XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2017 - 11:52

Yaxın Şərq səhnəsində yeni era:Putin baş rolda ola bilər - Təhlil

Russian President Vladimir Putin (L) welcomes Israeli Prime Minister Benjamin Netanyahu during a meeting at the Kremlin in Moscow, Russia June 7, 2016. REUTERS/Maxim Shipenkov/Pool - RTSGEGA

Şlomi Eldar (İsrail) 

"Al-Monitor"


2016-cı il noyabrın 8-dən etibarən, Donald Trampın Birləşmiş Ştatların prezidenti seçilməsindən sonra Fələstinin xarici siyasətində maraqlı proses gedir. Fələstinlilər yeni beynəlxalq nizamı anlamağa çalışır, eyni zamanda, onlar da yeni dövr üçün planlar hazırlayırlar. Yeni prezidentin hər bir addımı öyrənilir və prezidentin hər bəyanatı onun real mənasını anlamağa çalışan məsləhətçilər və ekspertlər tərəfindən dərin təhlilə məruz qalır. Birlikdə, nəticələr çıxarır, hərəkət və təpki planlarının xəritəsini cızırlar.

Qərb Şəriyədəki Ramallah şəhərində yerləşən Fələstin prezidentinin qərargahında həyata keçirilən "beyin hücumu"nda bir mühüm operativ qərar çıxarılıb: ABŞ-ın himayəsi ilə 1993-cü ildə Osloda yaradılan israillilər və fələstinlilər arasında klassik danışıqlar formulu artıq keçmişdə qaldı. Anonimlik şərti ilə "Al-Monitor"a danışan Fələstin diplomatik mənbəyi deyib ki, bu nəticə Trampın iqtidara gəlişindən əvvəl də aydın idi, lakin indi yüzdə-yüzdür.

O deyib: "Artıq əlavə qüvvələr olmadan amerikalıların vadar etdiyi üçtərəfli İsrail-Fələstin danışıqları olmamalıdır". Mənbənin sözlərinə görə, oyunun qaydaları dəyişib. Maraqlar dairəsi genişlənib və istənilən danışıqlar ABŞ və Rusiyanın birgə rəhbərliyi və bir neçə ərəb dövlətinin cəlb edilməsilə beynəlxalq konfrans çərçivəsində həyata keçiriləcək.

Fələstin düşüncəsi iki əsas səbəbə əsaslanır: birincisi, İsrail baş naziri Binyamin Netanyahu və Fələstin Dövlətinin başçısı Mahmud Abbas arasında dərin etimadsızlıq və keçmişin acı qalıqları hər hansı ciddi dialoqa maneədir; ikincisi, beynəlxalq arenada dəyişikliklər davam edir. Bir tərəfdən, ABŞ-ın yeni administrasiyası oyunun dəyişən qaydalarını diktə edir; digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin artıq kənarda qalmır və İsrail-Fələstin münaqişəsinin həllində mərkəzi oyunçu olmağa maraq göstərir. Bu düşüncənin ilk göstəricilərindən biri Rusiyanın təşəbbüsü ilə keçən ilin dekabrında Moskvada sülh konfransı təşkil etmək niyyəti idi. Tədbir Netanyahunun etirazlarına görə baş tutmadı, indi Vaşinqton və Moskva arasında istiləşmə ilə əlaqədar ideya yenidən canlanır.

Netanyahu 2016-cı ilin iyununda Vladimir Putin ilə görüşdən sonra martın 9-da Moskvaya yollanır. Buna paralel olaraq, Moskva bu həftə may ayında Kremldə işgüzar görüş üçün Mahmud Abbasa dəvətnamə göndərib. İki ay fərqlə İsrail və Fələstin liderlərinin Moskvaya səfərləri təsadüfi deyil. Netanyahu fevralın 15-də Trmpla Ağ Ev görüşündən az sonra sonra Putinlə görüşəcək.

Mahmud Abbasın Moskvaya dəvət olunması rəsmən elan edildiyi zaman, fələstinlilər açıq-aydın sevindi. "Tramp bütün dünyanın görməsi üçün Netanyahunu bağrına basdıqda, Putin İsrailli "sağlar"ın köpüyünü partladacaq yeganə şəxsdir", – fələstinli mənbə bildirib.

Amerikan vasitəçiliyinə danışıqlara fələstinlilərin münasibətləri həmişə birmənalı olmayıb. Hər diplomatik addıma fələstinlilər şübhə ilə yanaşıb, İsrailin ən yaxın müttəfiqi olduğunu hər fürsətdə bəyan edən ABŞ-ın vicdanlı broker kimi ədalətli vasitəçiliyinə etimadsızlığı gündəmə gətiriblər. Hətta sabiq dövlət katibi Con Kerri tərəfindən maliyyələşdirilən 2014-ci ilin yazındakı sülh danışıqlarında, fələstinlilər iddia edirdi ki, amerikalılar ədalətli və balanslı olmağa cəhd etsələr də, onlar fələstinlilərdən daha çox İsrailin tələblərinə anlayışlılıq nümayiş etdiriblər.

Putin – başqa tavada bişən balıqdır. Həmkarım Arad Nirin martın 6-da "Al-Monitor"da yazdığı kimi, Rusiya prezidenti həmişə BMT Təhlükəsizlik Şurasında fələstinlilərin lehinə və İsrailə qarşı səs verib və bu rəy özü-özlüyündə fələstinlilərin ictimai fikrinə sakitləşdirici təsir göstərir. Netanyahu və Putin arasında sıx əlaqələrə baxmayaraq, İsrail heç vaxt Moskvanın müttəfiqi hesab edilməyib. Əgər İsrail-Fələstin arasında haçansa sülh müqaviləsi imzalanacaqsa, Fələstinin ictimai rəyi Rusiyanın himayəsi və zəmanəti ilə az şübhəli və kompromis üçün daha güzəştə meyilli olacaq.

Fələstinli diplomatik mənbənin sözlərinə görə, İsrail-Fələstin münaqişəsinin həllində Rusiyanın iştirakı əhəmiyyətli əlavə elementdir. Mahmud Abbasın ofisindəki "beyin hücumu"nun iştirakçıları bilir ki, Tramp həm İsrailə qarşı münasibətində, həm də ABŞ-Rusiya münasibətlərində dramatik dəyişiklik edib. "Bu bütün dünyada və şübhəsiz ki, Yaxın Şərqdə, israillilər və fələstinlilər arasında münaqişədə dramatik təsirə malik olacaq".

Fələstin rəhbərliyi acgözlüklə Moskva-Tramp əlaqələrinin monitorinqini aparır. Tramp, onların fikrincə, Putinin mövqeyi və təpkisini nəzərə almadan Yaxın Şərqdə hər hansı birtərəfli addım atmayacaq. Ramallah iddia edir ki, amerikalılar yalnız Rusiyanın mümkün təpkilərini ölçməyəcək, həm də ictimai və digər kanallar vasitəsilə gələcək hərəkətlərini koordinasiya edəcəklər.

Bir şey fələstinlilərə aydındır: Mahmud Abbas iki ay sonra Putinlə görüşmək üçün Moskvaya səfər edərkən, Rusiya liderinin artıq Tramp rəhbərliyi ilə koordinasiyalı İsrail-Fələstin münaqişəsinin çözümü üçün konkret planı artıq hazır olacaq.

Tramp seçiləndən bəri fələstinlilər sonsuz geosiyasi dəyişikliklər ilə məşğul olaraq uzun müzakirələr aparır. Onlar inarırlar ki, bu günə qədərki hərəkətləri uğuru sübut edib. Tramp ABŞ səfirliyini Tel-Avivdən Qüdsə köçürməyib və mübahisəli ərazilərdə məskunlaşma yerlərinin inşasını dayandırmaqla bağlı israillilərə sarı kart göstərib. Fələstinlilər son aylarda Trumpa çıxışı olan hər kəsi yanlarına cəlb edirlər. İndi onlar regionda sabirlik yaradan Rusiya prezidentinə çıxışı planlaşdırır. Putin artıq regional səhnədə baş rol ala bilər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə