XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 17:59

Rusiyanın Liviyaya dair düşüncəsi nədir? –Kremlin Yaxın Şərq siyasətində küt praqmatizm – Təhlil

RTS1158E-570

Vasili Kuznetsov

"Al-Monitor"

 

Liviyanın BMT tərəfindən dəstəklənən hökumətinin başçısı Fayez əl-Sərrac Rusiya diplomatları və vəzifəli şəxsləri ilə görüşmək üçün martın 2-3-də Moskvaya rəsmi səfər edib.

Rusiya Liviyada da səylərini gücləndirir və deyəsən, geniş regional kontekstdə bu, narahatlıq doğurur.

Belə bir məşhur fikir var ki, Rusiyanın xarici siyasəti, o cümlədən Yaxın Şərqdə planlaşdırma bəzən taktiki cəhətlərə görə qüsursuz ola bilər, lakin onda strateji düşüncə çatışmır. Bəzilərinin gümanına görə, Kremlin xarici siyasətində həmişə gözlənilməzlik mövcud olub.

Rusiyanın Yaxın Şərq marağının dirçəlişi Vladimir Putinin ikinci prezidentlik müddətinə (2004-2008) təsadüf edir və hakimiyyət iqtisadi inkişaf və ən müxtəlif iqtisadi əlaqələrə ehtiyaclı olduğundan bu fasilə xeyli uzun çəkib. 

2011-ci ildə o zaman prezident olan Dmitri Medvedev və baş naziri olan Vladimir Putin arasında Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1973 nömrəli qərarı barədə məşhur nifaq da Rusiyanın praqmatik mövqeyinə illüstrə ola bilər. Rusiya Təhlükəsizlik Şurasındakı səsvermədə bitərəf qaldı, beləliklə, diktatorun hamisi və münaqişədə iştiraçılıq obrazından qurtuldu. Eyni zamanda, İraqa ABŞ ziyanı nümunə göstərən V.Putin Qərbin siyasətini "yeni səlib yürüşü" adlandırdı.

Heç "Ərəb baharı" da Rusiyanı küt praqmatizmindən çəkindirmədi. Hətta 2012-13-cü illərdə Rusiyada ekstremist elan edilmiş "Müsəlman Qardaşlar"ın, Məhəmməd Mursinin Misirdə hakimiyyətdə olması da ən yüksək səviyyədə güclü ikitərəfli əlaqələri poza bilmədi.

Qərblə gərginliyin daha da güclənməsinə gətirib-çıxaran Ukraynadakı bədnam hadisələrdən sonra siyasət və təhlükəsizlik Moskva üçün iqtisadiyyatdan daha üstün olmağa başladı. Lakin özünün "Şərqə dönüş"ü istisna olmaqla, xarici siyasətində hər hansı aydın strategiya hazırlamaqda Moskva hələ ki, uğursuz olub. Hətta 2015-ci ilin sentyabrında Suriyada hərbi əməliyyatların başlaması belə, aydınlaşdırmadı ki, Moskva Birləşmiş Ştatların "Yaxın Şərq hegemonluğuna" son vermək istəyir, yoxsa sadəcə regionda Vaşinqtonla yarışır. Bu tapmacadır.

Strategiyanın yoxluğu, göründüyü kimi, hakim siyasi elitanın şüurlu seçimidir, onun qarışıq düşüncəsinin əlaməti deyil. Postmodern etibarlı strategiyanın yoxluğu ilə xarakterizə olunur. 

ABŞ və Avropanın Yaxın Şərqdə çoxsaylı uğursuzluqları əslində, 2011-ci ildə Liviyada etdiklərinin nə dərəcədə yanlış, mənasız və dağıdıcı olmasına qrafik illüstrasiyadır.

Buna görə də strateji məqsədlərin ləğvi dəyərlər, beynəlxalq siyasət prinsipləri və Rusiyanın dünyada yerinin yeni təhlilini tələb edir.

1999-ci ildə NATO-nun Yuqoslaviyanı bombardman etməsində sonra Rusiya siyasi isteblişmentində bəşəri dəyərlərdən öz maraqları naminə sui-istifadə edən Qərbə şübhə var. Keçmiş sovet dövründə kimi, kapitalist dünyanın riyakarlıq obrazı yaradılıb.

Lakin Rusiyadan üz döndərən Qərb liderləri ilə sonrakı qarşıdurma, habelə Rusiyanın Qərbin bir hissəsi yox, alternativ layihə kimi görülməsi zərurəti dünya siyasətində rus təcrübəsinə dair müzakirələrə gətirib-çıxardı. Bu müzakirələrdə yanaşma yeddi prinsipə əsaslanır: yalnız sabitlik təhlükəsizlik və inkişafı təmin edə bilər; inqilablar həmişə dağıdıcıdır; sabitlik güclü dövlət orqanları ilə təmin oluna bilər; təsisatlar xaricə bağlı ola bilməz; sosial-siyasi incinirinq səmərəsizdir; yalnız güclü suveren dövlət təhlükəsizliyi və inkişafı təmin edə bilər; dünya səhnəsində birtərəfli addımlar dağıdıcı təsirə malikdir; beynəlxalq hüquq davamlı dünya nizamı yaratmaq üçün yeganə vasitədir.

Rusiya əsasən Yaxın Şərqdə milli təhlükəsizlik maraqlarını həyata keçirir. Eyni zamanda, 2015-17-ci il hadisələri göstərdi ki, təhlükəsizliyini təmin etmək ehtiyacı beynəlxalq münasibətlərin yeni sabit regional sistemini doğura bilər.

Bu, Liviyada münaqişənin həllinə dair Moskvanın yanaşmalarını anlamağa imkan verir.

Rusiyanın Liviyada eksistensial maraqları ortaya qoyulmasa da, onun dörd əsas amilini vurğulamaq olar.

Birincisi, Moskva regionda sabitliyə yönəlmiş xətt yeridir. 

İkincisi, Rusiya-Misir münasibətləri Misirin regional mövqeyinin gücləndirilməsi ilə möhkəm ittifaq yaratmaqdan ötrü xüsusi tədbirlər tələb edir. Moskva iddia edir ki, zəif Misir Yaxın Şərqdə sabitliyi daha da pozacaq. Çünki tarixi, coğrafi və demoqrafik amillərlə bu ölkənin rolu müəyyən edilib. Liviya probleminin həllində Misirə yardım Qahirə rejiminin möhkəmləndirilməsi üçün vasitədir.

Üçüncüsü, gündəlik Rusiyanın Aralıq dənizi siyasəti və ölkənin Avropa İttifaqına üzv dövlətlərlə əlaqələrini əhatə edir. Məlumatlı mənbənin sözlərinə görə, Kremlə siqnallar verilib ki, qaçqınlardan əziyyət çəkən Avropa Rusiyanın Liviya işlərində fəal iştirakını istəyir və bu, Moskva-Brüssel əlaqələrini inkişaf etdirə bilər.

Eyni zamanda, Liviyada dost və ya sadiq rejim Dəməşq, Qahirə və Tripoli oxunun bir hissəsi kimi ortaya çıxa bilər.

Dördüncüsü, yeni bazarlar əldə etməyə çalışan Rusiyanın biznes-iqtisadi maraqları da nəzərə alınmalıdır.

Bütün bu amillər general Xəlifə Həftərin xeyrinə olmaqdan daha çox Liviyada Moskvanın maraqları ilə izah edilə bilər.

Yuri Barmin, Rusiyanın Yaxın Şərq siyasəti üzrə analitik, güman edir ki, Kreml X.Həftəri yeni polkovnik Müəmmər Qəddafi kimi qəbul edir. Lakin bu iki lider fərqlidir…

Liviyalı marshal Moskvadan daha çox Qahirədə müttəfiq kimi seçilib. Həftət "Müsəlman Qardaşlar" qarşı olan Misir prezidenti Əbdülfəttah əl-Sisi ilə ideoloji yaxınlığa malikdir və bu, onları Moskva üçün daha cəlbedici edir.

Lakin, bu o demək deyil ki, Rusiya Liviyadakı digər aktyorları görməmək niyyətindədir. Geniş konsensus üçün Suriya təcrübəsinə əsaslanaraq, Liviyada da vasitəçi kimi, Kreml regionun əsas oyunçuları olan Misir, Tunis və Əlcəzairi münaqişənin həllinə cəlb edə bilər.

 

Tərcümə: Strateq.az