XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

20 Mart 2017 - 14:50

Daha bir sabiq prezident siyasi şərhçi karyerasına başladı –Həm də sələfi ilə birgə eyni telekanalda

asif-ali-zardari-3

Pakistanın sabiq prezidenti və Pakistan Xalq Partiyasının (PPP) həmsədri Asif Əli Zərdari "Bol TV" kanalında həftəlik tok-şounun siyasi analitiki kimi yeni karyeraya başlayıb.

Strateq.az "Express Tribute"a istinadla xəbər verir ki, kanal bu məlumatı "Twitter"lə paylaşıb. 

Martın 19-da yayınlanan ilk şouda Zərdari Karaçidən canlı yayıma qoşularaq, ABŞ da daxil olmaqla, Pakistanın qonşu ölkələrlə əlaqələri və cari məsələlər barədə sualları cavablandırıb.

Ölkə idarəçiliyində xarici işlər nazirinin olmamasına mənfi fikirlərini bildirən sabiq prezident deyib: "Dörd ildir ki, xarici işlər naziri olmayan ölkənin hökuməti beynəlxalq siyasətlə bağlı Pakistanın mövqeyi və problemlərini dərk etmir".

Zərdari, həmçinin Pakistan-Hindistan münasibətləri və Pakistan-Əfqanıstan sərhədindəki gərginlik barədə danışıb. O, baş nazir Nəvaz Şərifi səriştəsizlikdə suçlayıb. 

ABŞ-Pakistan əlaqələrinə toxunan Asif Əli Zərdari deyib ki, Donald Tramp ilə möhkəm dialoq qurulduğu təqdirdə, Pakistan ABŞ ilə daha yaxşı münasibətlərə malik olacaq.

Xatırladaq ki, elə bu ayın əvvəlində digər sabiq prezident və təqaüddə olan general Pərviz Müşərrəf də Dubaydan canlı yayına qoşulmaqla, politoloq karyerasına başlayıb.

O, "Bol TV"də Pakistanın təhlükəsizliyi ilə bağlı suallara cavab verib.