XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

20 Mart 2017 - 15:57

Putinin vasitəçiliyi İsrailə fayda verəcəkmi? –İranın yeni hərbi baza qurmaq planları yəhudiləri hərəkətə gətirib - Təhlil

np

Sveta Blaus

Русская Германия (Almaniya), 19.03.2017

 

Diplomatiya hiyləgər əhvalatdır. Bəzən minillik tarixi arayışdan faydalanmaq olur ki, opponenti öz tərəfinə meylləndirəsən. İsrail baş naziri bu yaxınlarda Moskvada Vladimir Putinlə görüşdə bu cür fənddən istifadə edib, lakin Rusiya prezidenti “müasir dünyaya dönməyi” təklif edərək hiyləgər fəndə düşməyib.

“Suriya səmasında fəaliyyətin koordinasiyası haqda” razılaşmadan sonra İsrail baş nazirinin Moskvaya tez-tez səfərləri artıq çoxdan heç kimi təəccübləndirmir. Bu, son dövlərdə onun Kremlə blits səfəridir, həm də artıq qeyd olunduğu kimi, məhz yəhudi bayramları ərəfəsində. Görünür, söhbət Rusiya tərəfi üçün də önəmli olub.

Şübhəsiz, danışıqların bəyan olunan mövzusu Suriya olub, lakin şimal sərhədlərinin yanında İran qoşunlarının varlığı israilliləri xeyli dərəcədə narahat edir. Guya, bu, İranın altı il ərzində tərəfində vuruşduğu Suriya rejiminə verdiyi dəstəyin ödəncidir. Kəşfiyyat məlumatlarına əsasən, İran Holan təpələrinin Suriya hissəsində hərbi infrastruktur yaratmaq, həmçinin Aralıq dənizində liman qurmaq niyyətindədir ki, İsrail siyasətçilərinin fikrincə, bu, təkcə yəhudi dövləti üçün deyil, həm də bütün Yaxın Şərq üçün ciddi nəticələr törədə bilər.

Yerusəlimdə hadisələrin bu cür dönüşündən əndişələnirlər. Netanyahunun sözlərinə görə, Suriyada dinc nizamlamaya nisbətdə İsrailin heç bir etirazı yoxdur, lakin “İran və onun “Hizbullah”dakı oyuncaqlarının bu saziş çərçivəsində bizim böyrümüzdə möhkəmlənməyinin qəti əleyhinəyik”.

İsrail baş naziri bunu rusiyalı həmkarlarına çatdırmaq, başlıcası isə İsrail-Suriya sərhədindəki kövrək status-kvonu tənzimləmək üçün Rusiyanın iranlılara təsirindən istifadə etməkdə Putini inandırmaq istəyirdi. Lakin ağrılı “nəzəri İran təhlükəsi” mövzusunu danışığa pərçimləmək nə dərəcədə diplomatikdir, necə sübut etmək olar ki, toplananların yerini dəyişərkən cəm dəyişmir? Yəni isriallilər dərindən əmindirlər ki, Yaxın Şərqdə sünni terrorizminin İranın başçılığı ilə şiə terroru ilə əvəzlənməsi sülhə aparmır.

Netanyahuya danışmaq imkanını yəhudiləri Purim bayramı (Purim bayramı –yəhudilərin İran imperiyasında qırğından qurtulduğu tarixi hadisə ilə bağlıdır-tərc.) münasibətilə təbrik edən Putinin özü verdi. İsrailin hazırcavab lideri buradaca bu bayramın Bibliya tarixçəsini yada saldı ki, farslar 2500 il əvvəl yəhudi xalqını məhv etməyə çalışıb, lakin bunu həyata keçirməyə nail olmayıblar. Netanyahu dedi: “Və bu gün Qədim Farsistanın davamçısı – İran tərəfdən yəhudi dövlətini məhv etmək cəhdləri var”.

RF prezidenti cavabında deyib: Purimin şərəfinə qeyd olunan hadisələr eramızdan əvvəl beşinci əsrdə baş verib, biz isə başqa bir dünyada yaşayırıq, gəlin, bundan danışaq…

Amma bu bildirmir ki, İsrail baş nazirinin sözləri eşidilməyib. Beynəlxalq mətbuatın, xüsusən də Almaniyanın “Der Spiegel” dərgisinin qeyd etdiyi kimi, Rusiya-İsrail münasibətləri gələcəkdə daha sıx ola bilər, çünki Amerika prezidenti Donald Tramp eyham vurub ki, müəyyən müddətə Yaxın Şərqdən getməyə hazırlaşır. Əksər politoloqların fikrincə, bu boşluğu Rusiya dolduracaq və buna görə də İsrail Moskva ilə münasibətlərdə xüsusən maraqlıdır.

Moskvaya gəlincə, əlbəttə, Putin İran prezidenti Həsən Ruhani ilə təmaslardan istifadə edə bilər, ancaq, şübhəsiz, Suriyada özünün maraqları hər şeydən yuxarıdır. Xatırladaq ki, indiki anda Suriyanın Latakiya əyalətində (ehtimala görə, İran qüvvələri burada toplaşıb) Xmeymim bazasında Rusiya aviaqrupu yerləşib, onun müddətsiz iştirakı haqda saziş 2006-cı ildə ratifikasiya olunub.

Budur, keçən həftə məlum olub ki, bu yazda Rusiyada Suriyanın Tartus limanında RF HDQ gəmilərinin maddi-texniki təchizatı məntəqəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə beşillik layihə start götürür. Eyni zamanda, mətbuatda qeyd olunduğu kimi, obyektin statusunun tamdəyərli hərbi-dəniz bazasına qədər yüksəldilməsi haqda hələlik söhbət getmir, çünki bu, Rusiya tərəfinə olduqca baha başa gələr.

Maraqlıdır ki, israillilərin ortalığa atdığı tarixi paraleli Tehranda özlərinə xas şəkildə qəbul ediblər. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İsrail baş nazirini “Tövrat”ı saxtalaşdırmaqda ittiham edib – “cənab sionçular onu öyrənin, biz yəhudiləri üç dəfə xilas etmişik”.

Suriya ərazisinin “nüfuz dairələri”nə bölünməsi (bu yaxınlarda Astanada bu haqda söhbət gedib), Suriyanın Latakiya şəhərində hərbi bazanın yaradılmasını isə İranda “informasiya hay-küyü” adlandırıblar.

Kim bilir, bu sözlərə inanmaq olarmı? Qonşu Livan ərazisində silah istehsalı üzrə yeraltı zavodların yaradılacağı haqda İran liderlərindən birinin bəyanatı daha inandırıcı səslənir. Mötəbər məlumata əsasən, İran universitetlərindən birində raket və digər silahların düzəldilməsi üzrə istedadlı Livan “ekspertləri”nin hazırlanması üçün artıq xüsusi bölmə yaradılıb. “Hansı məqsədlə?” sualına məmur cavab verib: “Vətəndə silah istehsal edilməsi üçün ki, İsrail aviazərbələri onu məhv edənə qədər bu silahlar “Hizbullah”a çatsın”.

Bəli, tarixi yenidən yazmaq çətindir. Bu mənada Putin haqlıdır – biz başqa bir dünyada yaşayırıq.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə