XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 20:02

Ərdoğandan bəhs edən “Rəis” filmi:Dünyəviliklə dindarlıq arasında... - Təhlil

Premiere-des-Films-ueber-Erdogan-4

Melvin İnqlebi

"Middle East Eye"

 

Başqa bir pərəstişkarın israrı ilə onunla "selfie" çəkdirməzdən əvvəl türk aktyoru Reha Beyoğlunun alnındakı təri silməsi bir an çəkir. "Ulduz"un yetərincə nüfuzu var, buna görə də ancaq üzünə təbəssüm qondurur.

Pemyerası fevralın 26-da, prezident Rəcəb Tayyib Ərdoğanın 63-cü doğum günü olmuş son filmində – "Rəis"də R.Beyoğlu Ərdoğanın rolunu oynayır.

Lakin tənqidçilər üçün filmin premyera vaxtı daha bir mühüm tarixlə bağlıdır: aprelin 16-da Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçiriləcək və bu dəyişikliklər prezidentə geniş icra səlahiyyətləri verəcək.

Beyoğlu filmin referendumla bağlılığına dair istənilən mülahizəni rədd edir: "Bunun təbliğat filmi və ya bu kimi şeylərlə əlaqəsinə dair heç bir dəlil yoxdur. Bu, bioqrafik filmdir. Türkiyədə ən mühüm şəxsin həyatını göstərən zaman ssenaristlər yalnız öz fantaziyasından istifadə edə bilməz, biz reallığı göstəririk".

TukishCinema

Türk aktyor rolunu oynadığı şəxsə heyrandır: "Mən həqiqətən Tayyib Ərdoğanı sevirəm. Bir aktyor kimi, prezidentin rolunu oynamaq mənə təsviredilməz sevinc verir. Amma indi məsuliyyət də daşıyıram, çünki artıq onunla bağlıyam. Buna görə də əminliklə əlimdən gələni edəcəyəm ki, mənim səhvlərim prezidentlə bağlı olmasın".

"Rəis" – uşaqlıq dövründən başlayaraq İstanbulun bələdiyyə başçısı olduğu və 1999-cu ildə həbs olunana qədər Ərdoğanın həyat hekayətidir. Rejissor Hüdaverdi Yavuz iddia edir ki, hökumət onun filminə təsir etməyib və maliyyəni holland-türk iiş adamı Temel Kankiran ödəyib.

Diqqəti Ərdoğana çəkməkdən başqa, film bir tərəfdən, məzlum dindar əhali və digər tərəfdən, avtoritar dünyəvi dövlət arasında aydın fərqi vurğulayır.

Hərbçiləri uzun illərdir özlərini Mustafa Kamal Atatürk tərəfindən qurulan dünyəvi Türkiyənin qəyyumu kimi təsvir edir. 1960 və 1980-ci illər arasında Türkiyədə bir neçə hərbi çevriliş həyata keçirilib. Sonra, 1997-ci ildə ordu Türkiyənin ilk islamçı hökumətini istefa vermək məcburiyyətində qoyub.

İlk səhnələrin birində, biz 1950-ci illərdə dindar türklər arasında böyük populyarlıq qazanmış Türkiyənin baş naziri Adnan Menderesin ölüm xəbərinə ağlayan Ərdoğanın atasını görürük. Hərbi çevrilişindən bir il sonra Menderesi dünyəvi hərbçilər edam edib.

"Rəis" Türkiyədə din və dövlət arasında daimi mübarizəyə işıq salır. 

Ərdoğanın bir islami şeirə görə mühakimə olunduğu səhnədə də Menderesin adı yenidən xatırlanır.

Son uğursuz çevrilişin işığında Ərdoğanın tərəfdarları üçün bu səhnələrin əhəmiyyətini qiymətləndirmək çətindir.

"Hürriyet"in yazarı Əhməd Hakan "Rəis" filminin uğursuzluq səbəblərini açıqlayıb. O, filmin kassa yığa bilməməsinin amilləri arasında hakim Ədalət və İnkişaf Partiyasının (AKP) "Rəis"ə dəstəkçi olmamasını göstərir. Onun fikrincə, AKP filmin kassasını artırmaq üçün öz yerli təşkilatlari arasında səfərbərlik təşkil etməyib… 

Mərmərə Universitetində elmi əməkdaş Məsud Bostanın sözlərinə görə, "Rəis" aydın siyasi mesajın daşıyıcısıdır: "Amma özü-özlüyündə bu, Türkiyədə yeni bir şey deyil. Artıq 1960-cı illərdən etibarən türk kinosu siyasiləşib. Filmlərin məzmunu dəyişib. Bir müddət əvvəl, çarşaf geyinən qadın aktyorlar tez-tez şübhəli islamçıların rolunu oynayırdılar".

Məsud Bostan əlavə edib:""Rəis" reallığı şişirdir və eyni dərəcədə sadələşdirir. Söhbət Atatürkçü rejimdən getdikdə qeyd edilməlidir ki, bu dövrdə dövlət və vətəndaşlar arasında real münasibətlərdə daha çox mütəhərrik olub. Amma Atatürkçü rejim avtoritar kimi təqdim olunur".

Bostan deyir ki, filmdəki bəzi faktlar şübhəlidir. Məsələn, azanı ərəbcə oxuyan imamı əsgərin vurduğu səhnə. 1960-cı ildə baş verdiyi söylənən hadisə. Əslində, qadağa 1950-ci ildə ləğv edilib.

Osmanlı dövrü Türk kinosunun tarixə yenidən baxışının favoritidir. Məsələn, "1453" – korrupsiyalaşmış xristian Bizans üzərində nəcib müsəlmanların təntənəsi kimi təqdim edilir. Bu film Türkiyədə "hit" oldu. Televiziyalar, həmçinin Sultan Süleyman barədə "Muhteşem Yuzyıl"ın ("Möhtəşəm Əsr") uğuru ilə şöhrət nəsibini aldılar.

"Anadolu" agentliyinin məlumatına görə, bu film 70 müxtəlif ölkədə 250 milyon tamaşaçı toplayıb.

Məsud Bostanın rəyinə görə, Osmanlı dövrünə aid filmlər Türkiyədə siyasi güc vasitəsi ola bilər, lakin onları AKP siyasətinin sadə aləti kimi təsvir etmək sadəlövhlük olardı: "Bu film və seriallar AKP üçün əlverişli ideoloji iqlim yaratdı. Lakin cəmiyyətin əsl marağı olmadan, onların məşhurlaşması qeyri-mümkün idi".

Bununla belə analitik bədbin rəydədir: "On il əvvəl Osmanlı dövrünə yenilənmiş maraq demokratikləşmə prosesinin bir hissəsi idi. Uzun müddət Atatürkçü tarixçilərin aşağıladığı tarixin açıq müzakirələrinə  yol açırdı. İstehza ondadır ki, türk tarixinin kamalist versiyası kimi, indi də tarixin yeni variantı yaradılır". 

Erdogan campaign

Bunun gələcək üçün nəticələri var. AKP kampaniyasının son video-çarxında Osmanlı padşahlarının hikmətlərindən prezidentlik sisteminə keçid üçün referendumda səsvermədə bələdçi kimi istifadə olunur. Klip ötən ay Türkiyənin dövlət televiziyası TRT-də yayımlanıb və onu ictimai yerlərdə, məsələn, İstanbul metrosunda görmək mümkündür.

Kadrarxası səs söyləyir: "Həyat film deyil". Bu zaman ekranda Osmanlı süvariləri görünür və mehtər marşı səslənir. 

Ekranda Osmanlı sultanlarının bir neçəsinin təsviri peyda olur, Atatürkün surəti yox olan kimi, Ərdoğan peyda olur.

Bu videonun əsas mesajı türk kinematoqraflarına çoxdan məlumdur: "Tarixdən dərs almaq yaxşıdır, lakin həqiqətən vacib olan məsələ tarix yaratmaqdır".

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə