XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Mart 2017 - 14:20

Terrorçu təşkilatdan şok iddia:“Qüvvələrimizi 100 min nəfərə çatdıracağıq"

pkk

Suriyalı kürdlər öz silahlı qüvvələrini 100 min nəfərə çatdırmağı planlaşdırır.

Starteq.az xəbər verir ki, iddianı PYD sözçüsü Redur Xəlil irəli sürüb.

“Reuters” agentliyinə açıqlamasında PYD sözçüsü “100 minlik ordu” hədəflərinin reallaşacağı son tarixi göstərməkdən də çəkinməyib: “Hədəfimiz 2017-ci ilin ikinci yarısında reallaşacaq!”.

Xəlilin bildirdiyinə görə, hazırda PYD-yə bağlı qüvvələrin sayı 60 min civarındadır. Onların arasında qadın əsgərlər də mövcuddur.

Türkiyənin iddialarına görə, PYD terrorçu təşkilat olan PKK-nın Suriya qanadıdır. PKK-nın bu qanadının hərbi gücə çevrilməsində başda ABŞ və İsrail olmaqla, bir sıra dünya dövlətləri mühüm rol oynayırlar. Pentaqonun Şimali Suriyada kürd separatçılarının nəzarətində 8 hərbi baza yaratdığı güman olunur. Rusiya da separatçıları dəstəkləmək yarışında əzəli düşməni ABŞ-dan geri qalmaq istəmir, bir çox hallarda PYD-ni açıq-aşkar müdafiə edir.

Son zamanlar Suriyanın Afrin bölgəsində “müharibəni müşahidə bürosu” adı altında Rusiyanın separatçılara hərbi təlim keçdiyi də gələn məlumatlar arasındadır.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə