XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

03 Mart 2017 - 20:49

“Radioaktiv səfir”:ABŞ siyasətçiləri onun evində yediklərini indi qusmaq məcburiyyətində qalıb – Təhlil

03Kislyak-master768

Nil MakFarkuharPeter Beyker

"The New York Times" 

Sergey İvanoviç Kislyak, uzun müddətdir ki, Amerika Birləşmiş Ştatlarında Rusiya səfiri olan bir şəxs, Maykl Makfolun Rusiyaya ABŞ səfiri təyin olunmasından bir neçə həftə əvvəl, onu "bişirmək" üçün Ağ Evdən dörd məhəllə o yana, üçmərtəbəli möhtəşəm malikanəsində, füsunkar şam yeməyi verib. 

Cənab MakFol xatırlayır ki, bu, "qeyri-adi, unudulmaz şam yeməyi" idi. Rus mətbəxinin beş ləziz yeməyi və 50 qonaq. Onlar məhrəm adamlar idi: Obama administrasiyası üçün Rusiya siyasətinin formalaşmasında iştirak edən hökumət rəsmiləri, müdafiə və dövlət orqanlarının yüksək rütbəli əməkdaşları.

"Onun hökumət təmsilçilərimizlə hər cür əlaqələri necə inkişaf etdirməyə çalışmasına heyran qalmışdım", – M.MakFol 2011-ci ilin sonunda olmuş həmin şam ziyafətini belə xatırlayır. "Mən onun əyləncəli, lakin həmişə siyasi məqsədli ünsiyyət apara bilmə qabiliyyətinə valeh olmuşdum".

Cənab Kislyakın qurduğu şəbəkənin uğurları hazırda müzakirələrin mərkəzindədir və onu Vaşinqtonda ən görkəmli, "siyasi cəhətdən radioaktiv" səfirə çevirib. Prezident Trampın komandasındakı iki rəsmi şəxs – milli təhlükəsizlik üzrə məsləhətçi Maykl Flinn və iki əvvəlki gizli söhbəti etiraf etməyə nəhayət, vadar olmuş baş prokuror Ceff Seşns – cənab Kislyak ilə əlaqələr barədə daha səmimi olmadıqlarına görə istefa etmək məcburiyyətində qaldı.

Cənab Kislyak Trampın kürəkəni və hüquqşünas-məsləhətçisi Cared Kuşnerlə də keçişi əsnada bir araya gəlib.

Sovet dövründə böyüyüb-yetkinləşmiş 66 yaşlı peşəkar diplomat, cənab Kislyak, bu dramın qəhrəmanı kimi görünməyə bilər. O, onilliklər boyu Amerika rəsmiləri ilə qarşılıqlı əlaqədə olub və son doqquz ildə iri, sallaq buxağı, ürəyə yatan səmimi təbəssümü, mükəmməl ingiliscəsi, amma vurğulu tələffüzü ilə Vaşinqton səhnəsində Rusiyanın iddialı siyasətini müdafiə edən davakar bir aktyor olub.

Silahlara nəzarəti müzakirə etmək üçün "beyin mərkəzləri"nə dəvətlərdə o, Rusiyanın Ukraynaya müdaxiləsinə daim haqq qazandırır və bunu amerikalıların ikiüzlülüyü adlandırır, sonra müzakirə tərəfdaşına yanaşaraq, onu nahar dəvət edirdi.

"Heç də hamımız, özüm də daxil olmaqla, onun çox sərt üslubunu lazımınca dəyərləndirə bilmədik". Bunu Milli Maraqlar Mərkəzinin prezidenti və daha sıx Rusiya-Amerika münasibətlərinin tərəfdarı olan Dimitri Sayms deyib. Vaşinqtonda gəldikdən sonra cənab Kislyakın evindəki ziyafətlərdə D.Sayms da iştirak edib və müntəzəm olaraq səfiri öz mərkəzində keçirilən müzakirələrə dəvət edib. "Lakin biz tədricən, həqiqətən ölkəsinin mövqeyini ifadə edən bir şəxs kimi ona hörmət etmişik"

Ötən ilin aprel ayında Vaşinqtondakı "Mayflover" otelində yerləşən Mərkəzində xarici siyasətçiləri qarşılayan cənab Sayms S.Kislyakı Donald Trampla tanış edib. Cənab Tramp Mərkəzin dəvəti ilə tədbirdə çıxış edəndə, S.Kislyak ön sırada oturan dörd səfirdən biri olub. D.Sayms deyir ki, o zamanlar Alabama ştatının senatoru olan Ceff  Seşns da tədbirdə iştirak edib, lakin onun səfirlə söhbət etdiyini sezməyib.

Rusiya səfirliyi martın 2-də e-poçtla göndərilən sorğuya cavab vermədi, lakin keçən ilin noyabrında Stanford Universitetində çıxışı zamanı cənab Kislyak Amerika rəsmilərinin Rusiyanın seçkilərə müdaxiləsi haqqında iddialarını cavablandırıb. Səfir hökumətinin mövqeyini dəstəkləyib. O deyib ki, namizədlərin xarici siyasətlə bağlı çıxışları olan tədbirlərdə diplomatların iştirak etməsi təbiidir.

"Bu, normal diplomatik işdir. Respublikaçılar və demokratlar tərəfində olan insanları bilmək, anlamaq üçün gördüyümüz işdir, – deyib. – Mən şəxsən ABŞ-da uzun müddət çalışdığımdan onların demək olar ki, hamısını tanıyıram".

Hətta Rusiya siyasətinin bəzi tənqidçiləri S.Kislyakın D.Trampın ətrafındakı insanlarla tanışlığını təəccüblü hesab etmir. "Bu onun işinin bir hissəsi idi", – bunu ABŞ-ın Ukraynadakı sabiq səfiri, hazırda Brukinqs İnstitutunda çalışan Stiven Payfer bildirib. – Mən özü-özlüyündə bunda pis şey görmürəm, mən senator Seşnsın Kislyak ilə danışmaq üçün həmin yeri "qutu" kimi seçdiyini düşünmürəm".

Silahlara nəzarət üzrə ekspert Sergey Kislyak hələ sovet dövründə, 1985-1989-ci illərdə Moskva Mühəndis-Fizika İnstitutunun diplomu ilə Vaşinqtondakı səfirlikdə xidmət edib. O, NATO-da ilk rus nümayəndəsi və 1998-2003-ci illərdə Belçikada səfir olub. Moskvaya döndükdə isə düz beş il xarici işlər nazirinin müavini vəzifəsini tutub.

Tərcümə: Strateq.az