XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2017 - 19:30

Çin İran və Türkmənistanda güclənir –Asiya nəhəngi tezliklə Qafqaz və Aralıq dənizi bölgəsinə də nüfuz edəcək - TƏHLİL

_87864272_87864271

Ceyms Dorsi, 

Racatnama adına Beynəlxalq Tədqiqatlar Məktəbinin baş elmi əməkdaşı, Vürzburq Universiteti Fan-mədəniyyət İnstitutunun həmdirektoru, Yaxın Şərqə dair bir neçə kitabın müəllifi.

"Huffington Post" (ABŞ)

 

Bu həftə ABŞ Ticarət Nazirliyi Çinin ən böyük telekommunikasiya avadanlığı istehsalçılarından biri olan "ZTE"yə sanksiya tətbiq etdi və "ZTE"nin çinli rəqibi "Huawei"yə qarşı istintaqa başladı. Həm də Səudiyyə kralı Salmanın Asiya turu çərçivəsində Çinə səfəri ərəfəsində.

Kral Salmanın səfəri iqtisadi və hərbi əlaqələrin möhkəmləndirilməsi və Səudiyyə Ərəbistanının İrandan daha çox faydalı regional müttəfiq olduğunu Çinə inandırmaq məqsədi daşıyır.

İran, eləcə də Şimali Koreya ilə əlaqədar ABŞ sanksiyalarının pozulması ilə bağlı iki Çin şirkətinin cərimələnməsi və istintaqın başlaması Tramp administrasiyasının İslam Respublikasına qarşı sərt mövqe sərgiləyəcəyinə siqnaldır. "ZTE" ABŞ-da hazırlanmış elektronikanın İrana satması ittihamını qəbul edib və 1,19 milyard dollar cərimə ödəməyə razılaşıb.

ABŞ ticarət naziri Uilbur Ross bildirib: "Biz dünyanı xəbərdar edirik – oyun bitdi. İqtisadi sanksiyalar və ixraca nəzarət qanunlarımıza məhəl qoymayanlar cəzasız qalmayacaq – onlar sərt nəticələrdən əziyyət çəkəcək".

"ZTE" qalmaqlından sonra və kral Salmanın gəlişindən bir neçə gün əvvəl Çinin xarici işlər naziri Vanq Yi ölkəsini Səudiyyə Ərəbistanı və İranın dostu kimi dəyərləndirib. Cənab Vanq iki dövlət arasında vasitəçilik rolunu oynamağı təklif edib.

Səudiyyə Ərəbistanı və İran arasında qlobal rəqabəti nəzərə aldıqda, uğurlu vasitəçiliyə ümid azdır. Krallıq əmindir ki, İrana qarşı sərt ABŞ siyasəti onun pəncərəsini genişləndirəcək. "ZTE"-nin cərimələnməsi isə gələcək ABŞ-Çin ticarət danışıqları üçün pis nəticələrə səbəb ola bilər.

İranla uzun tarixli hərbi əlaqələrə baxmayaraq, Çin keçən il krallıqla əməkdaşlığı təkmilləşdirmək təklifini qəbul edib. "Çin Səudiyyə Ərəbistanı ilə hərbi əlaqələri yeni səviyyəyə çıxarmaq istəyir", – deyə Çin müdafiə naziri Çanq Vanquan Səudiyyəli həmkarı vəliəhd-şahzadə Məhəmməd bin Salmana keçən ilin avqustunda bildirmişdi. İki ay sonra hər iki ölkənin xüsusi antiterror qüvvələri birgə təlimlər həyata keçirdi.

Birgə təlimlər və Səudiyyə Ərəbistanının ABŞ sanksiyalarına ümidləri 2016-ci ildə Yaxın Şərq səfəri zamanı Çin prezidenti Zi Cinpinqin İslam Respublikasına tərəf "əyilməsi"nə əks-dəlillər idi.

İranın strateji üstünlüyü Avrasiyanın enerji landşaftının gələcək arxitekturasının formalaşdırmasında qlobal rəqabətdəki kimi, heç yerdə bu qədər daha aydın görünmür. Ekspert Maykl Tançum iddia edir ki, Səudiyyə Ərəbistanından fərqli olaraq, İran transkontinental, infrastruktura yönəlik "Bir qurşaq – bir yol" təşəbbüslərinin uğurlu olmasında aparıcı rolu oynayır.

biryol-birqursaq

2015-ci ildə nəşr olunan bir araşdırmada M.Tançum iddia edib ki, məhz Səudiyyə Ərəbistanından yox, Xəzər dənizi dövlətləri olan İranTürkmənistandan qaz ixracı marşrutları gələcək Avrasiya enerji arxitekturasının hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edir: Çin – dünyanın 3-cü maye qaz ixracatçısı, yaxud Avropa

Dünyanın ikinci ən böyük təbii qaz ehtiyatlarına və dördüncü böyük neft ehtiyatlarına malik İran bu faktdan faydalanmaq qabiliyyətini 2015-ci ildə beynəlxalq sanksiyaların ləğvi ilə xeyli genişləndirib.

"İranın beş il ərzində, çox güman ki, 24,6 milyard kubmetr qazı olacaq. Lakin mövcud kəmərlər cari təchizat öhdəliklərindən başqa, bütün əsas bazarları təmin etmək üçün yetərli deyil. Tehran öz kəmərli ixracının təyinatı üçün mühüm geosiyasi seçimlə qarşılaşacaq. Onun üç bazardan ikisinə qaz ixrac etməsi mümkün olacaq: Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropa İttifaqına/Türkiyəyə; İran-Oman-Hindistan boru kəməri ilə Hindistana və ya Türkmənistan və Pakistan vasitəsilə Çinə… Avrasiya enerji münasibətləri sistemində Avropa İttifaqı və ya Çin yönümünün dərəcəsi onlardan hər birinin müvafiq bazarlara istiqamətlənən Xəzər boru xətlərinin kəmər infrastrukturunu qaz ixracı ilə nə dərəcədə təmin etməsindən asılı olacaq", – M.Tançum deyib.

Başqa sözlə, cənab Tançum iddia edir ki, Avrasiya energetikasında güc tarazlığını müəyyən etmək və "Bir qurşaq-bir yol"un Avrasiyanın enerji arxitekturasında əsas determinant kimi bərqərar etmək üçün Çin özünü İran və Türkmənistan qazının əsas alıcısı olmaq mövqeyində möhkəmləndirməlidir. Bu da öz növbəsində, Mərkəzi Asiyada Çinin artan iqtisadi təsirini gücləndirəcək, onun nüfuzunu Qafqaz və Şərqi Aralıq dənizi hövzəsinədək yayacaq.

Çinin real quruculuq blokları var: İranla yaxın və uzunmüddətli münasibətlər, Türkmənistanın qaz hasilatı və boru kəməri infrastrukturuna əhəmiyyətli investisiya və İran-Pakistan qaz kəmərinin Pakistan hissəsinin tikintisi. Bu yollardan biri Çinə İran qazını şərq sahilboyu ilə həm dəniz, həm də münaqişəli şimal-qərb vilayəti olan Sincan-Uyğur vasitəsilə almaq imkanı verir.

Pakistanın hərbi komandanı general Kamar Cavid Bacvanın fikrincə, "Pakistan-İran hərbi əməkdaşlığı regional sülh və sabitliyə müsbət təsir edəcək".

"Bir qurşaq-bir yol" layihəsində iştirak edən Pakistan 51 milyard dollarlıq Çin-Pakistan İqtisadi Dəhlizində (CPEC) iştirak etdiyi üçün Pakistan parlamenti qismən İrana yönəlib, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi ittifaqda tammənalı iştirakı, Yəmən müharibəsində Səudiyyəyə hərbi dəstək tələbini rədd edib.

İran-Pakistan qaz kəmərinin CPEC ilə əlaqələndirilməsi İranın Çinin Avrasiya infrastruktur oyununda uğuru üçün əhəmiyyətini artıracaq. Lakin İranın geosiyasi gücü İslam Respublikasının Çin ilə uyğunlaşdırılmasından tam asılı etmir. Maykl Tançumun sözlərinə görə, İran-Hindistan Çabahar limanının inkişafı və potensial alternativ Asiya-Avropa enerji dəhlizi yarada biləcək dənizaltı İran-Oman-Hindistan boru kəməri ilə İran hər iki istiqamətdə yaxşı oyun oynamaq imkanı qazanır. Bununla bərabər, o, Çinə qarşı antidot olaraq Hindistanla əlaqələri gücləndirmək üçün transatlantik birlik səylərində əsas rolu qəbul etmiş olur.

İranın geosiyasi əhəmiyyəti, İran qazı uğrunda rəqabət həm də bu faktla güclənir ki, Rusiya və İranın Suriyada əməkdaşlığı gec-tez bitəcək və ya sabit olmayacaq. Amma bu, yalnız gözləntidir. Doğrudur, İran-Rusiya rəqabəti artıq Qafqaz və Mərkəzi Asiyada görünür. Lakin istehza budur ki, o,  Çinin yox, daha çox Avropanın xeyrinədir. İran güman ki, Türkiyə ilə enerji sahəsində əməkdaşlığını dərinləşdirəcək. Çinin və Ermənistanın əsas qaz təchizatçısı olan, İran-Ermənistan qaz kəmərini "Qazprom" vasitəsilə investisiyalaşdıran Rusiyanın İslam Respublikasının şimal qonşuları – Azərbaycan və Türkmənistana soxulmasının qarşısını almaq və öz nüfuzunu artırmaq üçün.

Kral Salmanın Pekinə missiyası Donald Trampın nüvə razılaşması əsasında İranın beynəlxalq birliyə qaytarılmasının qeyri-mümkünlüyü siqnalını yumşaldacaq. Səudiyyə liderinin səfəri, həmçinin İran prezidenti Həsən Ruhaninin may ayında prezident seçkilərində ağır mübarizə aparacağına eyhamdır. Çünki beynəlxalq sanksiyaların qaldırılması iqtisadi cəhətdən İran və iranlılar üçün ağır templərlə gedir. Kralın problemi ondadır ki, Çin strateqləri İranla ticarət maneələrini qısamüddətli problem kimi görəcək. Çin orta və uzun müddətli perspektivdə İrandakı aktivlərindən vaz keçməyəcək.

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə