XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

14 Mart 2017 - 16:29

İran sürətlə Aralıq dənizinə yol açır:Tehranın "DƏRVİŞ" layihəsində nələr var? - TƏHLİL

sie-hilali

Baladi news (Suriya), 13.03.2017

 

Nəhayət, İran şiə və kürd yığma qüvvələri ilə rayonu rayon ardınca tutaraq Aralıq dənizi sahillərinə yetişib. O, İkinci Dünya savaşından bəri ilk dəfə bir çox cəbhələrdə döyüş əməliyyatları aparır.

İran yeni yol əldə edib. Bu yol İraq səhrasında “sünni üçbucağı”ndan keçməklə Suriya səhrasına qədər uzanır. Sonra Dəməşqə və Latakiya və Beyrutdan yan keçməklə Aralıq dənizinin sahillərinədək çatır.

 

“Dərviş” layihəsi

 

İranın hərbi, siyasi, iqtisadi və informasiya gücləri Suriyadakı üsyana görə iflas həddində olan layihənin saxlanması üçün mümkün hər şeyi edib. Uzunmüddətli danışıqlar, əzəmətli səylərdən, həmçinin bir neçə milyard dollar və on mindən çox əsgər itkisindən sonra, nəhayət, bu planın işlənməsi yekun mərhələsindədir. Layihə İraq və Suriya ərazisi vasitəsilə İranla Aralıq dənizi arasında yol yaradılmasını nəzərdə tutur. Yol İraqdan, Suriyada separatçı kürd yığma qüvvələrinin işğal etdiyi rayonlardan, sonra Suriya hökumətinin nəzarətində olan bölgələrdən keçir. Bu yolun böyük hissəsi sünni məntəqələrindən keçir. İran öz növbəsində sünniləri bu ərazilərdən sıxışdırmağa çalışır ki, oranı kürdlərşiələr tutsun.

Bu layihəyə artıq baş tutmuş kimi baxmaq olar. İran hökuməti dərk edir ki, bölgəni kənarda qoymayan kürəsəl dəyişikliklər baş verir. O, Suriya və İraq münaqişələrində ikinci plana keçməklə hərəkət vektorunu dəyişib. Lakin xalqa yardım gərəkdiyi halda sürətlə reaksiya verir. O, bölgədəki sünni çoxluğa “ideya alternativi”, həmçinin bölgədə qara işi icra etməyə qabil qüvvədir. Görünür, həm amerikalılar, həm də ruslar kürd yığmasını yaxşı investisiya sayır, lakin həmçinin onlarla şiə dəstələri arasındakı fərqi başa düşürlər – xüsusən də insan itkisinin qeyri-bərabərliyində. Məhz buna görə kürdlərin daimi dəstəyə ehtiyacı var, bölgədəki uzunmüddətli investisiyalar isə böyük səylər tələb edir.

Bu yaxınlarda Amerikanın İraqdan qoşunları çıxardıqdan sonra İraq, Suriya və Liviya üzərində nəzarət üzrə “səlahiyyətlər” verməklə yaranmış boşluğu doldurmaq məqsədilə güvəndiyi bölgəsəl qüvvə məhz İran olub. Axı məhz onların arasında Ərəbistan yarımadası, Levanta və İraq üzərində nəzarətin təşkili kimi ümumi məqsədin birləşdirdiyi gizli ittifaq var. Razılaşmalara əsasən, keçən əsrin 80-ci illərində İraqla müharibənin təşəbbüskarı İran olub, Amerika müdaxiləsindən sonra isə onu idarə etməyə başlayıb.

İran Qərb üçün müttəfiq və üzüyola xidmətçi, “etimada layiq tərəfdir”. “Əzəmətli” hərbi gücünə, dini səfərbərlik bacarığına baxmayaraq, əslində, o, texniki göstəricilər üzrə hətta minimal inkişaf etmiş ölkə ilə rəqabətə, xüsusən də müharibəyə girişə bilməz.  

Hazırda durum dəyişilib. İran öz vəziyyətini tədricən dərk edir. O, bütün bölgədə hegemonluq qurmağa hazırdır. İran indiki anda Amerikanın bölgədə vəziyyətini yaxşılaşdırmağa imkan verdiyi və nüfuzunu gücləndirən ruslar və kürdlərlə bölüşməyə məcburdur. Hətta nə Hələbdə, nə Levanta, nə sahilboyunda, hətta Suriyanın nə şimalında və nə də şərqində aparıcı qüvvədir. Lakin İran məsələlərin ümumi durumuna nəzarət edən qüvvədir və məhz buna görə də Suriyadan pay qoparmağa çalışan bütün tərəflərə güzəştə getməyə məcburdur.

Bəşər Əsəd rejimi ruslarla əməkdaşlıqdan mənfəət götürərək sahilyanı ələvi rayonlarında – Latakiya və Tartusda İranın iştirakını azaldıb. Bundan savayı, İran nüfuzunu, heç olmasa, bir qədər aşağı salıb. İranlıların ABŞ-a loyal münasibəti üzündən ruslar onları tam qəbul edə bilmirlər. Lakin öz quru qoşunlarını gətirib istifadə etməmək üçün onlarla əməkdaşlığa məcburdurlar. Putin dönəmindəki Rusiya nəhəng insan itkisini özünə asanlıqla rəva bilən Sovet İttifaqı deyil.

 

Dini təmizləmə

 

İran bu yolu salmaq üçün savaşaqədərki Suriya ərazilərində öz nüfuzunu yayıb. İranin böyük demoqrafik dəyişiklik etdiyi Hələb buna misal ola bilər. O bu əməliyyatlar vasitəsilə gələcəkdə hərbi təhdidin də meydana çıxa biləcəyi “demoqrafik təhlükə” xəttinin keçdiyi rayonları boş qoyub. Köç əsasən şəhər rayonlarına cəmləşdirilib. Onlar səhra və insansız ərazilərdən mümkün qədər yan keçməyə çalışırlar. İran bu marşrutun şəhər mərkəzlərində şiə qəsəbələrindən keçməsi sayəsində özünü tam güvənli hiss edə bilər.

Hətta İranın ən yaxşı müdafiəsi hər hansı əməliyyat, pusqu və ya partizan müharibəsi zamanı onun təhlükəsizliyi demək deyil. Hətta bu, şiə qruplaşmalarının yaşadığı bölgələrdə nüfuzun gücləndirilməsinə zəmanət vermir, həmçinin sakinlərini başqa ideologiyanı qəbul etməyə təhrik etmir. Yol Livan vasitəsilə qərbdən idxal ediləsi neftdən tutmuş narkotik və qullara qədər müxtəlif mallara ixtisaslaşmış xeyli sayda məntəqələrdən keçəcək. Eyni zamanda bu yolla bölgəyə İran silahı gedəcək və nüfuzun yayılması qəsdilə satılacaq. İran bu rayonu narkotik, fahişə, insan orqanları, silah, qul və qaçqınların maneəsiz keçəcəyi “dəhliz”ə çevirməyə çalışır. Bütün bunlar “Vilayəti-Fəqih”in xəzinəsi üçün pula çevriləcək və şiələrin bütün yolboyu sonrakı köçünə şərait yaradacaq.

Neftə gəlincə, İran öz neftinin ixracatını sürətləndirməyi güdməklə bu məsələdə İraq kəmərlərinə paralel keçən boru kəmərindən yararlanacaq. O, məhz buna görə Fars körfəzi ölkələrinə basqını sürdürəcək, çünki onlar nefti Avropaya daha tez və daha aşağı qiymətə ixrac edir. Amma ekspertlərin fikrincə, bu ölkələr hazırda yetərincə davamlı hadisə olacaq iqtisadi böhran yaşayır.

Qeyd etmək lazımdır ki, İran ən uzun, ancaq eyni zamanda ən təhlükəsiz yol seçib – xüsusən də  növbəti iki onillikdə İŞİD-in və ya buradan getməyə hazırlaşmayan hərbi dəstələrin varlığı hiss olunacaq Suriya və İraq səhralarına qalınca. Mosul, Raqqa və Deyr Əz-Zorun götürülməyindən sonra (bu, iki ildən çox çəkə bilər) son döyüş məhz orada baş tutacaq. Ola bilsin, İran qoşunlarının Palmiradan çıxarılması müəmmadır və əsil hədəf onun ələ keçirilməsi və nəzarət, həmçinin Bəşər Əsəd anklavlarının məhvidir, çünki Həyan və hərbi aeroport hələ də Əsədin nəzarətindədir.

 

"Böyük şeytan" və Vilayəti-Fəqih

 

İran şiə ayparasının hamısını birləşdirə biləcək bu quru yoluna çox güvənir. Axı o, İran ideologiyasının yayılması layihəsini və bu yolu təhlükə sayanlara qarşı hərbi əmliyyatların keçirilməsini tam şəkildə dəstəkləyir. İran Çin və Rusiya, həmçinin İraqda qeyri-müəyyən müddətə fəaliyyət üçün ona tam sərbəstlik vermiş Qərblə əməkdaşlıqdan maksimal mənfəət götürür.

 

Strateji faciə

 

İran öz layihəsinin həyata keçirilməsinə xeyli müvəffəq olub və bu, bütün səviyyələrdə bölgə üçün strateji fəlakətdir. İranın birinci səviyyədə uğuru məqsədi Fars körfəzi ölkləri üzərində nəzarətin qurulması olan ikinci mərhələyə keçmək və yaxud ən azı, gerçəkləşdirilməsinə hazırlaşmaq imkanı verir. Planın ikinci mərhələsi Fars körfəzi ölkələrinin iqtisadi tükənişini, neft qiymətlərinə nəzarətin zəifləməsi və bazarların ələ keçirilməsini nəzərdə tutur. İran hətta öz ideologiyasını Misir və Əlcəzairdə, həmçinin sünni dünyasından güclü müttəfiqi Türkiyədə yaymağa cəhd edir.

Bundan savayı, İran bu layihədən Türkiyənin ərəb ölkələrinə təsirini azaltmaq, həmçinin Türkiyəyə iqtisadi, siyasi və hərbi təzyiq göstərmək üçün istifadə edəcək. Bütün bu hərəkətlər kürd yığmalarının iqtisadi durumunun yaxşılaşmasına və Suriyanın şimalından oğurlanaraq dənizlə daşınan neft ixracatının artmasına şərait yaradacaq. Bu addımlar oğurlanmış Suriya pulları ilə Türkiyəyə qarşı layihələri maliyyələşdirməklə onu təhdid etməyə imkan verəcək.

 

Qərbdə müharibə

 

İkinci Dünya savaşında sürətlə Fransaya soxulmaq və onu ələ keçirməyin səbəbi haqda Hitlerə sual verilib: o, buna cəmi bir neçə həftəyə müvəffəq olmuşdu. Hitler cavab verib: "Fransızlar qadın ombasının ölçüsü ilə məşğul olarkən biz silah lüləsinin diametrini ölçürdük".

Deyəsən, bu ifadə hazırda bölgədə baş verən durumu tam şəkildə təsvir edir. İki qalibə yerin olmadığı ideoloji münaqişə baş verir. Qalib məğlubu bütün səviyyələrdə – iqtisadi, hərbi və insani – kənarlaşdırır. Bu münaqişənin digər fərqli özəlliyi bundan ibarətdir ki, onun aşkarlıq və açıqlığına baxmayaraq, yalnız bir tərəf – İran qələbə çalmaq üzərində həqiqətən işləyir. İranlılar istənilən “şeytan”la sazişə getməyə hazırdır ki, təki öz məqsədlərinə çatsınlar. Hətta Şərqi Asiya, Əfqanıstan, Suriya, İraq, Yəmən, Livan, Fars körfəzi ölkələri, Misir və hətta Venesuela, Çin, Şimali Koreyadan silahlı qruplaşmalar daxil olmaqla dostluq ittifaqları bütün bölgə boyu uzanıb. İran ən böyük şeytanla – İsraillə, həmçinin bir neçə dövlətlə saziş bağlayıb və qanunsuz dəhlizlər vasitəsilə “iki təyinatlı” texnika əldə edir. Məsələn, müharibədən sonra Yaxın Şərqdə istifadə etdiyi pilotsuzların hazırlanması texnologiyasını.

İran hazırda Tehrandan Beyruta qədər əraziyə nəzarət etmək üçün əlindən gələni edir. İran çox böyük bir layihə gerçəkləşdirir, dəqiq strategiyası və planı var. Suriyada inqilab baş verməsəydi, İran indi praktik olaraq bütün Suriyaya nəzarət edər və Yəməndə, Fars körfəzində əlverişli mövqedə olardı.

Bu münaqişənin başqa tərəfi də var. İran bölgədə öz durumunu sabitləşdirdikdən sonra Fars körfəzi ölkələrində, sonra isə Misirlə İordaniyada da möhkəmlənməyi planlaşdırır.

Fars körfəzi ölkələri onillik barış müddətində İraqın süqutundan sonra yaranmış boşluq və məsafələri doldurmaq, həmçinin bütün cəbhələrdə döyüşə hazırlaşan İran tərəfdən mövcud təhlükəyə qarşı durmaq üçün heç bir strateji addım atmayıb.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə