XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 17:08

Körfəz ölkələri Suriyada baş verənlərə artıq barmaqarası baxır –Trampın yeni siyasəti və Rusiya ilə sövdələşmə imkanı - Təhlil

Secretary-General of the Gulf Cooperation Council (GCC) Abdullatif bin Rashid Al Zayani, Kuwait's Foreign Minister Sheikh Sabah al Khalid al Sabah, Qatar's Foreign Minister Khaled al-Attiyah, Oman's Foreign Minister Yusuf bin Alawi bin Abdullah, Saudi Arabia's Foreign Minister Adel al-Jubeir, Bahrain's Foreign Minister Khalid bin Ahmed Al Khalifa and UAE'S Foreign Minister Abdullah bin Zayed Al Nahyan (L-R) pose for a group photo during an extraordinary meeting in Riyadh January 9, 2016. REUTERS/Faisal Al Nasser - RTX21N84

Mona Alami

"Al-Monitor" 

 

Martın 3-də başa çatan Cenevrə toplantısından, prezident Bəşər Əsəd rejiminin nümayəndə heyəti ilə görüşdən sonra Suriya müxalifəti əndişəli görünür. Dekabr ayında Hələbin itirilməsi, yanvar ayında Qazaxıstanın paytaxtı Astanada Rusiya dəstəkli sülh danışıqlarına onsuz da kövrək olan üsyançı cəbhəsi daha da parçaladı və bu, Suriya münaqişəsində dönüş anı oldu.

Bununla bərabər, Suriya üsyançılarının əsas tərəfdaşı olan Körfəz ölkələri (Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri) müharibə ilə parçalanan ölkədə baş verən mühüm dəyişikliklə kənarda qalıblar.

Körfəz ölkələri Suriyadan imtina edəcəkmi?

Müharibə başlayandan bəri altı il ərzində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) Suriyada fəal idi. 2015-ci ilin oktyabrında, rejimə dəstək naminə Rusiyanın hərbi əməliyyatlara başlamasından bir ay sonra, Körfəz ölkələri "Azad Suriya Ordusu"ndan (ASO) tutmuş "Ceyş əl-Fəth"ə qədər Suriya üsyançı qruplarına hərbi dəstəyi artırdılar. Lakin hərbi dəstək yavaş-yavaş azaldı və bu, Suriyanın cənubundakı cəhbənin nisbi dondurulması və dekabr ayında Hələbin süqutundan da aydın görünür.

BƏƏ-dəki Delma İnstitutunun baş analitiki Məhəmməd Hineydi "Al-Monitor"a bildirib: "Yəmən münaqişənin başlanğıcı ilə deyəsən, Suriya Səudiyyə Ərəbistanı üçün prioritet kəsb etmir. Körfəz ölkələri Yəməndə daha çox resurs sərf edib. Çünki bu ölkə onların milli təhlükəsizliyi üçün daha böyük önəm daşıyır. Körfəz ölkələri baxımından, Suriyada münaqişə Səudiyyə Ərəbistanı üçün İranın təsiri kimi qəbul edilir və buna görə də məhdudlaşdırıcı tədbirlər görülürdü".

Körfəz ölkələrinin İranla rəqabəti 1979-cu ilin İslam İnqilabı ilə ortaya çıxdı. Çünki Səudiyyə Ərəbistanı İslam dini ilə bağlı legitimlik və liderlik mərkəzi hesab olunur.

"İranda islamçı, anti-monarxiyaçı, teokratik şiə inqilabının həyata keçməsi Səudiyyə Ərəbistanı və digər Körfəz dövlətlərini dərindən narahat etdi". Bunu Hüseyn İbiş deyib. O, Vaşinqtontondakı Körfəzin Ərəb Dövlətləri İnstitutunu (AGSIW) təmsil edir və bu "beyin mərkəzi"nin 2016-ci ildə nəşr olunan hesabatına əsaslanır.

Bundan əlavə, İranın yaratdığı və "tərbiyələndirdiyi" ərəb ölkələrindəki qeyri-hökumət aktyorları – "Hizbullah" və İraqda İslami Dava Partiyası – Körfəz ölkələri üçün birbaşa təhlükə hesab olunur. "Hizbullah" Körfəz dövlətləri tərəfindən Tehranın ekspansionist siyasətinə xidmət edən güclü vasitə kimi qəbul edilir. İordaniya kralı Abdullah İrandan İraq və Suriya ilə Livana yayılan "Şiə hilalı" yaradılmasına dair xəbərdarlıq edən ilk şəxsdir.

Suriyada etirazların başlanması və 2011-ci ildən gedən müharibə ərəb regionunda sabitliyi pozan əsas amil sayılır. Bunun nəticəsində İran Əsəd rejimini möhkəmləndirdi, Levant bölgəsində gücləndi, əsasən İraq, Livan, Əfqanıstan və Pakistan şiələrindən ibarət 20 min xarici döyüşçünü regionda yerləşdirmə imkanı qazandı. "Bloomberg" BMT-nin vəzifəli şəxsləri tərəfindən aparılan qiymətləndirmələrə görə, İranın Suriyada əhəmiyyətli investisiya – illik 6 milyard $-a malik olduğunu qeyd edir.

Rusiyanın hərbi rezervləri isə 2016-cı ildən başlayaraq maliyyə xərclərini doğruldub.

Rejim üsyançıları Hələbdən çıxartmaqla bərabər, Zabadani və Madaya, Mintaqat Cizan kimi Dəməşq ətrafı yaşayış məntəqələrində də vəziyyəti nisbi nəzarətə alıb.

Səudiyyə Ərəbistanının Suriyada, İranın təcavüzkar mövqeyi qarşısında geri çəkilməsi regionun müxtəlif oyunçuların fərqli fikirləri və prioritetləri ilə izah edilə bilər. AGSIW-in hesabatında deyilir: "Suriya əsas regional güc olaraq İran statusunu təsdiqləyir. Əsəd rejiminə qarşı üsyanla Tehran bu mühüm aktivdən məhrum edilə bilər. Suriyanı regional rəqabət mərkəzi edən də məhz bu amildir".

Lakin Səudiyyə Ərəbistanı və Körfəz ölkələri üçün Yəmən birbaşa strateji təhlükə kimi qəbul edilir. "Yəmən mühüm döyüş meydanı olaraq görülür. Çünki o, Körfəz dövlətlərinin qonşuluğunda yerləşir və coğrafi, mədəni, siyasi və strateji planda Səudiyyə Ərəbistanı üçün xüsusilə vacibdir", – deyə dubaylı müstəqil ekspert Əbdülxaliq Abdulla "Al-Monitor"a bildirib.

Suriya Körfəz üçün problem təşkil etsə də, onun nəticələri terrorizm səviyyəsində nəzarətə alınır. "Səudiyyə Ərəbistanında 18 terror hücumu olub və terrorçuların səkkizi edam edilib, digərləri fəaliyyətini dayandırıb," – Körfəz Araşdırma Mərkəzində təhlükəsizlik eksperti Mustafa Alani deyib.

"Hələbin rejim qüvvələri tərəfindən ələ keçirilməsi Körfəz ölkələri tərəfindən Suriya müxalifətinə misilsiz zərbə kimi qəbul edildi", – analitik Delma Hineydi izah edir.

Türkiyənin möhkəm anti-Əsəd münasibətində dəyişiklik, ən azı açıq şəkildə, Körfəz dövlətləri üçün əlavə problem yaradır. Türkiyə və Rusiya avqust ayında razılaşdılar: Ankarada rejimə laqeyd yanaşacaq, Moskva Türkiyənin "Fərat qalxanı"na "yaşıl işıq" yandırır. Bu əməliyyat yalnız "İslam Dövləti"nin gücünü sarsıtmadı, həm də gələcək müstəqilliyinə yol aça biləcək Hasakah, Kobani və Afrin – üç kürd kantonunun birləşdirmək istəyən kürdlərin ambisiyalarına ciddi zərbə endirdi.

Ankaranın tam dəstəyi olmadan GƏŞ ölkələri üsyançılara hərbi dəstək vermək iqtidarında deyil. Çünki Türkiyə sərhədi Suriyanın şimalında yeganə təchizatı marşrutudur.

"Buna baxmayaraq, Türkiyə ilə yaxın koordinasiya və danışıqlar hələ də davam edir", – Ə.Abdulla bildirib.

Analitik Mustafa Alaninin fikrincə, Türkiyə və GƏŞ arasında anlaşma var. Hər ikisi İran və İraqın silahlı könüllülərini Türkiyə və KƏŞ üçün təhdid hesab edir.

Bu və digər hadisələr Suriya müxalifətini təcrid durumunda qoyur və daha da zəiflədir. Suriyada baş verən demoqrafik dəyişikliklər, şimal ərazilərində, Dəməşq regionunda və Hələbdə artıq yıpranan müxalifətə təzyii artır. Artan toqquşmalar mövcud qrupların parçalanması və yeni qrupların yaranması ilə nəticələnir. "Cəbhət Fəth əl-Şam"ın hərbi rəhbəri Əbu Məhəmməd əl-Qolani fevralın sonunda Cenevrə danışıqlarında müxalifətin iştirakını pislədi və müxalif qrupları yeni hücumları başlamağa səslədi.

Hineydi deyir ki, "bir-birinə qarşı mübarizə aparan üsyançı qrupların çoxu ekstremist təşkilatlardır. Bu yaxınlarda İdlibdə "Təhrir əl-Şam" "Cəbhət Fəth əl-Şam" [əvvəllər “əl-Qaidə”yə bağlı “Nusra”] ilə döyüşüb. Körfəz ölkələrinin bu iki təşkilat arasında mübahisənin həllinə maraqlı olması ehtimal edilmir. Bir sözlə, heç bir ölkə müxalif qruplara hər hansı təzyiq göstərmir, əlbəttə, bu qruplardan hansısa biri həmin ölkələrin birbaşa müştərisi deyilsə…"

Beləliklə, KƏŞ ökələri tezliklə vəzuyyətin dəyişməsi mümkün olmayan Suriya ilə bağlı unutqanlıq mövqeyi tutub. Bu mövqe həm də Suriyada təhlükəsiz zonaların yaradılması niyyətində olan ABŞ prezidenti Donald Trampın vədləri ilə bağlı Körfəz ölkələri tərəfindən qəbul edilən gözləmə yanaşması ilə bağlıdır.

Ərəb ölkələri münaqişənin beynəlxalq səpki almasını nəzərə alaraq, Rusiyaya vasitəçilik təklif edə bilər. "İrandan fərqli olaraq, Rusiya məzhəbçiliyi müdafiə etmir. Onun məqsədi  Körfəz ölkələrinin istədiyi dünyəvi dövlət qurmaqdır. Rusiya Suriyada təhlükəsizlik infrastrukturunun yaşamasını təmin etmək üçün ərəb maraqları ilə uzlaşmanı təmin etmək istəyir", – M.Alani deyib.

Odur ki, Körfəz ölkələri iki amilə əsasən gözləmə mövqeyi tutub: Suriya ilə bağlı Trampın yeni siyasəti və Rusiya ilə sövdələşmə imkanı.

 

Tərcümə: Strateq.az