XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

21 Mart 2017 - 11:16

Rusiyanın dünya lideri olmaq imkanı varmı? –O, Çinlə mütləq toqquşacaq - TƏHLİL

kreml-1

Yəhya Məfruh Əl-Zəhrani

"Al-Eqtisadiya" (Səudiyyə Ərəbistanı)

 

Rusiyanın dünyaya liderlik etməsinə imkan verən qüvvəsi varmı? O, dünya birliyinə təsir edən ölkəyə çevrilmək üçün ən mühüm keyfiyyətlərə malikdirmi? Avropanın beynəlxalq təşkilatları və NATO Rusiyaya ayaqüstə durmağa icazə verəcəkmi? Onlar xüsusən də ABŞ-ın tempi tədricən azaltmağa başladığı bir vaxtda Rusiyanın dünya hegemoniyasına yol verəcəkmi?

Rusiyanın ərazisi 17 milyon kv.km-dən, əhalisi 142 milyondan çoxdur. 2011-ci il siyahısına görə, Rusiya daxili məhsul göstəriciləri üzrə dünyanın yeddinci, alıcılıq qabiliyyəti baxımından altıncı iqtisadiyyatıdır, həmçinin hərbi büdcənin həcminə görə üçüncü yeri tutur.

Rusiya dünyada ən böyük kütləvi qırğın silahı ehtiyatlarına görə rəsmi nüvə dövlətlərinin beşliyinə daxildir.

İqtisadi baxımdan Rusiyada sosialist sisteminin varlığı sona çatıb, bundan sonra mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan azad bazar iqtisadiyyatına keçid başlanıb. Rusiya iqtisadiyyatı 90-cı illərin başlanğıcı ilə müqayisədə layiqli göstəricilərə çatıb və inkişafı davam etdirir.

Ölkə iqtisadiyyatı dayanıqlı artım sərgiləyir, çünki neft və təbii qazın qiymətinin artımı sayəsində gəlirlərin artımı baş verir. Sənaye istehsalı inkişaf edib – məsələn, ağır texnika və elektrik avadanlığı sahəsində. Kimya sənayesində ən önəmli mallar kimyəvi liflər, mineral kübrələr, neft-kimya məhsulları və qatrandır…

Hərbi sahədən danışılsa, 2008-ci ildə Rusiya silahlı qüvvələrindəki qulluqçuların sayı 2 019 629 nəfər təşkil edib. Nəhayət, Rusiya Krım və Suriyaya hərbi müdaxilə həyata keçirib, həmçinin Aralıq və Baltik dənizlərindəki iştirakını gücləndirib. Bu cür mühüm strateji və hərbi mövqelər Rusiyaya qüvvələrin kürəsəl tərtibinə təsir imkanı verir.

Burada qoymağa çalışdığımız sual: müxtəlif bölgələrdəki hərbi əməliyyatların arxasında iqtisadi maraqlar dururmu?

Araşdırıcı Samir İlyas göstərir ki, dünya iqtisadiyyatının 3%-dən azını təşkil edən iqtisadiyyat dünyada aparıcı rol uğrunda rəqabətə iddia edə bilməz. Rusiya bu prinsipdən çıxış edir ki, donanma və ordu onun yeganə dostudur, amma bu, müasir dünya standartlarına cavab vermir. Bu və ya digər ölkənin iflas səbəbləri təyyarələrin raket atmaq və hətta qitələrarası ballistik raketlər buraxmaq bacarığında deyil, onun quruluşunun təbiətində və mürəkkəb iqtisadi, sosial və siyasi şəraitlərdə sabitlik nümayiş etdirmək iqtidarsızlığındadır.

Başqa bir araşdırıcı Həsən Şahinin fikrincə, Putinin 2012-ci ildə Kremlə dönüşündən sonra Rusiya qonşu və uzaq xaricdəki dövlətlərin işlərinə müdaxiləni nəzərdə tutan kurs götürüb. Belə bir şey çar Rusiyasının kürəsəl iddialarının miqyaslı müzakirəsini törədən Gürcüstanla bağlı haldan başqa əvvəllər heç vaxt praktikadan keçirilməyib. Hazırkı diskursu Amerikanın kürəsəl hegemonluğunun zəifləməsi, Avropa Birliyinin böhranı və Çinin beynəlxalq siyasətdə təmkini nzərə alınmaqla beynəlxalq sistemin özünəməxsus axıcılığı kimi təsvir etmək mümkündür. Lakin Rusiyanın iqtisadi, demoqrafik və hərbi şəraitinin analizi onun hegemoniyası haqda qənaətə gəlmək imkanı vermir.

ABŞ prezidenti Eyzenhauer işarə edirdi ki, bütünlükdə Fars körfəzinin bizə aid bölgəsində və Yaxın Şərqdə müntəzəm şəkildə beş və ya yeddi ildən bir müharibə baş verəcək. Bu, bizi Rusiyanın rolu haqda suala verməyə və onun xüsusən də Suriyaya hərbi müdaxiləsi, dinc sakinlərin qətli və Rusiyanın bu bölgəni sarsıdan bədbəxtliklərə necə şərait yaratdığını yenidən nəzərdən keçirməyə məcbur edir. Bu bədbəxtliklər Rusiyanın günahından baş verir.

"Kəpənək effekti"nə uyğun olaraq, bir yerdə baş verən hadisələr digərində dağıdıcı təsirlər törədir. Uyğun olaraq, Suriyada dinc sakinlərin qətli və Suriyada silahsız mülki sakinlərə münasibətdə Rusiyanın törətdikləri dünyanın hər yerindən adamları qisas almağa təhrik edəcək.

Mübahisəsizdir ki, dünyanı idarə etmək Rusiya ayısının əsla bəlirləmədiyi əsil insani dəyərlər tələb edir. O, bunun əvəzinə hakimiyyət və nüfuz uğrunda acgözlük nümayiş etdirir. Rus ayısında başqa ölkələrə müsbət təsir göstərə biləcək, onların isə öz növbələrində onda təqlid üçün nümunə görəcəyi yumşaq gücdən istifadə əvəzinə, ağalıq etmək arzusu meydana çıxır.

Bu, bizi sual verməyə vadar edir: intellektual və ideoloji mənada Rusiya dünyaya nə təklif edə bilər? Sosializm və marksizmi yeni bükümdə qaytarmaq və yaxud ölkələrə yardım edən yeni kürəsəl maliyyə sisteminin yaradılması imkanını? Beynəlxalq şəraitdə baş verən  dəyişikliklər nəzərə alınmaqla gələcəkdə öz nüfuzunu genişləndirməyə davam üçün qüvvəsi bəs edəcəkmi? Və hətta bu, həyata keçirilsə də, onda gec-tez istənilən halda o gün çatacaq ki, Rusiya bir iqtisadi güc kimi labüd şəkildə Çinlə toqquşacaq.

 

Tərcümə Strateq.az-ındır.   




Yuxarı Əvvələ Ana Səhifə