XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Mart 2017 - 17:45

Çin əsgəri Əfqanıstana ayaq basdı –"Taliban"la sövdələşən Rusiyanı iki məsələ ciddi narahat edir - Təhlil

Members-of-the-Taliban-and-Russian-president-Vladimir-Putin-568544

Huda əl-Hüseyni,

"Asharq Al-Awsat"

 

Rusiyanın "Taliban"a açılma vasitəsilə əfqan səhnəsinə qayıtması arxasında duran səbəb, öz təbirincə, bu ölkədə ABŞ-ın rəhbərlik etdiyi Qərb hərbi mövcudluğunun qeyri-səmərəliliyi, Amerika qoşunlarınının bölgəni tərk etməsi ilə yarana biləcək təhlükədir.

80-ci illərin ortalarında Əfqanıstan Sovet İttifaqının "qanayan yara"sı idi. Onilliyin sonunda, bir çoxları onu məğlubiyyətlə yadda qalan "rus Vyetnamı" adlandırırdı.

Ötən ay Moskvada Əfqanıstanla bağlı konfrans keçirilib. Dekabr ayında təşkil edilən ilk tədbirdə İran, Çin, Hindistan və Əfqanıstan iştirakı edib. ABŞ dəvət olunmayıb.

Əfqanıstanın Rusiyanın təsir dairəsinə qaytarılması indi Rusiya xarici siyasətinin daha geniş yanaşması ilə üst-üstə düşür. Burada Moskva sazişli vasitəçiliyə bel bağlayır. Bu, Rusiyaya öz geosiyasi səviyyəsini Vaşinqtonun hesabına genişləndirmək imkanı verəcək. O, sülh sazişi imzalamağa çalışır, Əfqanıstanın qoruyucusu kimi Birləşmiş Ştatları əvəz etmək istəyir.

Rusiya Cənubi Asiyada özünü əsas həmsöhbət kimi təqdim edir. O, ərazilərinə terrorun yayılmasını dayandırmaq və öz xalqını narkotik qaçaqmalçılığından qorumaq üçün bu təsirdən istifadə etmək istəyir.

XAOSUN DÜYMƏSİ BASILIB 

Rusiya ABŞ-dan Mərkəzi Asiyadan çəkilməni xahiş edir, lakin eyni zamanda, hər hansı tələsik çıxış halında Rusiya və qonşu ölkələri təhlükə ilə üz-üzə qoyacaq Əfqanıstanda xaosun yaranmasından ehtiyatlanır.

Moskvanı iki şey narahat edir: qeyri-sabit Əfqanıstanla transsərhəd terroru; Rusiya və Mərkəzi Asiya istiqamətində tiryək axını üçün münbit zəminin olması.

BMT-nin məlumatına görə, Rusiya tiryək istifadəçilərinin sayında böyük rəqəmə sahibdir, "ağ ölüm" və QİÇS-in yayılması qorxulu həddədir.

2013-cü ildə Moskva "Taliban"ı bu iki problemin əsas səbəbi hesab edirdi. O, Qətərdə ABŞ-ın "Taliban" nümayəndələri ilə danışıqlar aparmaq səylərinə şübhələrini bildirib. Lakin 2013-cü ildən Rusiya və "Taliban" nümayəndələri Mərkəzi Asiyanın bir neçə ölkəsinin elçiləri ilə bərabər, Tacikistanda müzakirələr aparmağa başlayıb.

Bir Qərb diplomatı deyir: "Biz Suriyada davamlı müdaxilələr və geniş Yaxın Şərq geosiyasi ambisiyaları çərçivəsində Rusiyanın Əfqanıstana geri qayıtmasını anlamaq üçün gözləməliyik. Bundan başqa, onun Suriyadakı rolu Rusiyanı Əfqanıstandakı ekstremist islamçıların özəkləri üçün hədəfə çevirib".

"Görünür, Rusiya "Taliban" və İŞİD arasındakı rəqabətdən istifadə etmək istəyir, çünki İŞİD-in Əfqanıstanı öz cənnətinə çevirməsi Moskva üçün yeni təhdiddir", – deyə, o, əlavə edib.

BOŞLUĞUN DOLDURULMASI

ABŞ-ın sabiq prezidenti Barak Obamanın prezidentliyi dövründə Birləşmiş Ştatlar Yaxın Şərqdən çəkilmə istəyini göstərdi. Bu, Obamanın Suriyaya müdaxilə etməkdən imtinası ilə də aydın görünürdü. Rusiya sonradan yaranan boşluğu doldurmaq istədi, buna görə də Misir, İraq, İran, İsrail və müəyyən dərəcədə bəzi Körfəz dövlətləri ilə münasibətlərini möhkəmləndirdi.

Cənubi Asiyaya gəlincə, Rusiya Hindistanla yaxşı əlaqələri qoruyaraq, Pakistanla münasibətləri dərinləşdirib.

"Rusiya bu ölkələrin əsas xarici sponsoru olmayacaq və Birləşmiş Ştatları əvəz edəcək, lakin Əfqanıstanda geniş iştirak Moskvaya əvvəllər keçmiş Sovet İttifaqını təmsil edən ölkələrdə hadisələrin inkişafına təsir imkan verir", – mənbə bildirib. 

Ötən ilin dekabr ayında Rusiyanın Əfqanıstandakı səfiri Zamir Kabulov bildirib ki, onların qayğıları İŞİD-in Əfqanıstan və Mərkəzi Asiya ölkələri, yəni Pakistan, Çin, İran, Hindistan və hətta Rusiya üçün təhlükə yatratmasıdır. "Siyasi ofislərim, konsulluqlarımız və Mərkəzi Asiyanın təhlükəsizliyini təmin etmək üçün "Taliban" ilə yaxşı münasibətlərimiz var", – diplomat deyib.

MÜBALİĞƏ

Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığının Əfqanıstan üzrə sabiq milli nümayəndəsi Əhməd Mürid Partav "Foreign Policy" jurnalında "Əfqanıstanda "İslam Dövləti"nin azması" başlığı ilə dərc etdirdiyi məqaləsində yazır ki, Əfqanıstanda İŞİD haqqında danışarkən Rusiya, Çin və İran şişirtməyə yol verirlər. Onlar "daxili işlərə müdaxilə etmək və regionun dominantı olan ABŞ-ın təsirinin qarşısını almaq üçün bundan bəhanə kimi istifadə edirlər".

Moskva, şübhəsiz, dərk edir ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq müdaxilə Əfqanıstanı sabitlik və tərəqqi yoluna qoymayıb.

Rusiyanın səfiri Kabulov deyir ki, son 15 il ərzində ABŞ-ın 1 trilyon dollar vəsaiti boş yerə xərclənib. Onun sözlərinə görə, ABŞ-ın bu arzusu 1979-cu ildə İranda rejimin dəyişməsi və Mərkəzi Asiyadan ABŞ qoşunlarının çıxarılmasından sonra Avrasiyanın mərkəzində istinad nöqtəsi saxlamaq idi.

Moskvanın rəyinə görə, xüsusilə Kabildə amerikapərəst hökumət və bütün ölkədə ABŞ-ın qoşunlarının iştirakı halında, "Taliban" uzun müddətli perspektivdə onun maraqlarına daha az təhlükə və daha yaxşı seçənəkdir.

Kreml iddia edir ki, puştun çoxluğu ilə "Taliban"çılar son iki onillikdə xeyli çeviklik nümayiş etdiriblər. O, Rusiya və Qərb ölkələrini İslama qarşı düşmənçilik etmə adı ilə hədəfə alan bütün transsərhəd ekstremist qruplar, yəni İŞİD və "Əl-Qaidə"dən fərqlənir.

Rusiya həm də "Taliban"ın əfqan siyasəti çərçivəsində hərəkət etmə çağırışını məqbul hesab edir.

"Taliban" Əfqanıstanda ABŞ-ın hərbi varlığına son qoymaq istəyən Moskva ilə qarşılıqlı əlaqədədir. Seyyid Məhəmməd Əkbər Ağa – "Taliban"ın Kabildə yaşayan sabiq komandiri və Əfqanıstanda İslam hökumətini dəstəkləyən şəxs – deyib ki, "Taliban" Əfqanıstanı ABŞ-ın lənətindən çıxarmaq üçün Moskva ilə daha sıx əlaqələrə malik olmaq istəyir.

Fevralın 13-də "Moskva Time" qəzetinə müsahibəsində Əkbər Ağa deyib: "Biz ABŞ-dan özümüzü azad etmək üçün Rusiya ilə işləməyə hazırıq. Tarix sübut edib ki, Qərb ölkələri yox, Rusiya və keçmiş Sovet İttifaqı respublikaları bizə daha yaxındır".

Nə Əfqanıstanın qanuni hökuməti, nə də Vaşinqton "Taliban"ın kökünü kəsə və bölgədə sabitliyi bərqərar edə bildi. Moskva öz sərhədlərini və Mərkəzi Asiyadakı müttəfiqlərinin sərhədlərini terrorçulardan qorumaq üçün ən yaxşı yolu yeni siyasi çərçivə axtaran "Taliban"la əlaqələri gücləndirməkdə görür. 

YARDIM 

Rusiya hesab edir ki, maliyyə və hərbi yardımla "Taliban"ı  transsərhəd ekstremistlərinin real təhlükəsinə qarşı mübarizəyə təşviq edə bilər. Moskva əmindir ki, ABŞ qoşunlarının çıxarılmasına çağırış edəcək Əfqanıstan hökumətinin tərkibində "Taliban"ın iştirakı onun maraqlarına cavab verir.

Aydındır ki, Rusiya və "Taliban"ın İŞİD və Əfqanıstanda ABŞ hərbi varlığı ilə bağlı ümumi maraqları var. İran və Çin da bu maraqları bölüşürlər. Həm də Əfqanıstanın nizami qüvvələri "Taliban"a müqvimət göstərdiyi bir zamanda. "Taliban" müxtəlif sahələrdə fəaliyyətini artıb, Əfqanıstandakı BƏƏ səfiri və Qəndəhar qubernatoru onun terror hücumlarında həlak olub.

Çinin quru qüvvələrinin 50 km birgə sərhəd boyu Əfqanıstan qüvvələri ilə birgə patrul xidməti göstərdiyinə sübut var. Məqsəd Mosul və Raqqadan dönən uyğur döyüşçülərini dayandırmaqdır. Bundan əlavə, "Birləşmiş Ştatlar və NATO-nun ölkəni tərk etməsindən sonra" Pekin Əfqanıstanda təhlükəsizliyin stabilləşdirici kimi daha böyük rol oynamağa hazırlaşır.

Əfqanıstanda Çinin böyük rolu hələ aydın deyil. ABŞ-ın Müdafiə Nazirliyi bu prosesi müzakirə etmir. Nazirliyin sözçüsü deyib: "Biz Əfqanıstanda Çin qoşunlarının mövcudluğunu bilirik!"

Politoloqun fikrincə, "Taliban" sülh və təhlükəsizlikdə maraqlı deyil. O, regional və qlobal aktyorlarla danışıqlardan istifadə etməklə mövqelərini möhkəmləndirmək və Əfqanıstanda qalib gəlmək istəyir. Bununla bərabər, "Taliban"ın terror fəaliyyətini dayandırması qeyri-mümkündür.

Deməli, Moskva Kabil və "Taliban" arasında barışıq əldə edə bilməyəcək. Sovet təcavüzü də əfqanların yaddaşından silinməyib. ABŞ Əfqanıstanda hərbi mövcudluğunu saxladıqca, Rusiyanın uğur qazanmaq şansı yoxdur.

Tərcümə: Strateq.az