XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2017 - 01:17

“Fars körfəzində döyüş”:İranın əfsanəvi generalı barədə 140 min dollarlıq cizgi filmi çəkilib - Video

qasim-s-1

İranda general Qasim Süleymani barədə yeni annimasiya filmi çəkilib.

Strateq.az "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, 80 dəqiqəlik "Fars körfəzində döyüş" cizgi filminin rejissoru Fərhad Əzimidir.

Rejisssorun sözlərinə görə, bu, Hollivudun və Amerika siyasətçilərinin hədyanlarına cavabdır.

Cizgi filmi bahalı qrafikası və reklam kampaniyasının təşkili ucbatından 4 ilə çəkilib.

Annimasiya şousunun ulduzu Suriya və İraqda əməliyyatlara rəhbərlik edən İslam İnqilabı Keşikçiləri Korpusu "Qüds" qvardiyasının komandanı, general-mayor Qasim Süleymanidir.

"Fars körfəzində döyüş"ün çəkilişi beş milyard riala (140 min $) başa gəlib.

Rejissor F.Əzimi bu cizgi filmi ilə İranın müdafiə imkanlarını vurğulamaq istədiyini söyləyib. O deyib: "Düşmənin İrana qarşı bir güllə atəşinə belə, sərt cavab verəcəyik".

"Fars körfəzində döyüş"ün artıq Məşhəd şəhərində premyerası olub və bu həftə o, Tehranda nümayiş etdiriləcək.

Rejissor filminin Çin və Rusiya ekranlarına çıxarılmasına da ümid edir.

Xatırladaq ki, son dövrdə Fars körfəzi hövzəsində tez-tez ABŞ-ın 5-ci hərbi dəniz donanması və İran hərbi gəmiləri, katerləri arasında təhlükəli üzmələr baş verir.