XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

15 Mart 2017 - 17:02

“Rusiya” adlı qatar “Müharibə” stansiyasına şütüyür –Putin NATO ilə savaşa hazırlaşır – Təhlil

p

Antoni Rıbçinski

Gazeta Polska (Polşa), 15.03.2017

Silahları artırmaq, təlimlər, Rusiya generalları və siyasətçilərinin kəskin ifadələri ilə müşayiət olunan yeni zərbə bölmələrinin yaradılması: hər şey ondan xəbər verir ki, Rusiya NATO ilə müharibəyə hazırlaşır. Bu olacaqmı? Bəziləri sentyabrdan ehtiyat edirlər.

Vladimir Putin bildirib: “Biz silahlı qüvvələrin kadr və təşkilati gücləndirilməsi, çevikliyinin artırılması və döyüş hazırlığı üzərində işi davam etdiririk”.

Rusiya prezidenti Kremldə Vətənin müdafiəçisi Günü münasibətilə təntənəli qəbulda əmin edib ki, Rusiya ordusu artıq çox böyük döyüş potensialına malikdir və istənilən təcavüzə qarşı durmaq iqtidarındadır. O hədəf göstərməsə də bütün əlamətlər ona işarə edir ki, Moskva yalnız bircə təhlükəli düşmən görür: ABŞ başda olmaqla NATO.

Donald Trampla bağlı heç nə alınmadı, ona görə də rusiyalılar dövlətlərinin 2014-cü ildən hərəkət etdiyi köhnə relslərə qayıdırlar. “Rusiya” adlı qatar “Müharibə” stansiyasına şütüyür. Artıq aydındır, onun özü dayanayacaq. Onu yalnız qarşı tərəfin səfərbərliyi əyləyə bilər. Bu effektləri artıq görürük, ümid etmək qalır ki, gecikmiş çıxmayacaq.

Müdafiə naziri Sergey Şoyqu fevralın 23-də yuxarıda sözügedən bayramda bildirib ki, yeni ordu diviziyaları (onlar heyət sayına görə adi diviziyaları 25% üstələyir) hər şeydən əvvəl Rusiyanın qərb və şimalında, həmçinin Kuril adalarında yerləşdiriləcək. Bu, Moskvanın əsas döyüşləri hansı yönlərdə aparmağı planlaşdırdığını göstərir. Qərb aydındır – NATO-ya daxil Avropa ölkələridir. Şimal – Rusiyadan ancaq Şimal Buzlu okeanın ayırdığı ABŞ-dır. Kuril – Yaponiyadır? Birinci növbədə vacib deyil. Burada da əsas rəqib amerikalılar ola bilər.

Qərb istiqamətində açar rolunu irəli çəkilmiş cinahlar oynayır, buna görə bu yaxınlarda Krıma  22-ci ordu korpusu gəlib, Kalininqrad vilayətində isə 11-ci ordu korpusunun idarəsi formalaşdırılıb. Potensial zərbə qüvvələrinin özəyi iki elitar diviziyanın (2-ci Tamansk qvardiya motoatıcı, 4-cü Kantemir qvardiya tank diviziyaları) daxil olduğu 1-ci qvradiya tank ordusu, iki briqada (27-ci Sevastopol motoatıcı və 6-cı tank diviziyaları), həmçinin artilleriya, zenit bölmələri və raket qoşunları və s. olacaq. Bu, genişmiqyaslı hücum əməliyyatları aparmaq üçün klassik strukturdur.

Arktikada yeni HHM birləşmələri meydana çıxacaq. Bir diviziya Barents dənizinə, ikincisi Yeni Torpaqdan Alyaskaya qədər rayona məsul olacaq. Bu addımlar bütöv br ordu korpusunun (diviziya və bir neçə briqada) yerləşdirilməsi kimi ABŞ-a qarşı durmaq kontekstində atılıb. Onun vəzifəsi düşmənin Oxot dənizinə soxulmağına yol verməməkdən ibarətdir: Rusiyanın Amerikaya hücumuna imkan verən daxili dənizi olmalıdır (nüvə silahı ilə təchiz edilmiş sualtı qayıq bazası Kamçatkada yerləşir). Kurildə və Kamçatkada yerləşən qüvvələri Arktikada Çukotkadakı sahil müdafiəsi diviziyası ilə birləşəcək. Gəmiyə qarşı uzaqmənzilli raketlər və oradakı zenit sistemləri amerikalılara Berinq boğazını keçməyə imkan verməyəcək.

Rusiyaya sərt qış gəldiyinə baxmayaraq, Putinin əmri ilə planlaşdırılmamış yoxlamadan keçirilməklə minlərlə əsgər döyüş hazırlığına gətirilib.

Yanvarın axırında bu cür döyüş hazırlığının yoxlanışı Hava-desant qoşunlarında keçirilib, sonra isə Kalininqrad vilayətində S-400 zenit-raket kompleksləri havadan təmərküzləşmiş zərbənin dəf edilməsini məşq edib.

Hərbi gücün ən qorxunc nümayişi fevralın 7-də Hava-kosmik qüvvələrinin təşkil edilmiş döyüş hazırlığının yoxlanışı olub.

Moskvanın və mərkəzi sənaye rayonlarının müdafiəsi üçün nəzərdə tutulmuş S-300, S-400 və “Qın-S” sistemlərinin radiolokasiya stansıyalı mobil raketləri daimi bazalardan ehtiyat mövqelərə keçməklə yerdəyişmə edib.

Bütün texnika 24 saatdan sonra tam döyüş hazırlığı ilə artıq yerində idi. Tu-160 və Tu-22M3 strateji bombardmançıları elə bu vaxt havaya qalxıb hərbi əməliyyatlar zamanı mühüm istiqamətlərə doğru uçuş keçirib.

Təlimlərdə həmçinin raket batareyalarına zərbələri yoxlayan taktiki aviasiya (Su-27 və MiQ-29 qırıcıları, yeni Su-34 bombardmançları, Ka-52 helikopterləri) işə salınıb. Təlimlərə, təxminən, 45 min hərbçi, həmçinin 1700 vahid hərbi texnika, o cümlədən 150 təyyarə və helikopter və 200 ədəd zenit-raket kompleksi qatılıb.

Sərt keçən Rusiya qışının oğlan çağında aviasiya və HHM-nin bu cür miqyasda təlimi hətta soyuq müharibə dövründə də olmayıb. Lakin ən ciddi təhlükə hələ qabaqdadır. Litva prezidenti Dalya Qribauskayte fevralın 9-da bildirib: “Çoxsaylı və təcavüzkar qüvvələrin toplandığı “Qərb-2017” təlimləri bizdə təşviş doğurur, Qərblə müharibə üçün nümayişkaranə hazırlıq gedir”.

Təlimlər sentyabrda başlanacaq və həm də Belarus ərazisində keçəcək. 2009-cu ildə Belarusda bu manevrlərə 6 500, dörd il sonra cəmi 2 500 rusiyalı gəlmişdi. Hazırda onlar 40 min ola bilər, lakin hadisələr ən tünd ssenari üzrə inkişaf etsə, Moskva daimi əsasda Belarusda qalmağı qət edərsə, onda sentyabrda Polşa, Litva və Latviya sərhədlərində Rusiyanın 70 min hərbçisi olacaq! Bu qədər adam Rusiya müdafiə nazirliyinin sifariş etdiyi vaqonlarda yerləşə bilər.

Qərb hərbi dairəsinin son illər ərzində ən böyük və ən mühüm təlimlərinə qatılacaq qüvvələrin siyahısı da təşviş doğurur. Bunlar elitar Tamansk və Kantemir dviziyaları, həmçinin bu yaxınlarda yenidən yaradılmış 1-ci qvardiya diviziyasının başqa bölmələridir. Kimyəvi və radiasiya müdafiəsi qoşunlarının, həmçinin nüvə qüvvələrinin təlimlərdə iştirakı bildirir ki, nüvə silahının tətbiqi yoxlanacaq.

Moskva qərb, cənubi-qərb və Arktika strateji istiqamətlərini möhkəmləndirərək eyni zamanda öz ordusunu modernləşdirir.

Strateji təyinatlı raket qoşunları bu il yeni silahlarla üç alay alacaq. Modernləşdirmə həm də strateji aviasiyaya da toxunacaq. Müdafiə müəssisəsi daha iki briqada üçün HSK-ə “İskəndər-M” raket komplekslərini sifariş etməyə hazırlaşır.

Müasir tanklar və zirehli nəqliyyat daha da çoxalacaq. HHM əlavə S-400 kompleksləri, hərbi-dəniz donanması isə səkkiz gəmi alacaq. Şoyquya inansaq, ordunun döyüş qabiliyyəti 2016-cı ildə 14% artıb. Putin Avropada rəqib üzərində üstünlüyü artırmağa çalışır.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə