hər şeyi əldə edirlər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə