XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2017 - 12:41

HDP-çilərin həbsdən azad edilməsi xahişi:bu, Ərdoğanı MHP dəstəyindən məhrum edə bilər - Təhlil

File Photo: Selahattin Demirtas, co-leader of the pro-Kurdish Peoples' Democratic Party (HDP), greets the crowd during a peace rally to protest against Turkish military operations in northern Syria, in Istanbul, Turkey, September 4, 2016. REUTERS/Osman Orsal/File Photo - RTX2RUA4

Amberin Zaman

"Al Monitor"

 

İraq Kürdüstan Bölgəsinin başçısı Məsud Bərzaninin Türkiyəyə səfərindən sonra mübahisələr qızışır.

Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş İraq kürd liderinin hazırda həbsdə olan Xalqların Demokratik Partiyası (HDP) rəhbəri Səlahəddin Demirtaş və digər millət vəkillərini azad etməklə bağlı prezident Rəcəb Tayyib Ərdoğana müraciət etməsini təkzib edib.

"Bu mövzular gündəmə gətirilməyib", – N.Kurtulmus iddia edib. O deyib ki, Bərzaninin Ərdoğanbaş nazir Binəli Yıldırım ilə görüşlərində regional sülh, Türkiyə və Kürdüstan Regional Rəhbərliyi arasında əməkdaşlıq, terror təşkilatlarına qarşı birgə mübarizə məsələləri nəzərdən keçirilib.

Amma yüksək vəzifəli bir kürd məmuru "Al-Monitor"a açıqlamasında  təsdiqləyib ki, Ərdoğan-Bərzani görüşündə Demirtaş və digər HDP-çilərin məsələsi qaldırılıb.

Bərzaninin HDP adından Ərdoğanla danışması barədə ilk olaraq İraq Kürdüstanının ən böyük mediası "Rudaw" məlumat verib.

"Rudaw" kürd siyasətçi Əhməd Türkə istinad edib: "Bərzani Türkiyə prezidentindən Demirtaş və onun dostlarının azad olunmasını xahiş edib".

Kürd Muxtariyyətinin sözçüsü Safin Dizayi şərhdən yayınıb.

Bərzani Türkiyəyə getməzdən əvvəl Almaniyanın "Frankfurter Allegemeine Zeitung" qəzetinə müsahibəsində kürd siyasətçilərin azad olunması çağırışı edib.

Onda niyə N.Kurtulmus xəbəri təkzib etsin ki?

Yəqin ki, Bərzaninin HDP üçün lobbiçilik etməsi onun Türkiyəyə səfərinin effekti ilə səsləşmir. Həm də bu səfər Ərdoğanın prezident səlahiyyətlərini artırmaq üçün 16 aprel referendumu ərəfəsində kürd seçicilərinə hesablanmışdı.

Ərdoğanın İraq kürdlərinə qucaq açması onlara göndərilən mesajdır: HDP və onun filialları barədə şiddətli tədbirlərə baxmayaraq, hökumət anti-kürd mövqedə deyil.

Hökumətin niyyətləri nə olursa-olsun, onun naümidcəsinə əyri yolla getdiyi görünür. Ərdoğan lazımi səsləri qazanmaq üçün sağçı-millətçilərə dayaqlanır. Lakin onların çoxu Bərzaninin qarşılanması zamanı hava limanında İraq və Türkiyə ilə yanaşı, İraq Kürdüstanı bayrağının qaldırılmasından hiddətlənib.

Ultramillətçi "Yeni Çağ" qəzeti Ərdoğana verdiyi dəstəyə görə MHP başqanı Dövlət Baxçalının ünvanına kinayəli atmacalar atıb. Millətçi dairələrdə ən çox oxunan bu qəzet həm də Ərdoğan üçün potensial təhlükə sayılan Baxçalının rəqibi, sabiq daxili işlər naziri Meral Akşeneri dəstəkləyir.

Kinayələr Dövlət Baxçalını yenidən millətçilərin etmidanını qazanmağa məcbur etdi. "Bu bayrağın Türk bayrağı ilə paralel qaldırılması rüsvayçılıqdır".

Parlamentdə millət vəkilləri qarşısındakı çıxışında Baxçalının qəzəbi aşıb-daşırdı: "Bərzani həbsdə olan HDP üzvlərinin azad olunmasına çalışır. O, PKK-ya dəstəyinə və şəhidlərimizin qanına görə hesab verməlidir. Türkiyə üçün qurduğu tələlərin hesabını ödəməlidir".

N.Kurtulmus kürd bayrağının qaldırılmasının qalmaqal olduğunu rədd etdi: "Hörmətli Bərzani hər dəfə Türkiyədə gələndə Kürd Regional Rəhbərliyi bayrağı, İraq bayrağı və Türk bayrağı, yəni hər üçü qaldırılır".

Bərzani bir daha gəlməyə bilər.

 

Tərcümə: Strateq.az