XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 11:32

Bərzani “Co Baydenin layihəsi”ni yada salır –Türkiyəyə səfərin məqsədi - Təhlil

epa03188343 Turkish Prime Minister Recep Tayyip Erdogan (R) and Kurdistan Region President Massoud Barzani shake hands before their meeting in Istanbul, Turkey 19 April 2012. Barzani is in Turkey for a two day visit.  EPA/POOL

Ramin Hüseyn Abadian

"Mehr News"


İraq Kürdüstanının rəhbəri Məsud Bərzani Türkiyə rəsmiləri ilə görüşmək üçün bu ölkəyə səfər etdi. Türkiyəyə gəldikdən sonra o, prezident Ərdoğanla görüşdü.

Maraqlı məqam "Atatürk" hava limanında Türkiyə rəsmilərinin onu görünməmiş ehtişamla qarşılamaları idi. Bərzanini şərəfinə İstanbuldakı hava limanında Türkiyə və İraqın Kürdüstan Bölgəsinə aid bayraqlar yanaşı dalğalanırdı.

İndi "Başika"da türk hərbi qüvvələrinin qanunsuz yerləşdirilməsindən irəli gələn mübahisələr Türkiyə hökumətini İraq Kürdüstan Bölgəsi ilə daha sıx əlaqələr qurmağa vadar edir. Deyəsən, rəsmi Ankara qanunsuz tələbləri ilə Bağdad hökumətinə təzyiq göstərmək üçün İraq Kürdüstan ilə münasibətləri daha da möhkəmləndirmək niyyətindədir. Həm də Mosulun qərbində əməliyyatların başlamısından sonra bu istək güclənib.

Bundan əlavə, belə görünür ki, hazırda türk qüvvələri regiondan çıxmaq fikrində deyil. Rəsmi Bağdad diplomatik kanallarla türk əsgərlərinin "Başika"dan çıxmasını təkidlə tələb edib. Lakin Türkiyə hökuməti İraqın suverenliyini pozmadığını əsas gətirərək qoşunlarının hərbi düşərgəni tərk etməsini yubadır.

Türkiyə və Kürdüstan arasında əlaqələrin güclənməsi Ankaraya iqtisadi sahədə də mənfəət qazandırır. Bağdaddakı mərkəzi hökumət tərəfindən müəyyən edilən qaydalarının əksinə, Ərbil və Ankara xüsusilə neft sahəsində əməkdaşlığı gücləndirir.

Rəcəb Tayyib Ərdoğan İraqın Sincar şəhərində PKK-nın varlığından narahatdır. Şübhəsiz, Məsud Bərzaninin Ankaraya səfəri zamanı Türkiyə rəsmiləri ilə əsas müzakirə mövzularından biri də PKK olub.

Hər bir tərəf öz maraqlarına nail olmağa çalışır. İkitərəfli münasibətlərin gücləndirilməsi, şübhəsiz ki, Ərbil və Bağdad arasındakı fikir ayrılıqlarını gücləndirəcək. İraq hökumətindən daha çox maliyyə resursu tələb edən Kürdüstan Muxtariyyəti Türkiyə ilə iqtisadi əməkdaşlıq sayəsndə lazımi vəsaiti əldə edəcək.  

Lakin daha mühüm olan (nəzəriyyəçisi sabiq vitse-prezident Co Baydendir) Kürdüstanın İraq mərkəzi hökumətindən ayrılıb müstəqil olmasıdır.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə