XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Mart 2017 - 18:36

İsrail kəşfiyyatından Türkiyənin iki humanitar təşkilatına şok ittiham:"Terrorçuları maliyyələşdiriblər"

ShowImage

İsrailin "Şin Bet" kəşfiyyat xidməti fevral ayında 39 yaşlı Qəzza sakini, Türkiyənin humanitar qrupunun yerli rəhbəri Məhəmməd Mürtəzanın həbs olunduğunu bildirən bəyanatla çıxış edib.

Strateq.az "Jerusalem Post"a istinadla xəbər verir ki, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) Qəzza bölgəsi üzrə koordinatoru HƏMAS-ı maliyyə yardımı ilə təmin etməkdə ittiham olunur.

İstintaq M.Murtəzanın 2008-ci ildə ələ alındığını müəyyən edib. Həbs edilən şəxs humanitar layihələr üçün nəzərdə tutulan köçürmələri HƏMAS-a yönləndirib. 

"Şin Bet"in bəyanatına əsasən, M.Murtəzanın evində əl bombası və silah da tapılıb. 

Bundan əlavə, "Şin Bet" Türkiyənin digər humanitar yardım fondu olan İHH-nın da HƏMAS-ı maliyyələşdirdiyini müəyyənləşdiridiyini açıqlayıb. 

"İHH koordinatoru Mehmet Kaya HƏMAS liderləri İsmail Haniyə və Rəad Səədə Türkiyədən göndərilən pul vəsaitini çatdırıb… HƏMAS-ın hərbi qanadı üçün İHH tərəfindən köçürülmüş pul avadanlıq, silah almaq və digər fəaliyyət üçün istifadə olunub", – deyə "Şin Bet"in bəyanatında qeyd olunur.